- Əvvəlcə, istərdim ki, sonsuzluğun nə olduğunu açıqlayasınız. Həkim – ginekoloqla müsahibə
Baxılıb: 1 320 Tarix: 04-05-2018 11:00
Ginekologiya - Klinik təbabətin qadın cinsiyyət sisteminin fiziologiyası, xəstəliklərini və bu xəstəliklərin profilaktikası, diaqnostikası və müalicəsini öyrənən sahəsidir. Həkim-ginekoloq qadın həyatının müxtəlif dövrlərində (uşaqlıq, yeniyetmə və yetkin dövrlərdə) qadın sağlamlığının qorunması məsələləri ilə məşğul olur.
Mama-ginekoloq isə
hamiləlik və doğuş dövrlərinə nəzarət edir.Ginekoloq qadın cinsiyyət orqanlarının kəskin və xroniki infeksion-iltihabi xəstəlikləri (kalpit, endometrit və.s.) uşaqlıq boynu eroziyası, xoşxassəli şiş törəmələri kimi xəstəliklərin müalicə və profilaktikası ilə məşğul olur. Sonsuzluq və ailə planlaşdırılması ilə bağlı tədbirlərin həyata keçirilməsinə yardım edir. Ginekologiyada funksional (USM, endoskopik və rentgen müayinələr) və laborator (bakterioloji, immunoloji və hormonal müayinələr) diaqnostika üsulları geniş tətbiq olunur.Müalicə üsulunun seçimi və müalicənin ambulator, yaxud stasionar şəraitdə aparılması barədə qərar verilməsi hər bir klinik halın özünəməxsus xüsusiyyətlərindən asılı olur.
Yaşam Tibb Mərkəzinin onkoloq-ginekoloqu, USM mütəxəssisi, İlin Peşəkar həkimi Lalə Əliyeva Qanun və Hədəf .az-a müsahibəsini təqdim edir:
- Əvvəlcə, istərdim ki, sonsuzluğun nə olduğunu açıqlayasınız?
- Sonsuzluq birincili və ikincili olur. Birincili sonsuzluq cütlüklərin bir il ərzində heç bir qorunma vasitəsindən istifadə etməməsinə baxmayaraq hamiləliyin baş verməməsidir. İkincili sonsuzluqda isə qadın hamilə olsa da, döl inkişafdan qalır, hamiləlik sona çatmır, yarımçıq doğuş olur və ya doğuş zamanı uşaq dünyasını dəyişir. Bir dəfə uşaq dünyaya gətirən qadının sonradan hamilə qala bilməməsi də ikincili sonsuzluq adlanır. Həmçinin, qadının özünün süni şəkildə hamiləliyi pozması, yəni abortdan sonra da hamilə qala bilməməsi ikincili sonsuzluq adlanır.
- Yalnız uşaqlığın müayinəsi sonsuzluq diaqnozunu dəqiqləşdirmək üçün yetərlidirmi?
- Əlbəttə, yox. Yalnız uşaqlığın müayinəsi sonsuzluğun səbəbini aşkara çıxarmaq üçün kifayət etmir. Eyni zamanda orqanizmin dirijoru adlandırdığımız qalxanvari vəzin müayinəsi də lazımdır. Bu vəz endokrin sonsuzluq yaratmaqla yanaşı, yumurtalığı stimulyasiya edən hormonlara, hamiləliyin gedişatına təsir edən bir sıra qüsurların yaranmasına səbəb olur. Yəni qalxanvari vəzdə hər hansı problemin olması yumurtalıqlarda disfunksiya yaradır. Bu da menustral siklin pozulmasına və qanaxmalara səbəb ola bilər.
- Adətən, sonsuzluq deyəndə, bu, yalnız qadınların problemi kimi anlaşılır. Bəs sonsuzluqda kişi faktorunun təsiri nə qədərdir?
- Sonsuzluqda yalnız qadın faktoru rol oynamır. Bu, 50-nin 50-yə nisbətindədir. Bir döl yumurtasının əmələ gəlməsi üçün həm kişi, həm də qadın hüceyrəsi olmalıdır. Hər ikisi sağlam olsa, sağlam döl əmələ gələcək. “Ömür” klinikasında kişi sonsuzluğuna qarşı da unikal müalicə üsulları tətbiq edilir. Kişilərdə klassik müayinə metodu kimi xayaların doploreoqrafiyası, spermoqrammanın analizi və qanda androgenlərin təyini aparılır.
Sonrakı mərhələdə infeksiyalar müəyyən edilir. “Ömür” klinikasında aparılan müayinə üsullarını fərqləndirən bir cəhət də bizdə spermanın sitokimyəvi analizinin aparılmasıdır ki, bu da çox dəqiq və düzgün müayinə metodlarından hesab edilir. Bu zaman klassik spermoqrammadan fərqli olaraq müayinə bir neçə parametrdə aparılır. Nəticədə yumurta hüceyrənin spermatozoidi nə qədər tanıması, yumurta hüceyrənin qlafını dəlib-deşmə qabiliyyəti, orada rüşeym əmələ gətirə bilməsi müəyyən edilir. Bu müayinələrdən sonra həm də kişi hüceyrənin bu nüanslara cavab verməməsinin səbəblərini proqnozlaşdıra bilirik. Bundan başqa, spermatozoidin nə qədər yararlı olmasını, süni və ya təbii mayalandırmada effektli nəticə verib-verməyəcəyini müəyyən etmək olur.
- Xəstələrin sonsuzluğun müalicəsi ilə bağlı yanlışlıqları nədən ibarətdir?
- Xəstələrə bildirmək istəyirəm ki, hər zaman peşəkar həkimlərə müraciət etsinlər. İxtisası uyğun gəlməyən, ginekologiyadan xəbəri olmayan həkimlərdən uzaq olsunlar. Müraciət etdikləri şəxsin ixtisasca həkim olmasına və praktikada da özünü təsdiq etməsinə önəm versinlər. Xəstə müalicə müddətində özü hiss etməlidir ki, həqiqətən də onun problemini aradan qaldıra biləcək həkimə və ya klinikaya rast gəlib.
- Adətən, müalicə kursu nə qədər çəkir?
- Tibb elmi riyaziyyat deyil ki, 2x2= 4 eləsin. Əvvəlcə sonsuzluğu yaradan faktoru araşdırmaq lazımdır. Sonsuzluğun səbəbini araşdırandan sonra müalicə proqramı tətbiq etmək də asan olur. Həkim Allah deyil ki, hər bir ailəyə uşaq versin. Həkimin məqsədi qarşıya çıxan patologiyanı aradan qaldırmaqdır. Məsələn, uşaqlıq normadan kiçikdirsə, 1-2 kurs müalicə ilə hamiləlik baş verməyə bilər. Biz ilk növbədə səbəbi öyrənməyə çalışırıq. Səbəbi bilinməyən sonsuzluğa idiopatik sonsuzluq deyilir. Bu zaman kişidə və qadında hər bir göstərici normal olur, lakin hamiləlik baş vermir. Bu zaman reabilitasiya proqramı ilə orqanizmi cavanlaşdırmağa, orqanların fəaliyyətini daha da yaxşılaşdırmağa çalışırıq. Çox vaxt da müalicələrimiz effektli olur.
Bu gün bir çox ailələr məhz övlad olmaması səbəbindən
dağılır. Heç bir ailəyə belə tale arzulamırıq. Təki hər evdən uşaq səsi gəlsin.
Qadınları ən çox qorxudan sual: uşaqlıq fibromaları, miomalar xərçəngə çevrilirmi?
“Uşaqlıq boynu və uşaqlıq cisminin şişlərinin hər birinin özünün yaranma səbəbləri var. Artıq sübut olunub ki, uşaqlıq boynunun xərçəngi virus etiologiyalıdır. Yəni uşaqlıq boynu xərçənginə cinsi yolla keçən virus səbəb olur”. Virus orqanizmə daxil olandan sonra xərçəngönü proses gedir. Bu, təxminən on il müddətində davam edir, ondan sonra xərçəng prosesi başlayır: “Bu uzun müddət bizə problemi xərçəngönü mərhələdə aşkar etməyə və hətta müalicə etməyə imkan verir. Uşaqlıq cisminin, daha doğrusu, selikli qişanın xərçəng tipi də xərçəngönü mərhələdən keçir və yenə də bunu aşkar edib, müalicə etmək mümkündür”.
Xərçəngönü mərhələnin heç bir klinik əlaməti yoxdur: “Təbii ki, bu, işin pis tərəfidir. Əlamətlər çox gec mərhələdə üzə çıxır”.
Ona görə də ginekoloq hesab edir ki, bütün qadınlar kütləvi şəkildə “Pap-test” deyilən yaxma müayinəsində keçməlidirlər: “Təbii ki, bu test şübhələnmə metodudur. Burda nəticənin 40 faiz yanlış çıxma ehtimalı ola bilər. Amma ən azı bu müayinə zamanı xəstədə atipik hüceyrələrin olduğu məlum olsa, toxuma parçası götürülür və biopsiya metodundan istifadə edirik. Bu məsələdə çətini şübhələnməkdir, şübhələndiyimiz zaman sonradan xəstəliyi daha asanlıqla aşkarlamaq mümkündür”.
Uşaqlıq cismi xərçənginin əsas əlamətləri hansılardır?
“Menopauza dövründə bir damla da olsa, qanaxması olan qadın mütləq ginekoloqa müraciət etməlidir. Çünki klimaks dövründə qanaxması olan qadınların 8-10 faizində uşaqlıq cisminin xərçənginə tutulma ehtimalı var. Bu qadınların hamısı endometrial biopsiya müayinəsindən keçməlidirlər”.
Uşaqlığın xoşxassəli şişləri deyərkən birinci ağıla miomalar, ikinci isə poliplər gəlir.
“Şiş” deyən kimi xəstələr qorxuya düşürlər, xoşxassəli olduğunu desək də. Ona görə də mən hər zaman deyirəm ki, dərinin xoşxassəli şişi xaldır və hamıda xal var. Statistik rəqəmlərə görə, qadınların 25-30 faizində mioma var. Bəlkə də yoxlansalar, bütün qadınlarda mioma var. Bu isə o demək deyil ki, bütün qadınlar, bütün miomalar əməliyyat olunmalıdır. Miomalar konkret olaraq problem yaratdığı, şikayət verdiyi zaman əməliyyat edilməlidir.
Miomanın yaradığı bir nömrəli şikayət qanaxmadır. Yəni mioma qanaxma yaratdığı zaman əməliyyat olunmalıdır. Burada isə menustrasiya qanaxmalarının uzanması və bol miqdarda olan qanaxmalar nəzərdə tutulur”.
- Sonsuzluq - Hamiləlik - Endometrioz - Uşaqlıq boynu problemləri - Uşaqlığın fibromatozu - Süd vəzilərinin problemləri - Kolposkopiya
Tel.: (050) 220 40 30 E-mail: [email protected]
Ən çox oxunanlar
Son xəbərlər