Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

İnvaziv radioloqla müsahibə

Baxılıb: 1 518     Tarix: 20-11-2018 09:28   


Qanunvehedef.az saytı  sizləri tibbi maarifləndirmək və sağlamlığınızı qorumaq üçün fəaliyyət göstərən “Həkimlə Biz” rubrikasının müsahibi Tibb üzrə Fəlsəfə-Elmlər doktoru, Medistyle Hospitalın İnvaziv radioloqu Dr.Ruslan Pişanovdur. İnvaziv radioloq Ruslan Pişanovla EKSKLUZİV müsahibəni sizlərə təqdim edirik. Mövzumuz Damar tutulması , damar tıxanmasının səbəbləri və müalicəsi haqqındadır.


Damar tutulması nədir?


- Ürəkdən bədənə qan aparan damarlara arteriyalar deyirlər. Arteriyaların içi endotel deyilən bir təbəqəylə örtülmüşdür. Bu təbəqənin zədələnməsi nəticəsində bədən həmin zədələnmiş hissəni örtməyə çalışır nəticədə fibrin lifləri ilə əmələ gələn qabarıqlıq getdikcə damarın içində kirəcləşmə yaradır və damar tutulur. Əgər beyinə qan aparan damarlarda tutulma olarsa bu beyinin insultu ilə nəticələnir. Ürəyə qan aparan damarlar tutularsa bu özünü infarkt kimi göstərir. Aşağı ətraflara qan aparan damarlar tutularsa bu da özünü aşağı ətrafların qanqrenası kimi göstərir.
Tıxanma tədricən, gizli, güclü ağrısız başlaya bilir və illərlə davam edir. Ürəyin 3 əsas tac damarından birində daralma olarsa, bu, ölümə bərabərdir . "Tam döş sümüyünün arxasında, el arasında "sinə taxtası” deyilən yerdə ağrı olur. Ağrı hər iki qola, kürəyə, əllərə yayıla bilər. Əgər aktiv hərəkət zamanı təngnəfəslik də olursa, artıq ürək damar tıxanmasından şübhələnmək olar. Biz mədə nahiyəsində olan ağrını da ürəklə bağlı nəzarətə götürməliyik. Ürək damarlarının daralmasının təhlükəli məqamı odur ki, xəstənin heç bir şikayəti olmaya bilər, heç bir əlamət vermir, xəstəlik təsadüfən aşkar olunur. Ona görə insanlar, xüsusən kişilər ildə 1-2 dəfə ürək müayinəsindən keçib, vaxtında damarların vəziyyətini yoxlatmalıdır ki, damarın funksiyası bərpa olunsun”.
Aşağı ətraflara qan aparan damarlar tutularsa bu da özünü aşağı ətrafların qanqrenası kimi göstərir . Çox hallarda damar tutulması dedikdə aşağı ətrafların damar tutulması nəzərdə tutulur. Aşağı ətraflardakı damar tutulmasının əlamətləri bir müddət yeridikdən sonra baldırda olan ağrılar, keylik hissi və soyuqluq hissidir. Onu da qeyd edim ki, xəstə dayandıqda bu ağrılar keçir. Damar tutulması ağrılarını bel ağrılarında fərqləndirən cəhət bel ağrıları xəstə uzanarkən artır lakin damar tutulması ağrıları isə xəstə hərəkət edərkən artır.
Damar tıxanıqlığının təməli çox vaxt uşaqlıqdan qoyulur, yaşlandıqca həyat şəraiti ilə bağlı inkşaf edir: siqaret, içki, stress, hərəkətsizlik, artıq çəki, pis qidalanma, şəkər xəstəliyi və s. səbəblər damarları zamanla tıxayır.


-Tıxanmış damarlar özünü hansı əlamətlərlə büruzə verir?


-Damarların tıxanması illər ərzində və demək olar simptomsuz inkişaf edir. Tıxanmış damarın harada yerləşdiyindən asılı olaraq (baş-boyun, ürək, aşağı ətraflar və s.) bu kimi simptomlar meydana çıxa bilər:
- başgicəllənməsi
- səbəbsiz yorğunluq
- diqqətin və yaddaşın zəifləməsi
- ürək nahiyəsində ağrılar və sıxılma hissi
- yerimə zamanı sağrı, omba, baldır nahiyəsində ağrılar, axsama.


-Zəhmət olmasa damar tıxanmasının səbəbləri haqqında məlumat verərdiniz?


-Damar tıxanmasının səbəbləri bunlardır:     

1.Orqanizmdə pis xolesterolun artmasında əsasən endokrin pozulmalar (xüsusilə qalxanvari vəzi xəstəlikləri), qaraciyərin piylənməsi və öd kisəsi xəstəlikləri günahkardır. Bu pozulmalar zamanı piylərin parçalanması və mənimsənilməsi prosesi pöozulur ki, bu da xolesterolun damarlarda yığılmasına səbəb olur.
2. Damar divarının zədələnməsi. Daxili divarın zədələnməsi damarda xolesterolun yığılması üçün şərait yaradır. Sağlam damarda xolesterol yığılmayacaq. Yeri gəlmişkən, damar divarlarının zədələnməsinin əsas səbəbi şəkərdir.
3. Qanın qatılığının artması. Bu damarlarda trombların əmələ gəlməsinə gətirib çıxardır. Bunun səbəbləri arasında: bəzi qan xəstəlikləri, mayenin az qəbulu və s. ola bilər.
Bu 2 amilin birləşməsi ateroskleroz kimi ağır pozulmanın inkişafına zamin yaradır.
-Angioqrafiya  nədir?
-Angioqrafiya termini 2 yunan sözündən yaranıb - «angeion» - damar və «grapho» - yazmaq.
Qan damarlarında daralma, tıxanma, qan axınındakı kimi problemləri araşdıran "angioqrafiya" metodu damarların təsvir olunmasına imkan verən müayinə növüdür.
Bu istiqamətdə göz damarları, beyin damarları, ürək və ayaq damarları adətən tez araşdırılan damar sistemləridir. Angioqrafik üsul bədənin bütün damarlarının müayinə nəticələrinə görə xəstəlik haqqında qərar qəbul etməyə və angioqrafik əməliyyatlar icra etməyə imkan verir.


-Karotis arterial damarların və ya şahdamarın tutulması haqqında nə deyə bilərsiniz?


-Karotis arterial damarı və ya şahdamar boyun hissəsində olur və beyini qan ilə qidalandıran ən vacib damardır. Şahdamarda daralma və ya tıxanma çox təhlükəlidir çünki həyati orqanlardan biri olan beyinə mənfi təsir edir. Beynin qanla qidalanması azalır və ya darlıq bölgəsindən beyinə tromb atılaraq insulta səbəb olur.
Xalq arasıda damar tutlması olaraq bilinsədə şahdamarda bizim üçün vacib olan damarın tutlması deyil damarın daralmasıdır. Çünki damar tam tutulduqdan sonra müalicəyə ehtiyac yoxdur və ya mümkün deyildir. Ancaq damar daraldığı zaman beyinə tromb gedə bilər və bu böyük fəsadlarla nəticələnir.
Boyun damarlarından beyinə tromb getməsi insult ilə nəticələnir. Ancaq insultdan əvvəl daralmağa bağlı diqqətçəkici şikayətlər ola bilər. Bunlar bədən və ya üzdə keyimə-iynələnmə hissi, qol və ayaqlarda gücsüzləşmə, danışığın pozulması, bulanıq görmə və ya gözə qara pərdə gəlməsi, kəskin huşun getməsi, ürək getmə, güclü baş gicəllənmə kimi şikayətlərdir. Bu şikayətlər qalıcı insuntun ilkin göstəriciləridir. Bu səbəblə şikayətlərinizlə deyilənlər arasında uyğunluq varsa mütləq nervpotoloqun müayinəsindən keçməlisiniz. Bu şəkildə ilkin müalicə alaraq insultun qarşısını almaq mümkündür.

-Şahdamardakı tutulmaya stentin yerləşdirilməsi necə həyata keçirilir?
-Damar tutulmalarında istifadə olunan stent metaldan hazırlanmış qəfəs şəklindədir. Şahdamara yerləşdirilən stentlər digər stentlərdən çox az fərqlənir. Angioqrafiya olunaraq damar darlığı görüntülənir, həmin nahiyəyə stent yerləşdirilir və balon edilərək həmin stent genişləndirilir. Şahdamara stent yerləşdirilən zaman darlığın üstünə özəl filtr qoyulur ki, beyinə tromb atma riskinin qarşısı alınsın. Bu filrt stent yerləşdirilməsi başa çatdıqdan sonra çıxarılır.


-Böyrək damar daralması nədir?


-Xalq arasında böyrək damar tıxanıqlığı kimi bilinsə də böyrək damarlarında tez-tez gördüyümüz və müalicə etdiyimiz xəstəlik böyrək damar daralmasıdır.
Böyrək damar darlığı və ya tutulması əsasən damar sərtliyinə və ya damar kirəclənməsinə bağlı olaraq yaranır. Ancaq az təsadüf olunsada fibromoskulyar displazi kimi xəstəliklərdə səbəb ola bilir. Xəstəliyə damar sərtliyi riski olan insanlarda (yuxarı yaşlı, şəkər xəstəliyi olan, yüksək təzyiq, siqaret çəkən insanlarda) daha çox rast gəlinir.
Böyrək damar daralmasında ən effektli müalicə stend yerləşdirilməsi əməliyyatıdır.


Sonda oxucularımıza məsləhətiniz?


Damar tıxanması ucbatından hər gün insanlar həyatını itirir. Damar tıxanmasının qarşısını almaq üçün sağlam qidalanmaq və pis vərdişlərdən uzaq olmaq lazımdır.

Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
Buyurun həmişə sağlam olun.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar