Həkim-Dermatoveneroloq Dr.Sevinc Kərimova ilə müsahibə
Baxılıb: 2 718 Tarix: 14-11-2018 09:48
Qanunvehedef.az saytı sizləri tibbi maarifləndirmək və sağlamlığınızı qorumaq üçün fəaliyyət göstərən “Həkimlə Biz” rubrikasının müsahibi Mərkəzi Gömrük Hospitalın həkim-Dermatoveneroloqu Dr.Sevinc Kərimovadır. Mövzumuz dünyada ən çox yayılmış cinsi yolu ilə keçən infeksiyalardan biri olan Papillomalar haqqındadır. Həkim-Dermatoveneroloq Sevinc Kərimova ilə EKSKLUZİV müsahibəni sizlərə təqdim edirik.
-İPV bütün dünyada ən yayılmış cinsi yolu ilə keçən infeksiyalardan biri sayılır. Həkimlər hesab edirlər ki, insanların bir çox hissəsi (80%-dən artıq) həyat ərzində bu virusa yoluxur.
Lakin insanların bir çox hissəsində bu virus "yatmış" şəkildə qalır və özünü heç bir xəstəliklə büruzə vermir, digərlərində isə müxtəlif dəri və selikli qişaların xəstəliklərinin inkişafına səbəb olur. Bu insanın immun sisteminin vəziyyətindən asılıdır. İnsanın immun sistemi daim möhkəm olduqda, virus özünü büruzə vermir. Lakin immunitetin aşağı düşməsi zamanı dəridə və selikli qişalarda İPV müxtəlif törəmələr şəklində təzahür edə bilər. Bunlardan daha çox rastgəlinəni ziyillər, papillomalar və itiuclu kandilomalardır.
1.Ziyillər – insan pailloma virusu tərəfindən törədilən xoşxassəli dəri törəmələridir.
Onlar 2-10 mm diametrində olan, aydın sərhədli və nahamar səthli bərk törəmələrdir.Ziyillər rəngi açıq bozdan tünd boz və ya qaraya kimi dəyişən, dairəvi və nahamar formalı ola bilərlər.
Onlar müxtəlif zədələrin məruz qaldığı nahiyələrdə məsələn: barmaqlarda, dirsəkdə, dizdə, saçın tüklü hissəsində və bədənin digər nahiyələrində rast gəlinirlər.Ziyillər məişət kontakt yoluyla ötürülə bilərlər. Ziyillərin üç növü geniş yayılmışdır:
-Sadə ziyillər (bütün ziyillərin 70% -ni təşkil edir, 20% tələbələrdə rast gəlinir)
-Daban ziyilləri (təxminən ziyillərin 30% ni təşkil edir və adətən cavanlarda rast gəlinir)
-Yastı ziyillər (4%, istənilən yaşda insanda rast gəlinə bilər)
2.Papillomalar da dəridə əmələ gəlirlər onlar, geniş ayaqcıqda və ya əsasda yaranan yumşaq xoşxassəli açıq qəhvəyi rəngli törəmələrdirlər. Papillomaların ölçüləri ( 0,2-10 mm) müxtəlif ola bilər. Digər virus zədələnmələrində olduğu kimi papillomaların sayı getdikcə artaraq dərinin daha böyük sahələrini tuturlar.
Adətən papillomalar boyunda, üzdə, oynaq çuxurlarında və qasıq nahiyəsində rast gələ bilərlər.
Papillomalar təkcə yaşlı insanlarda deyil cavan yaşlılarda da müxtəlif daxili zədələrdən - uzunmüddətli dərman qəbulu, qripp, mədə bağırsaq zədələnmələri, stressdən sonra rast gəlinə bilər. Yoluxma dərinin paltarla örtülməyən nahiyələrində nəmliyin artması zamanı, basseyn və ya çimərliyə gedərkən baş verə bilər.Papillomanın ötürülmə yolu kontakt məişət yoluyladır.
3 Kandilomalar - Cinsiyyət orqanlarında, anusun ətrafında, bəzən də ağız boşluğunda əmələ gələn kiçik, dəri rəngində olan şişlər kondilomalar adlandırılır. Adətən cinsiyyət orqanlarının selikli qişalarında və nadir hallarda ağızda və boğazda rast gəlinən iti uclu kandilomalar xarici baxış zamanı, nadirən nəzərə çarpsalar da əllə toxunma zamanı daha asan aşkar olunurlar.Çoxları selikli qişa üzərindəki bu kələ kötürlüyü norma kimi qəbul etsələr də bu həkimə müraciət etməyə əsas verən ciddi bir səbəbdir. İti uclu kandilomaların ötürülmə yolu adətən cinsi olsa da, kontakt məişət yolla ötürülməsi də inkar edilmir. Kondilomalar bir çox hallarda kişi və qadınların cinsiyyət orqanlarında inkişaf edir. Onların ölçüləri 1 mm-dən bir neçə santimetrə kimi, rəngi - çəhrayı və ya dəri rəngində ola bilər.
Böyüdükcə şiş gül kələminə oxşamağa başlayır. Kondilomalar müxtəlif fəsadlar verə bilər - zədələnir və qanayırlar, cinsi əlaqələrə mane olur, insanda psixoloji diskomfort yaradır, normal doğuşa mane ola bilər və s.
İnsanın immun sisteminin vəziyyətindən asılı olaraq əmələ gəlmiş kondilomalar böyüyə bilər (həm ölçüləri, həm də sayı artır), uzun müddət ərzində dəyişikliksiz qala bilər və ya özü-özündən (heç bir müalicəsiz) yox ola bilər.
-İPV-yə necə yoluxurlar?
- İPV-nun displaziya və uşaqlıq boynu xərçənginə səbəb olan tipləri əsasən müdafiə olunmamış seks zamanı ötürülür. İPV-na yoluxma vaginal və anal seks zamanı da mümkündür. Nadir hallarda virus oral seksi və ya aralığın yoluxmuş insanın ifrazatları ilə təması zamanı (məsələn, xəstəliyə yoluxmuş partnyor əvvəlcə öz cinsiyyət orqanlarına, sonra da Sizin cinsiyyət orqanlarınıza toxunur) da ötürülə bilir. İPV-na öpüşlə də yoluxmaq mümkündür. Bu halda oral papillomavirus infeksiya simptomları (ağız və boğazda səpgilər) yarana bilər. İnsan papilloması virusu heç vaxt məişət yolu (əgər Siz bu zaman virusun daşıyıcısı ilə sıx təmasda olmursunuzsa, yəni, məsələn, öpüşmürsünüzsə, sekslə məşğul olmursunuzsa) yoluxmur. Nadir hallarda İPV yoluxmuş anadan doğuş zamanı uşağa da keçə bilir. Hətta virus daşıyan şəxsdə heç bir əlamət və ya simptom olmadıqda infeksiya ötürülə bilər. Bir cinsi partnyoru olduğu halda belə hər bir fəal cinsi həyatı olan insanın virusa yoluxması mümkündür. Əksər hallarda İPV-yə yoluxan insanlarda heç bir əlamət və ya problemlər yaranmır və buna görə də onlar yoluxduqları barədə bilmirlər. Bəzilərində isə İPV-yə yoluxma halları aşağıda sadalanan vəziyyətlərdə aşkar olunur:
- Cinsiyyət üzvləri nahiyəsində ziyillər əmələ gəldikdə
- Qadınlarda uşaqlıq boynunun müayinəsi zamanı (Pap testin nəticələrində qeyri-adi hüceyrələrin tapılması)
- Xərçəng kimi başqa ciddi sağlamlıq problemləri yarandıqda
-Papilloma virusunun əlamətləri hansılardır?
-Papillomalar daha çox cinsi əlaqə zamanı travmatik zədələnməyə məruz qalan yerlərdə yerləşir. Kişilərdə sivri uclu papillomalar cinsi orqanın kənarı, başı və boynunda, sidik kanalının xarici dəliyinin nahiyəsində,bəzən isəkanalın özündə yerləşir. Qadınlarda adətən böyük və kiçik cinsiyyət dodaqları, dodaqların arxa birləşməsi, bəzən- uşaqlıq yolu divarları və uşaqlıq yolu boynu zədələnir. Uşaqlıq yolu boynunun zədələnməsi nadir hallarda müşahidə olunur. Oral və anal cinsi əlaqə zamanı ağız – udlaq, düz bağırsaq zədələnir. Kondilomalar müxtəlif fəsadlar verə bilər - zədələnir və qanayırlar, cinsi əlaqələrə mane olur, insanda psixoloji diskomfort yaradır,
normal doğuşa mane ola bilər və s.
-Qadınlarda İPV-nu təyin etmək üçün hansı müayinələrdən keçmək lazımdır?
-İPV-na görə analiz uşaqlıq boynunun xərçənginə görə skrininqin elementlərindən biridir. 30 yaşına çatmış hər bir qadına İPV-na görə analiz vermək və bunu hər 3-5 il təkrarlamaq tövsiyə olunur.Orqanizmdə İPV-nin aşkar edilməsinin əsas metodu insan papilloması virusuna görə PZR –analizdir. Bu, keyfiyyətli analizdir. O, yalnız orqanizmdə İPV-nin olub-olmadığını təyin etməyə imkan verir, lakin virus hissəçiklərinin miqdarını (virus yüklənməsini) təyin etmir. PZR-n köməyi ilə papilloma virusunun tipini müəyyən etmək (İPV-nin gen tipləşdirilməsinin aparılması) və İPV-nin daha təhlükəli olan tiplərini aşkar etmək mümkündür.
İnsan papilloma virusu ilə uşaqlıq boynu xərçəngi arasındakı əlaqə nədir?
Cinsi yolla yoluxan insan papilloma virusu ( HPV ) olaraq adlandırılan viruslar genital kondilomaların yaranmasına səbəb olur. Bu virusa yoluxma kondilomaların yaranmasına səbəb olmaqla, hər hansı zədələnməyə gətirib çıxarmadan uzun illər inaktiv qala və ya uşaqlıq boynu hüceyrələrində dəyişikliklərə və uşaqlıq boynu xərçənginə səbəb ola bilər.
HPV infeksiyası çox yayılmışdır. Pap smear adlandırılan, uşaqlıq boynundan alınan nümunənin pataloji müayinəsində atipik hüceyrələrin aşkar edilməsinə ən çox səbəb olan patalogiya HPV infeksiyasıdır. HPV – nin 60 – dan çox növü vardır. Bəzi tipləri qadınlarda uşaqlıq boynu xərçənginə, bəzi tipləri də xarici cinsiyyət orqanları ( vulva ), anus və kişilərdə penis xərçənginin inkişafına səbəb olur.
Genital kondilomalar vagina xaricində və ya içində, uşaqlıq boynunda, anus ətrafında, kişilərdə isə anus və penisdə rast gəlinir.
-Papillomaların inkubasiya dövrü nə qədərdir?
-Papillomaların inkubasiya dövrü 3 həftədən 8 aya qədər, orta hesabla 2 – 3 ay təşkil edir. Bəzən papillomavirus orqanizmdə ət xalı yaranmadan bir neçə il ərzində saxlanır.
- İPV-nin və onun törətdiyi xəstəliklərin qarşısını almaq olarmı?
1. Peyvənd olunmaq. İPV-yə qarşı peyvənd təhlükəsiz və effektlidir. Peyvənd kişi və qadınları İPV törədən xəstəliklərdən (xərçəng də daxil olmaqla) qoruya bilər. Peyvənd altı ay ərzində üç dəfə inyeksiya şəklində vurulur; tam üç dozanı almaq çox vacibdir.
2. Uşaqlıq boynu xərçənginin skrininqi (yoxlanışı) aparılması məsləhətdir. 21-dən 65 yaşa qədər olan bütün qadınlar mütəmadi ginekoloji müayinədən keçdikdə uşaqlıq boynu xərçənginin qarşısını ala bilərlər.
3. Cinsi cəhətdən aktiv olduqda:
- Hər zaman lateksdən hazırlanmış prezervativlərdən düzgün istifadə edilməlidir. Lakin prezervativ əhatə etməyən sahələri də İPV infeksiyalaşdıra bilər; beləliklə prezervativ tam qorunmanı təmin etmir.
- Monoqam əlaqə gözlənilməlidir - yalnız başqa cinsi partnyoru olmayan bir nəfərlə cinsi əlaqədə olmaq.
-Papillomaları müalicə etmək mümkündürmü?
-Hələ ki, insan orqanizmindən papilloma virusunun xaric edilməsinə zəmanət verən metodlar yoxdur. Əvəzində isə İPV-nun zahiri təzahürlərinin aradan qaldırılmasına və xərçəng də daxil olmaqla, istənilən ağırlaşmaların inkişafının minimuma endirilməsinə yönələn müalicə mütodları mövcuddur. Buna görə də demək olar ki, insan papilloması virusu insana adi həyat tərzi keçirmək və diskomfort hiss etməmək üçün lazım olan dərəcədə müalicə olunur. Qadınlarda İPV –nun müalicəsi kompleks şəkildə, İPV-nun zahiri təzahürlərinin sistemli və yerli virusəleyhinə müalicə ilə birlikdə, o cümlədən immunmodulyatorlardan istifadə etməklə lokal şəkildə götürülməsini nəzərdə tutan kombinə edilmiş terapiya metodlarından istifadə etməklə aparılmalıdır. Birinci növbədə immun sistemi gücləndirmək və əmələ gələn kandilomaları ya papillomaları aradan elektro və ya lazer üsulu vasitəsilə, kriodestruksiya (soyuq dağılma) ilə, eləcə də kimyəvi maddələrin vasitəsilə papillomaların çıxarılması mümkündür. Papillomaların kəsilib götürülməsi əsasən kosmetik məsələni həll edir, belə bir məlumat yoxdur ki, papillomaların çıxarılması orqanizmdən papilloma virusunun tamamilə xaric edilməsinə və onun yolla ötürülmə riskinin azalmasına səbəb olduğunu təsdiq etsin. Dəridə çıxan bu törəmələrə qətiyyən əl vurmaq, qaşımaq, dartmaq olmaz, bu, onların bir az da yayılmasına və böyüməsinə gətirib çıxarır. Virusun 16 və 18-ci növlərinə qarşı isə peyvənd (vaksinasiya) mümkündür.
- Sonda pasientlərə məsləhətiniz?
-Xərçəng xəstəliyinin bir sıra növlərinin səbəbi məhz elə papiloma virusudur. Odur ki, qadınlara məsləhət görülür ki, cinsi həyata qədəm qoyduqları ilk yaşlarından mütəmadı olaraq həkim müayinədən keçsinlər. Yalnış mütəmadı müayinə sizi ağır nəticələrdən uzaq tuta bilər. Yanı Virusa yoluxmaq hələ xərçən olmaq demək deyil, lakin riski artırır, çox artırır,ona görə müayinəni unutmaq olmaz.
Bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
-Buyurun həmişə sağlamlığınızın qeydinə qalın.
Həkimlə əlaqə
Mobil
(+994) 55 772-97-99
Ən çox oxunanlar
Son xəbərlər