Xəbər lenti
10/10/2024 [13:17]
Sabah yağış yağacaq
Arxiv
«    Oktyabr 2024    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Dr.Rüstəm Mahmudov Cərrah-Endokrinoloqla müsahibə

Baxılıb: 2 090     Tarix: 17-10-2018 08:58   

Qanunvehedef.az olaraq olaraq şəhərimizdə fəaliyyət göstərən müxtəlif ixtisaslı həkimlərlə müsahibələrə davam edirik. Budəfəki həmsöhbətimiz " Topçubaşov adına Elmi Cәrrahiyә Mәrkәzinin Tibb üzrə Fəlsəfə doktoru Endokrinoloq Cərrahı Rüstəm Mahmudovdur.Həkimlə Qalxanabənzər vəzi xəstəliyinin əlamətləri və müalicəsi haqqında danışacayıq.

Qalxanabənzər vəzi nədir və hansı funksiyaları yerinə yetirir?

Qalxanabənzər vəzi boyunda nəfəs borusunun bilavasitə önündə yerləşən təxminən 20-30 qram ağırlığında  və qalxanabənzər vəzi hormonlarını ifraz edərək orqanizmdə sinir sistemindən həzm sisteminə qədər demək olar ki, bütün orqan və sistemlərin fəaliyyətini tənzimləyən bir orqandır. Belə vəzilərə daxili sekresiya vəziləri deyilir. Bu vəzilərin xəstəlikləri ilə məşğul olan sahəyə endokrinologiya, cərrahiyəsinə də endokrin cərrahiyə deyilir.

Bu vəzinin az işləməsi hipotireoidizm (el arasında tənbəl zob kimi tanınır), çox işləməsi isə toksik ur və ya hipertireoidizm (zəhərli zob) adlanır.

Həkim, Qalxanabənzər vəzi xəstəliyinin əlamətləri hansılardir?

Zob xəstəliyinin aşağıdakı əlamətləri vardır. Bu əlamətlər hormon tarazlığının pozulması ilə əlaqədar dəyişir. Qalxanvari vəz xəstələrində 3 vəziyyət ön plandadır. Qalxanvari vəz fəaliyyətinin artmasına hipertireoz və yaxud da zəhərli zob deyirik. Bu zaman xəstələrdə əllərdə titrəmə, arıqlama, gözlərin irəli doğru çıxması, ürəkdöyünmə, ishal və s. bu kimi diqqət dağınıqlığı və ən əsası halsızlıq, tez yorulma, fiziki iş qabiliyyətinin aşağı düşməsi kimi əlamətlər başlayır. Təpədən dırnağa bütün metabolizma sürətlənir. Qalxanvari vəz hormonunun çatışmazlığı isə hipotiroidizm, yəni, hormon yetərsizliyinə bağlı bir durumdur. Bu zaman hərəkətlərdə, duyğularda yavaşıma, qəbizlik, üzdə, göz ətrafında, əllərdə, ayaqlarda şişkinlik, səs tellərində maye toplanması ilə əlaqədar olaraq səsin xırıltılı və ya qalın olması kimi şikayətlər meydana çıxır. Biz praktikamızda xəstəni demək olar ki, görərkən əgər zob xəstəliyindən şübhələniriksə görünüşə baxarkən xəstəliyin hormon prosesinin hansı istiqamətdə getməsi haqqında müəyyən bir fikir əldə etmiş oluruq. Bəzən hormon tarazlığı pozulmur. Xəstədə düyünlər olur və hormon tarazlığının pozulmaması üçün hər hansı dərman preparatının verilməsinə gərək olmasa da bu düyünlər xəstədə estetik qüsur yaratmaqla bərabər, bəzən düyünlər böyüyərək boyun orqanlarını, yemək borusunu, nəfəs yollarını sıxaraq müxtəlif şikayətlərin meydana gəlməyinə səbəb ola bilər.

Qalxanabənzər vəzininin xəstəliklərinin yaranmasında  əsəs faktorlar hansılardır?

-Yod çatışmazlığı və digər ətraf mühit faktorları
-İrsi faktorlar
-Orqanizmin Fərdi xüsusiyyətləri
Yod insan orqanizminin fəaliyyəti üçün həyati önəmə malik elementdir. Yodsuzluq bir sıra fəsadlara, qalxanvari vəzin funksiyasının pozulmasına səbəb olur - zob əmələ gətirir.
 
-Qalxanabənzər vəzini müəyyən etmək üçün hansı müayinə üsullarından istifadə olunur?

-Qalxanabənzər vəzidə düyünləri müəyyən etmək  üçün  boyun nahiyəsinin ultrasəs müayinəsi aparılır. Qalxanabənzər vəzinin ultrasəs müayinəsində düyün aşkarlanmış xəstələrdə ssintiqrafiya deyilən bir üsulla qalxanabənzər vəzinin funksional xəritəsi çıxarılır və buna görə düyünlərin fəaliyyət göstərib-göstərmədiyi təyin edilir. Fəaliyyətsiz düyünlərə soyuq düyünlər deyilir ki bunlarda xərçəng əmələ gəlmə riski yüksəkdir. Qalxanabənzər vəzi düyünlərinin incə iynə aspirasion biopsiyası (İİAB) müayinəsi düyünlü ur xəstəliyi (düyünlü zob) zamanı düyünlərdə xərçəng hüceyrələrinin varlığının araşdırılması üçün istifadə olunan çox önəmli bir müayinə üsuludur.

- Hansı düyünlərə İİAB müayinəsi lazımdır?

-Düyünlü ur (düyünlü zob) xəstəliyi olan və düyünün ölçüsünün 1 sm-dən böyük olan, sintiqrafiya müayinəsində soyuq kimi izlənən düyünlərin İİAB müayinəsi mütləqdir.
Çox nadir hallarda 1 sm-dən kiçik düyünlərin biopsiyası oluna bilər, lakin bunun üçün boyun bölgəsində patoloji limfa düyünlərinin olması gərəkir.
-Hər qalxanabənzər vəzi xəstəsinə əməliyyat lazımdırmı?
-Hər zob xəstəsinə cərrahi əməliyyat lazım olmur. Zob xəstəliyində əməliyyata göstərişlərdən aşağıdakıları qeyd edə bilərəm:
1. 
Boyunda böyümüş zobun əmələ gətirdiyi estetik problem.
2. Böyümüş zobun ya da düyünlərin yemək borusunu və tənəffüs yolunu sıxması nəticəsində yaranan şikayətlərin olması.
3. Bir il ərzində aparılan TSH-supressiv müalicəyə baxmayaraq, böyüməkdə davam edən düyünlü zoblarda.
4. Qalxanabənzər vəzdə xərçəng (kanser ) aşkar edilməsi və ya şübhəsi olduğu hallarda.
5. Ölçüsü 3(üç)sm və daha böyük olan nodulyar və ya multinodulyar zoblarda.
6. 6(altı) ay ərzində aparılan düzgün antitiriod müalicənın effekt vermədiyi, yaxud dərmanların əlavə təsirlərinin qabarıq təzahürləri olduğu, radioaktiv yod müalicəsinə əks-göstəriş olduğu diffuz və ya düyünlü toksiki zoblarda.
Hər bir strumektomiya və ya planlanacaq əməliyyata gedən xəstə mütləq əməliyyatdan öncə, eləcə də əməliyyatdan sonra requlyar endokrinoloq kontrolunda olmalıdır.

Qalxanvari vəzin böyük ölçülü olması, boğaz urunun bədxassəli şişə çevrilmə təhlükəsi, ətraf orqanların sıxılması, medikmentoz (dərman preparatları ilə) müalicənin mümkünsüzlüyü və ya lazımi effekt verməməsi və s. hallarda cərrahi əməliyyat tətbiq edilir. Bu qərarı həkim laborator və digər müayinələrin nəticələrinə əsasən qəbul edir.


Əməliyyat zamanı qalxanvari vəzin əksər toxuması kəsilərək çıxarılır və yalnız kiçik hissəsi (3 ml-dən artıq olmayaraq) saxlanılır. Müasir dövrümüzdə isə boğaz urunun xaric edilməsi əməliyyatı endoskopik üsulla yerinə yetirilir – kiçik kəsiklərdən cərrahi alətlər və xüsusi kamera daxil edilir, cərrah görüntünü monitorda izləyərək işini başa çatdırır. Endoskopik əməliyyatlardan sonra bərpa müddəti çox qısa, çapıqlar isə çox kiçik və incə olur. Qalxanvari vəzin xaric edilməsi əməliyyatından sonra xəstə ömrünün sonuna dək həkimin təyin etdiyi qalxanvari vəzi hormonlarını qəbul edir.
 
Həkim, müsahibənin sonunda qalxanabənzər vəzi xəstəliyindən əziyyət çəkən insanlara məsləhətiniz?

Boğaz urunun istənilən növünün əlamətlərindən hər hansını özünüzdə müşahidə edirsinizsə, vaxt itirmədən həkim-endokrinoloqa müraciət edin. Xəstəliyi başlı-başına buraxmayın və həkimin tövsiyyələrinə ciddi riayət edin, təyin edilmiş dərman preparatlarını vaxtında və düzgün qəbul edin!

Unutmayın ki, boğaz urunun fəsadları insanın səhhəti və həyatı üçün çox təhlükəli ola bilər – sonsuzluq, uşaqsalma, miokard infarktı, insult, kəskin böyrək çatışmazlığı, tireotoksik kriz nəticəsində komatoz vəziyyət.

Rüstəm həkim, təşəkkür edirik, bizə zaman ayırdınız. Ümid edirik, sizinlə etdiyimiz maraqlı söhbətimiz bir çox insanlara yardımçı olacaq.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar