Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Şizofreniya ağır və xroniki hal alan psixi xəstəlikdir. Həkim -Psixiatrla müsahibə

Baxılıb: 2 175     Tarix: 20-11-2018 09:06   

Müsahibim Dimed Medical Center-in Professor, elmlər namizədi, nevropotoloqu, həkim -Psixiatrı Nərgiz Həşimzadədir. Nərgiz xanım, siz Psixiatrsınız. İstərdim ilk olaraq psixi xəstəliklərin təsnifatı haqqında məlumatla söhbətə giriş edəsiniz.

Psixiatriya ruhi əsəb xəstəlikləri haqqında elm sahəsidir. Klinik təbabətə aiddir. Tibbdə psixiatriyanın önəmli yeri var. -Psixiatriya çox dərin və mürəkkəb sahədir. Bu kateqoriyaya daxil olan xəstəliklərin yaranma səbəblərini öyrənmək tibb üçün hələ də çətin olaraq qalır. Çünki sırf insan ruhu ilə bağlı problemdir.
-Psixi xəstəliklər mərkəzi sinir sisteminin ali şöbəsinin patologiyasıdır. Sinir xəstəlikləri çoxdur. Nevropotoloqlar, neyrocərrahlar, narkoloqlar, göz həkimləri bu işlə məşğuldurlar. Psixiatriya isə ruhi əsəb xəstəliklərindən bəhs edir. Çox  mürəkkəb və dərin sahədir.

 
-Ən ağır xəstəliklərdən biri də şizofreniyadır. Çünki burada səbəb və səbəbin doğurduğu nəticəyə qarşı mübarizə aparmaq çətindir. Ona görə ki, sırf insanın daxili aləmi ilə bağlı məsələdir. Statistik məlumatlara görə, hazırda dünyada 60 milyon insan şizofreniyadan əziyyət çəkir. Skleroz, epilepsiya kimi beyin xəstəlikləri kimi alovlanma və sakitləşmə dövrləri olur.
Şizofreniya ağır və xroniki hal alan psixi xəstəlikdir.


Bu xəstəlik zamanı insanın şəxsiyyəti dəyişir, o, başqalarından təcrid olunur, gerçəkliyi hallusinasiyaları ilə qarışdırır. Şizofreniya nəticəsində insan adi həyat tərzindən, yaxınlarından uzaqlaşır, müalicə olunmadıqda xəstəliyin fəsadları ağırlaşır. Şizofreniya zamanı insanın sosial həyatda fəallığı azalır, onun fəaliyyətinin məqsədləri itir, düşünmə qabiliyyəti pozulur. Bu xəstəliyin yaranması isə müxtəlif psixi pozuntuların inkişafı ilə bağlıdır. Şizofreniya zamanı insanda hallusinasiyalar, əhvalın kəskin dəyişməsi, aqressiya və ya durğunluq müşahidə olunur, xəstə baş verənləri dəqiq anlamır. Şizofreniyanın ağır formaları isə uşaqlıqdan və yeniyetməlik dövründən başlayır. Bu xəstəlik zamanı insanın şüuru və emosiyaları dəyişikliyə uğrayır. Düşünmə qabiliyyəti pozulan xəstələr tez-tez diqqəti cəmləyə bilmədiklərindən şikayətlənirlər. Çox vaxt belə xəstələr fikirlərini idarə edə bilmir, onlarda ya fikirlər paralel yaranır, ya da hansısa bir fikrin təkrarlanması baş verir. Lakin xəstələr bu simptomlardan əziyyət çəkdikdə belə sözlərdə, cümlələrdə və ya incəsənət əsərlərində olan xüsusi mənanı anlaya bilirlər. Danışanda isə belə xəstələr fikrini dağınıq ifadə edir. Buna görə də onların nitqlərini anlamaq çətin olur. Çox vaxt belə xəstələr danışan zaman fasilələr verir və fikrini tam ifadə edə bilmirlər. Bundan başqa, xəstələrdə iradəsindən asılı olmayaraq, onları rahat qoymayan, təkrarlanan fikirlər yaranır. Bu fikirlər insana əziyyət versə də, onlardan qurtula bilmir. Təkrarlanan fikirlər tarix, adlar, terminlər, rəqəmlər, qorxularla bağlı olur. Xəstələrdə uzun müddət həyatın mənası və ölüm barədə düşündüyü hallar da olur. Xəstələrdə sayıqlama da özünü göstərə bilər. Çox vaxt belə xəstələr düzgün düşünə bilmir, hadisələrin gedişatı və insanlar haqqında yanlış təsəvvürə malik olurlar: «Xəstə bütünlüklə yanlış təsəvvürlərə təslim olur və onun fikirlərini dəyişdirmək mümkün olmur. Sayqılama gerçək fakt və hadisələrin yanlış təhlili nəticəsində baş verir. Eləcə də sayıqlamalar hallusinasiyalara görə də yarana bilər. Xəstələr qəribə şeylər də düşünüb sayıqlaya bilərlər. Məsələn, xəstələr düşünə bilər ki, kimsə onları təqib edir, zəhərləmək istəyir, cadu və sehr ona qarşı tətbiq olunur və s». «Xəstələrdə emosional pozuntular valideynlərə və ya yaxın insanlara qarşı mərhəmət və bağlılıq hissinin itməsi, təhsilə, işə marağın olmaması, qapalılığın, cəmiyyətdən təcrid olunmağın yaranması ilə başlayır. Bəzən xəstələr yaxınlarına qarşı kobud rəftar edir, qəddar olur, onlara ögey münasibət göstərirlər. Valideyn və yaxınlarını adını və soyadını deməklə çağırırlar», —belə insanlarda məsuliyyət və cavabdehlik hissi itir. Xəstələr öz vəzifələrini və öhdəliklərini yerinə yetirmir, özlərinə qulluq etmir, saçlarını daramır və s. Onlar küçələri gəzir və qəribə tərzdə davranırlar. Bu simptomlarla yanaşı xəstəliyin ağırlaşması zamanı xəstədə manyakal (yüksək əhval-ruhiyyə) və depressiv (əhval-ruhiyyənin aşağı düşməsi) müşahidə olunur. Xəstəlik insanda apatiya, biganəlik hissi yaradır. Belə xəstələr, hansısa bir vəziyyətdə uzun müddət sakit qalmaqla yanaşı, bu xəstəliyə aqressiv davranış da xasdır: «Bəzi xəstələrin hərəkətləri pozulur. Misal üçün, xəstə uzun müddət — bir həftə və ya bir neçə ay bir vəziyyətdə uzanıb qala bilir. Bu halda xəstə ətrafdakılara heç bir reaksiya vermir, sualları cavablandırmır, heç bir xahişləri yerinə yetirmir. Bəzi xəstələr isə uzananda belə yastığın üstünə başını qoymur və havada asılı vəziyyətdə başlarını saxlayırlar. Xəstələr uzun müddət qəribə vəziyyətlərdə hərəkətsiz qala bilirlər».


-Şizofreniyanın simptomları hansılardır?


-Şizofreniyanın simptomları 3 əsas kateqoriyaya ayrılır: müsbət simptomlar, mənfi simptomlar və koqnitiv simptomlar.

Müsbət simptomlar -Şizofreniya tez-tez müsbət və mənfi (və ya çatışmazlıq) simptomlarla təsvir olunur. Müsbət simptomlara digər şəxslərlə bölüşülməyən hisslər, düşüncələr və davranışlar daxildir, məsələn səslərin eşidilməsi real deyil. Onlar xoşxassəli olduqları üçün deyil, üst-üstə gəldikləri üçün müsbət adlanır. Yanılmalar, nitq və şüur pozuntusu, mənasız qəribə düşüncələr (xülya), qeyri-mütəşəkkil düşüncə və nitq və mövcud olmayan məfhumları hiss etmək, eşitmək, görmək, iyləmək yaxud dadmaq bu simptomlara daxildir. Adətən müsbət simptomlar dərman müalicəsinə və idrak-davranış terapiyasına cavab verir. Həmçinin antipsixotik dərmanların qəbulunun dayandırılması bu simptomlara səbəb ola bilər. Müsbət simptomlar çox vaxt kənardan hiss edilmir.
Mənfi simptomlar-Bir qayda olaraq, daha az, yaxud, ümumiyyətlə, heç bir ruhi xəstəliyi olmayan sağlam insanlarda da müşahidə edilən düşüncələr, davranışlar və emosiyalar mənfi simptomlardır.


Minus işarəsi (-) həmçinin mənfi sözünü ifadə edən işarədir. Mənfi simptomlara “süst təsir” daxildir; abuliya, apatiya, simada boş, ifadəsiz görünüş, qəti və kobud təsirli emosiyalar, nitq pozuntusu (afaziya), ləng monotonda danışılan təkhecalı nitq, jestlərin azlığı, heç nəyə və heç kəsə qarşı marağın olmaması (asosiallıq), yaxud zövq ala bilməmək (anhedoniya), motivasiya azlığı (avolisiya). Bu problemlər həmçinin antipsixotik dərmanların yan təsirləridir. Onlar həmçinin aşağı metabolizma kimi digər tibbi problemlərin simtptomları da ola bilər. Mənfi simptomlar adi emosional cavabların, digər düşüncə proseslərinin çatışmazlığıdır və müalicəyə müsbət cavab vermir. Araşdırmalar göstərir ki, mənfi simptomlar həyat keyfiyyətinin aşağı salınmasına, fiziki əlilliyə gətirib çıxarır və müsbət simptomlardan daha çox yüklənmə olur. Mənfi simptom daşıyıcılarının xəstəlik başlamazdan əvvəl nizamlama tarixləri olur və müalicəyə cavab məhdudlaşır.
Koqnitiv simptomlar-Koqnitiv simptomlara diqqət, yaddaşın müəyyən tipləri, zaman anlayışı, plan qurma bacarığı və təşkilatçılıqla bağlı problemlər daxildir. Şizofreniyaya səbəb olan koqnitiv çatışmazlığı da xəstəliyin göstəricisi kimi qəbul etmək çətin ola bilər. Onlar xəstəni əmək qabiliyyətindən məhrum edən ən təhlükəli simptomlardır, çünki koqnitiv problemlər gündəlik fəaliyyətə mənfi təsir göstərir. Bu problemlər həmçinin antipsixotik dərmanların, antidepressantların, yuxu və narahatlıq əleyhinə dərmanların yan təsiri də ola bilər.
Adətən şizofren xəstələr delüsinasiya və hallüsinasiyalardan əziyyət çəkirlər. Hallüsinasiyalar bir qayda olaraq, digər insanların eşitmədiyi səslərin eşidilməsi ilə müşahidə edilir. Bu səslər adətən həmin şəxsə mənfi şeylər söyləyir. Şizofren olmayan çox insan bu cür səslər eşidə bilər, məsələn, yatmazdan öncə. Bu hipnaqoqik hallüsinasiya adlanır. Beyin onlara eşidilən normal səslərdən başqa heç nə deyə bilmir. Elm bu fenomeni hələ də tam anlamır.


-Şizofreniyanın müalicəsi necə aparılır?


-Şizofreniyanın ana mənşəyi və tam müalicəsi indiyə kimi tapılmayıb. Şizofreniya müalicəsi əsasən dərmanla, psixo-və sosioterapiya ilə aparılır və bu zaman ailə dəstəyindən də istifadə edilir. Bəzi hallarda şizofreniya xəstələrin ictimai dəstək ehtiyacı artmaqdadır. Məsələn, müalicə olmaq istəməyən və müalicə olmağı rədd edən xəstələri həkimə getməyə razı salmaq lazımdır. Xəstəliyin təbiəti elədir ki, başlanğıcda xəstələr xəstə olduqlarını qəbul etmir. Bəzən də özlərinə və ya ətraf mühitə zərər verəcək ölçüdə təcavüzkar ola bilirlər. Bu vəziyyətdə xəstə həkimə getməyi qəbul etmirsə, həkimə apara bilmək üçün təhlükəsizlik güclərindən kömək tələb edilə bilər. Həmçinin müayinə əsnasında bəzən xəstələr əlamətləri həkimlə paylaşmaq istəməyə bilər. Doğru diaqnozun qoyulması üçün xəstə ilə bir yerdə yaşayan yaxınlarının mövcud vəziyyətlə bağlı həkimi məlumatlandırmaları əhəmiyyətlidir. Müalicənin erkən başlanması müalicədə müvəffəqiyyət şansını artırır. Ailəsi və yaxını olmadığından nizamlı müalicə görə bilməyən xəstələr cinayət işləyərək həbsxanaya həyatına və ya aclıq, yoxsulluq içində küçələrdə yaşamağa məhkum olurlar.


-Sonda oxuculara məsləhətiniz?


-Ailədə belə xəstələrə diqqət yetirilməməsi, onların vaxtaşırı zəruri profilaktik müalicə almaması xəstəliyin ağırlaşmasına və hətta müxtəlif cinayətlərə də səbəb ola bilir: «Ağrılı məqam ondan ibarətdir ki, belə insanlar çox vaxt ruhi xəstə kimi dəyərləndiriləcəklərindən ehtiyat edərək, həkimə müraciət etmirlər. Digər tərəfdən, ailə üzvləri də buna çox vaxt ciddi əhəmiyyət vermir, dözür, baş verənləri adi hal, şıltaqlıq, bir insanın kaprizləri kimi qəbul edirlər. Bu da əksər hallarda xoşagəlməz sonluqla nəticələnir, faciələrə gətirib çıxarır. Çalışmaq lazımdır ki, belə əlamətlər hiss edildikdə, həmin insana mümkün olan tibbi-rsixoloji yardım göstərilsin. Bu yardımın davamlı olması məqsədəuyğundur, çünki baş verən fəsadların, ağırlaşmanın qarşısını bu halda daha uğurlu bir şəkildə almaq olur».

Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
-Buyurun həmişə sağlam olunшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar