Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qanunvehedef.az saytının “Həkimim” Rublikasının qonağı "Artistokrat Tibb Mərkəzinin "-nın həkim- stomatoloqu Nurlan Məmmədovdur.

Baxılıb: 1 132     Tarix: 24-10-2018 10:07   

Fəaliyyətiniz daha çox implant diş istiqamətində olduğu üçün bu sahə ilə oxucularımızı maraqlandıran sualları məhz sizə ünvanlandırmağı düşündük. Son illər müasir texnologiyaların nəaliyyətləri sayəsində tibb elmindəki irəliləyişlər insanların həyatını daha da asanlaşdırır, bir çox problemlərin daha asan və uzunmüddətli həll olunmasına xidmət göstərir. Azərbaycanda da əvvəlki illərə nisbətən insanlar bugün arıq implant dişlərin üstünlüyünü anlayır və onun təhlükəli prosedur olmadığından məlumatlıdırlar.

-Əvvəla implantın nə olduğu və özəlliyi barədə danışa bilərsinizmi?

-Müasir dövrdə stomatologiyada dental implant geniş yayılmışdır. Dişlərin implantasiyası dayaq məqsədilə çənəyə və ya əngə yerləşdirilmiş implantların üzərinə dişlərin hazırlanmasıdır. Hər bir itirilmiş dişi və ya dişləri implantlarla bərpa etmək mümkündür. Əvvəlki qaydalara əsasən itirilmiş bir dişi bərpa etmək üçün 2 qonşu dişi yonmaq lazım gəlirdi. Bu da həmin dişlərin zədələnməsi və müəyyən vaxtdan sonra itirilməsi ilə nəticələnirdi.


İmplantasiya zamanı isə qonşu dişlərə toxunulmur, yalnız itirilmiş diş implantla bərpa olunur. İmplant əskik olan dişlərin funksiyasını və estetikasını bərpa etmək məqsədilə çənə sümüyünə yerləşdirilən süni diş köküdür. İmplant çənə sümüyünə yerləşdirilməklə təbii diş funksiyasını davam etdirir. İmplantın üstünlüyü daha sağlam, etibarlı ve uzun ömürlü olmasıdır. Bu zaman yüksək estetik nəticələr əldə olunur, dişin və diş ətinin təbii forması bərpa olunur.

-İtirilmiş hər dişi implantlarla bərpa etmək mümkündürmü?

-İtirilmiş hər bir dişi implantlarla bərpa etmək mümkündür, bunun üçün sadəcə həmin sahədə implant üçün yer olması çox vacib şərtlətdəndir. Əgər itirilmiş diş çox gecikmiş formada implantlarla əvəz olunsa, yəni bir dişi çıxardandan sonra bu boş dişlər həmin boşluğa doğru meyl edir və itirilmiş dişin yerini sanki bərpa etməyə çalışır, amma bu bərpa olmur, sadəcə dişlər əyilir və gəlib bir-birinə yaxınlaşaraq bu məsafəni bağlamağa meylli olur. Bu üzdən əgər uzun müddət vaxt keçərsə, burda bəzi problemlər yaranır, amma dişlər öz yerinə çəkilərək implantlar yerləşdirilə bilər.

-İtirilmiş dişi hansı müddətdən sonra implant diş ilə əvəz etmək olar?

-İtirilmiş dişləri bir çox faktorlardan asılı olaraq müəyyən dövrlərdən sonra implantlarla əvəz etmək olar. İlk öncə, itirilmiş dişin yerinə birbaşa implant yerləşdirmək də mümkündür. Bəzi hallarda bu üsullardan da istifadə edilir. Amma normal cərrahi protokollara əsasən və çox yaxşı olar ki, diş çıxarılsın, onun yerinə implantın yerləşdirilməsi təxminən ay yarım müddətindən sonra aparılsın. Belə olan hallarda implantasiya daha keyfiyyətli olur, dişdə və diş ətrafında olan xəstəliklər, müəyyən xroniki proseslər bu implanta təsir etmir və implant sümüklə daha yaxşı inteqrasiya edir. Amma bəzi hallarda məcburi olaraq dişlər çıxarılan gün belə implant yerləşdirmək mümkündür. Əgər bu aparılmırsa, çıxarılmış dişin yerinə sadəcə 1 ay, bəzən 2 ay sonra implant yerləşdirmək tövsiyə olunur.

-Əməliyyatların keyfiyyətinə zəmanət verirsinizmi?


-İmplantasiya üçün müraciət edənlər öncə mükəmməl surətdə tibbi müayinə olunur. Bizim klinikamızda ancaq keyfiyyətli avadanlıq və materiallardan istifadə olunur. Onu da qeyd edim ki, implantasiya və bioplastik materiallardan yararlanmaqla sümük köçürülməsi əməliyyatı tətbiq edirik. Bu əməliyyatdan o vaxt istifadə edirik ki, pasiyentdə damaq sümüyü qısa olur. Əməliyyat zamanı ən tanınmış dünya şirkətlərinin hazır plastik sümük əvəzedicilərindən də istifadə edirik“. Müsahibim bu əməliyyata xəstələrin əvvəlcədən hazırlandığını da bildirdi: “Proses öncəsi pasiyentin ağız boşluğu gigiyenik tərəfdən təmiz olmalıdır. Lazım gələrsə, onlar terapevtin köməyi ilə yaxşıca müalicə olunur, ağızda infeksiya manbəyi varsa, məhv edilir. Bundan sonra cərrah-implantoloq işə başlayır. Dişlərin əkilməsindən sonra pasiyentlər nəzarətə götürülür. Onların durumu izlənilir.

-İmplant yerləşdirilərkən ağrı hiss edilirmi?

-İmplant əməliyyatından öncə lazımlı keyləşdirici iynələrlə keyləşdirilmə aparılarsa ağrı hiss edilmir. İmplant əməliyyatları yerli keyləşdirmə ilə həyata keçirilir. Tək bir implantın yerləşdirilməsi diş çəkimindən daha rahat və qısa sürən bir prosesdir (15 dəq). Əməliyyatdan sonra hiss edilən ağrı sadəcə əməliyyat günü olur və ağrı kəsici dərmanlarla keçir. Bəzən heç ağrı kəsici dərmana belə ehtiyac olmur.

-İmplant əməliyyatından sonra diqqət etməli olduğunuz məqamlar hansılardır?

-İmplant müalicəsindən əvvəlki və sonrakı müddət xəstələr üçün çox əhəmiyyətlidir. İmplantdan sonra da qanamaların ola biləcəyini, ilk 24 saat ərzində əməliyyat aparılan nahiyə ilə çeynəmənin məhdudlaşdırılmasının lazım olduğunu bildirir. İmplantdan sonra keylik keçənə qədər yemək və içmək olmaz. Çünki hiss etmədən keyləşmiş nahiyəni dişləyə bilərsiniz ki, bu da yaraların meydana gəlməsinə səbəb ola bilər. İmplantın tətbiqi nəticəsində ağrı olarsa, qanı duruldan dərmandan, diş həkiminin uyğun hesab etdiyi ağrıkəsicidən istifadə etmək lazımdır. İmplantdan sonra siqaret və içki bir sıra fəsadlara yol aça bilər. İmplant əməliyyatından taxminən 24 saat sonra ilıq duzlu su, sodalı su və ya ağız qarqaralarından istifadə etmək lazımdır.Bunların yaranı təmizləyərək sağalmağını sürətləndirəcəyini, əməliyyatdan sonrakı ağız qoxusunu azaldaraq, mikrobların yaranmasının qarşısını almaq üçün ifadə olunur.

– Bəs implant olunmuş dişlərə necə qulluq etmək lazımdır?

– Diş implantlarına edilən qulluqla öz dişlərimizə edilən qulluq arasında demək olar ki, fərq yoxdur. Dişləri gündə 2 dəfə fırçalıyır, diş saplarından istifadə etdiyimiz kimi, implantlara da eyni qulluq göstərilməlidir. Sadəcə olaraq, sırf implant dişlər üçün xüsusi diş məcunları və diş fırçaları vardır. Bunlarla implantın bəzi nahiyyələrini- qapağın altını təmizləməyi təmin edir. Bundan əlavə, digər dişlərdə olduğu kimi implant dişləri üçün də ildə 2 dəfə baxış üçün həkimə müraciət etməlidirlər.

-Bu cür dişlərin ömrü nə qədərdir?

– Diş implanların ömrünün uzun olmasında həkimin peşəkarlığının böyük rolu vardır. Və ondan sonrası isə pasiyentin özündən asılıdır – əgər gigiyenik qulluğu və həkimə baxış üçün müayinəni vaxtında həyata keçirərsə və başqa bir xəstəliklə qarşılaşmazsa implant ömürlük ola bilər. Ümumilikdə statistikaya görə ağız boşluğunda düzələn bütün konstruksiyalar içində ən uzunömürlü implantlar sayılır.

Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
-Buyurun həmişə dişlərinizin qayğısına qalın.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar