Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Gingivit şişlik, qanaxma və qızartı ilə ortaya çıxan diş ətinin iltihabıdır. Həkim – stomatoloqla müsahibə

Baxılıb: 6 470     Tarix: 06-11-2018 11:11   
 
Dəyərli oxucularımız Qanunvehedef.az saytının “Həkimim ” rubrikamızın budəfəki qonağı 2 saylı uşaq stomatoloji poliklinikasının baş həkimi Süleyman İbrahimlidir. Həkimlə Gingivit xəstəliyinin yaranma səbəbləri, növləri və müalicəsi haqqında danışacayıq.

-Gingivit nədir?


-Gingivit – damağın selikli qişasının iltihabi prosesidir. “Gingivit” sözü latın dilindəki gingiva sözünə “it” şəkilçisi (tibdə iltihabi prosesləri xaraterizə edən şəkilçidir) əlavə edilməklə əmələ gəlir.
Gingivit – yetərincə yayılmış bir xəstəlikdir. Gingivitə tez-tez yeniyetmələrdə və hamilələrdə rast gəlir. Bu kateqoriya insanlarda xəstəlik adətən daha ağır keçir, çünki onların bədənində hormonal dəyişikliklər baş verir. Xəstəliyin kəskin və xroniki formaları vardır. Xroniki forma əksərən qışda və yazda kəskinləşir (bu artan qanaxma ilə büruzə verir) və daha çox böyük insanlarda rast gəlinir. Əgər xəstəlik bir və ya hər iki
çənənin bütün dişləri əhatə edən damaqda əmələ gəlirsə, o zaman bu yayılmış gingivitdir. Yerli gingivit isə damağın bəzi yerlərində bir və ya bir neçə diş nahiyyəsində əmələ gəlir.

-Ginqivit hansı səbəblərdən yaranır? 

-Gingivitin əmələ gəlməsinə səbəb olan faktorlar yerli və ümumi olmaqla iki qrupa bölünür. Ümumi səbəblər içərisində orqanizmin reaktivliyinin aşağı düşməsi, endokrin, ürək-damar, qanyaradıcı orqanları, mədə-bağırsaq sistemi xəstəlikləri, habelə hipovitaminozlar, allergik reaksiyalar, infeksion xəstəlikləri, hamiləlik toksikozları və s. göstərmək olar.

-Orqanizmdə baş verən ümumi xarakterli dəyişikliklər, zərərli yerli faktorlarla birgə prosesi bir qədər də ağırlaşdırır. Zərərli yerli faktorlar bunlardır: ağız boşluğunun gigiyenik vəziyyətinin pis olması, diş ərpi və diş yastıqcığının əmələ gəlməsi, diş-çənə anomaliyası və deformasiyaları, mexaniki, kimyəvi, fiziki zədələnmələr və s. yerli travmatik faktorlar da bilavasitə gingivitlərin yaranmasına səbəb ola bilər.

-Diş ətinin iltihabı hiperemiya, ödem, qanaxma, şişkinlik, hiper trofiya, prosesin kəskin və xroniki xarakterli gedişə malik, həmçinin lokal və yayılmış formada olması ilə səciyyələnir. Bundan əlavə, plomblama zamanı buraxılan səhvlər (pre parasiyanın düzgün aparılmaması, matrisadan istifadə olunmaması), diş daşlarının olması, dişlərin retensiyası və distopiyası və s. gingivitlərin yaranmasına gətirib çıxarır.

-Gingivitin növləri hansılardır?

Gingivitin bir neçə növləri vardır:
-kataral,
- xoralı-nekrotik,
- hipertrofik və atrofik gingivit.
Kataral gingivit-bu xəstəlik zamanı pasiyentlər diş ətində xoşagəlməz, qaşınma hissiyyatından, ağızda pis iyin olmasından, qida qəbulu zamanı və dişləri təmizləyərkən, diş ətindən qan gəlməsindən şikayət edirlər. Xəstəliyin kəskin gedişi dövründə qida qəbulu zamanı mexaniki və kimyəvi qıcıqlandırıcıların təsirindən ağrı daha da şiddətlənir. Xəstəliyin kəskinləşmiş dövrlərində subfebril temperatur və ümumi halsızlıq müşahidə edilir. Kəskin kataral gingivitin təzahürü dişlərin çıxma və dəyişmə dövrləri üçün xarakterikdir. Bundan başqa, kəskin infeksion və digər ümumi somatik xəstəliklər fonunda da kəskin kataral gingivit əmələ gələ bilər. Xroniki kataral gingivit uzunmüddətli gedişə malik olması ilə xarakterizə olunur və xəstəliyin əlamətləri o qədər də aydın təzahür olunmur. İltihab əlamətləri bəzi hallarda yalnız dişlərarası məməciklərdə və diş əti kənarında müşahidə edilir. Xroniki kataral gingivit lokal, generalizə olunmuş və ya yayılmış formalarda rast gəlinir. Ağrı olması səbəbindən xəstələr dişlərini rahat təmizləyə bilmirlər və buna görə də dişlərin üzərində kifayət qədər yumşaq diş ərpi toplaşmış olur. Bir çox hallarda diş ərpində müxtəlif rənglər aşkar edilir ki, bu da qəbul edilmiş qidanın rəngindən, siqaret tüstüsündən və s. asılı olur. Diş ətində oksigenin gərginliyi azalır (polyaroqrafiya metodu), iltihabi prosesin kəskinləşdiyi dövrdə isə artmış olur. Kataral gingivit zamanı bir qayda olaraq, xəstənin ümumi vəziyyəti pisləşmir, periferik qanda dəyişiklik aşkar edilmir.
Xoralı-nekrotik gingivit zamanı damağın selikli qişasında yaralar və nekroza uğramış sahələr əmələ gəlir. Onun kliniki simptomları bunlardır: qalitoz (ağızdan xoşagəlməz qoxu), damağın ağrılı olması; orqanizmin ümumi vəziyyəti həmçinin ağırlaşır: xəstə ümumi əzginlik hiss edir, bədən hərarətinin 39 dərəcəyədək yüksəlməsi, limfa düyünlərinin böyüməsi mümkündür.
Hipertrofik gingivitdə damaq məməciklərinin böyüməsi baş verir və dişin bir hissəsi örtülür. Xəstəliyin ilkin mərhələlərində hər hansı bir simptom olmur. Sonradan isə damağa toxunanda və ya yemək yeyəndə qan axma və ağrılar başlayır.
Atrofik gingivitdə isə, əksinə, damaq toxumasının atrofiyası (azalması) baş verir, və damağın səviyyəsi zamanla aşağı düşür və dişin dibi görünməyə başlayır. Atrofik gingiviti olan insan bunu isti və soyuq yeməklərə həssaslıqda hiss edir.
Gingivit bəzən sadəcə parodontit (dişin dibini, sümük alveollarını və damağı əhatə edən toxumanın iltihabı) yaxud parodontoz (iltihab destruktiv proseslərdən daha az olur) əlamətləri ilə büruzə verir.

-Gingivitin müalicəsi haqqında nə
deyə bilərsiniz? 

-Müalicə kompleks aparılır. Yerli olaraq ağrıkəsici terapiya və diş ərplərinin təmizlənməsi aparılır, iltihab əleyhinə maddələr ,ağız boşluğunu yaxalamalar, qarqaralar şəklində, ev şəraitində C,P,A vitaminlərinin qəbulu çay sodası ilə qarqaralar aparılır.

Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
Buyurun, həmişə dişlərinizin qayğısına qalın.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar