Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Bu dəfəki mövzumuz cəmiyyətimizin qlobal problemlərindən biri olan depressiyadır Psixoloqla-müsahibə

Baxılıb: 1 682     Tarix: 07-05-2018 11:22   
 Müsahibimiz HEALTH BAKU MEDICAL CENTER-in Psixoloq-psixoterpaevti, NLP üzrə mütəxəssis, müxtəlif mövzular üzrə təlimçi-ekspert Xanım Niftəliyevadır.

Onunla cəmiyyətimizin psixoloji problemlərindən, ailədaxilə münasibətlərdən, gəncləri maraqlandıran sevgi münasibətlərindən və s barədə danışmışıq. Bu dəfəki mövzumuz cəmiyyətimizin qlobal problemlərindən biri olan depressiya haqqındadır.
Depresiya nədir?


Sizi həyatdan zövq almaqdan məhrum edən psixi haldır. Bu zaman insan keçirdiyi hisslərin səbəblərini dəqiq anlamır. Ona elə gəlir ki, heç kim ona bu vəziyyətdən çıxmağa kömək edə bilməz. O, özünü tənha, əlacsızlıq, sanki qaranlıq bir boşluqda hiss edir. Depressiya zamanı insan ailəsindən, dostlarınan uzaqlaşır. Dünya ona qaranlıq və tutqun görünür, hətta bir vaxtlar sevdiyi işdən - zövq ala bilmir. İnsan təfəkkürü dəyişir, o, özündə və başqalarında yalnız mənfi keyfiyyətləri görür. Nə vaxtsa müsbət düşündüklərinə inanmırlar, sanki çıxılmaz labirintin içində özünü hiss edir. Müasir lüğətdə Depressiya sözünün aşağıdakı elmi tə'rifi verilib: Depressiya (lat.depressio - mə'yusluq, ruh düşkünlüyü) insanın mənfi əhval-ruhiyyədə olması deməkdir. Bu vəziyyət özünüqiymətlənditmənin aşağı düşməsi, həyatın mənasını itirməklə müşahidə olunur.


Depressiyanın əlamətləri:


Həyatdan zövq almamaq-insan əvvəl zövq aldığı, xoşbəxt olduğu bir işdən artıq zövq almaz hala gəlir.
Yorğunluq, əldən düşmə, enerji itkisi, hey uzanmaq, yatmaq istəyi. Çox tez yorulmaq, acı və çətinlik hissi.
Depressiyada yuxu pozğunluğu: yuxuya getməkdə çətinlik.

 
Həddən artıq küsəyənlik və romantiklik, tez ağlama, səbrsizlik, dözümsüzlük, tez əsəbiləşmə, hirslənmə, incidici olma.
İştaha, çəki itkisi, ya da həddindən artıq iştahla çəki alma. Özünə olan güvən hissinin itməsi, dəyərsizlik və işə yaramama düşüncələri. Keçməyən baş ağrıları, mədə-bağırsaq sistemi şikayətləri, müxtəlif bədən ağrıları, yanma hissi, istilik basmaları. Bəzən huşunu itirmə və sıxılma, ürək ağrıları və s.


Cinsi istəyin azalması, orqazm hissinin olmaması və s.


Həddindən artıq unutqanlıq, diqqət və konsentrasiya pozğunluğu, davamlı bədbəxtlik, pessimizm və ümidsizlik halı.
Sevdiklərini və sahib olduqlarını itirmə narahatlıqları və qorxuları, evin təmizlik işlərinə həddən artıq meyillik.
Depressiya əlamətlərindən biri də ya həddindən artıq dinə yönəlmə, ya da dindən və ibadətlərdən soyuma. Bəziləri evinə, iş yerinə qarşı soyuyur. Evini satmaq, iş yerini dəyişdirmək istər. Bu hallarda ən yaxşısı müalicənin nəticəsini gözləməkdir.
Hər bir şəxs depressiyaya düşə bilər. Depressiyadan çıxa bilmək üçün ilk növbədə depressiyanın nədən yarandığını bilmək lazımdır, bunu bildikdən sonra isə depressiyadan çıxmaq daha asan olur. Bu halda mütləq psixoloqlara müraciət etmək lazımdır. Artıq müasir cəmiyyətdə yaşayırıq, müasir insanlar isə öz problemlərini həll etməyə heç olmasa cəhd etməlidir.


Adətən bir çox pasiyentlər hospitalizasiya edilmir, sadəcə olaraq ambulator müalicə olunur. Bu zaman depressiyanın terapiyası müxtəlif istiqamətlərdə aparılır: farmakoterapiya, psixoterapiya, sosial terapiya və s.


Depressiyası olan insanların çoxuna professional bir psixoloq tərəfindən tətbiq olunan Psixoloji Məsləhətçilik ilə kömək edilə bilər. Geriyə qalanlara isə dərman müalicəsi və müalicə tətbiq olunur.


Depressiyanın hansı növləri var?

- Major depressiya. Major depressiyanı hər kəs eyni keçirmir. Buna görə də, major depressiya özü də bir neçə yerə bölünür: 1. Xroniki davam edən depressiya; 2. Atipik depressiya; 3. Melanxolik depressiya; 4. Doğum sonrası başlayan depressiya (post partum depressiya); 5. Fəsillə əlaqəli depressiya; 6. Distim depressiya (uzun və zəif depressiya).


 Melanxolik depressiya. Xəstələrin sosial aktivasiyası və öz hobbilərinə qarşı maraqları azalır. Dostlarıyla və ailəsi ilə bir yerdə olmaq istəmirlər. Daha əvvəl maraqla etdikləri işi artıq etmək istəməzlər. Həyatlarında yaxşı seylər olsa belə, bundan xoşbəxt olmazlar. Xəstələr oyanmaları lazım olduğu vaxtdan daha tez oyanmış olurlar və sonrasında da yatmağa çalışsalar belə, yata bilmirlər. Bu depressiya ən çox səhər müşahidə olunur. Xəstələrin hərəkətləri normaldan daha yavaş və ya daha tez ola bilir. 

İştahasızlıq olur və həddən artıq arıqlayırlar. Hər şeydə özlərini günahlandırırlar. Post partum depressiya (doğuş sonrası depressiya).

 Qadınlarda doğuş sonrası depressiya keçirmə halı 10-15%-dir. Depressiya özünü doğuşdan sonra 6 ay içində göstərir. Xəstələrdə, adətən, tez özündən çıxma, birdən-birə ağlamaq, gərginlik ola bilər. İlk dəfə doğum etmiş qadınlarda bu depressiya daha çox görünür. Doğuşdan sonra ani hormon dəyişiklikləri qadına çox pis təsir edir. Uşağın tez-tez ağlaması və ananın onun nəyə görə ağlamasını bilməməsi xəstəni daha da pis vəziyyətə salır. 

Atipik depressiya. Bu depressiya digərlərindən fərqlidir, belə ki, xəstələrdə gərginlik, halsızlıq halı həmişə
olmaya bilər, bəzən olduqları mühitdən asılı olaraq, çox şən, gülərüz görsənə bilirlər.


 Xəstələrdə iştahlılıq və kilo artımı ola bilər. Belə xəstələr bütün günü ağrıdan əziyyət çəkirlər, amma onların ağrıları tamamilə psixoloji olur. Ani şəkildə özündən gedə bilər, əsasən də insanların çox olduğu yerlərdə özündəngetmə halları artır. Bu insanlar, əsasən rədd edilməyə qarşı çox həssasdırlar və rədd edildikləri zaman çox əsəbi və dağıdıcı olurlar. Buna görə də, ailəylə, dostlarla və iş yerində bəzi çətinliklərlə qarşılaşırlar. Distim depressiya (uzun və zəif depressiya). Ən az 2 il davam edən və zəif keçirdilən depressiyadır. Arada 1-2 gün sağalmış kimi görünə bilərlər, ancaq əsasən depressiya halında olurlar. 

Bu depressiyada olan şəxslər də gərginlik və həssaslıq keçirdirlər, ancaq ağır depressiya ilə müqayisədə çox zəif halda bu proseslər duyulur. Səbəbi bilinməyən bədən ağrıları, halsızlıqlar olur. Bu depressiyanı digərlərindən fərqləndirən cəhət onun daha uzun müddət davam etməsidir. Fəsillə əlaqəli depressiya. Bəzi xəstələrdə depressiya mövsümi xarakter daşıyır.

 Təkrarlanan depressiya həmişə eyni fəsilə təsadüf edir. İlin digər fəsillərində isə həmin şəxs özünü çox yaxşı hiss edir.

 Bütün ağır depressiya halları bu depressiyada özünü göstərir. Əsasən havanın tutqun olduğu payız və qış aylarında bu depressiya özünü daha çox göstərir.

Hansı əlamətlər depresiyanın başlanğıcı hesab olunur? 1. Yuxusuzluq, gecə tez-tez yuxudan oyanmaq, səhər tezdən oyanmaq və təkrar yata bilməmək və yaxud həddən artıq çox yatmaq. 2. Yemək problemləri olur.


 Az yemə və bununla bağlı arıqlama, yaxud çox yemə və buna bağlı olaraq həddən artıq kökəlmək. Xəstələr dietada olmadıqları halda,
1ayda ümumi çəkinin 5 faizindən çox olmaqla arıqlayır və ya kökəlirlər. 3. Lazımsızlıq, ümidsizlik duyğuları. Xəstələr, əsasən, bir işə yaramadıqlarını düşünürlər. Gələcək ümidsiz və qaranlıqdır. Depressiya ilə bağlı ümidsizlik və kədər hissləri o qədər şiddətlidir ki, xəstələr yaşamağa olan marağını itirir, heç nədən zövq ala bilmirlər. Cinsi istəksizlik hiss olunur və xəstələr yataqdan çox zaman çıxmaq istəmirlər. Xəstələr bütün günahın özlərində olduğunu zənn edirlər. 4. Kansentrasiya çətinliyi, qərar verməkdə çətinlik ola bilər. Xəstələrdə kansetrasiya və diqqət toplamaq o qədər çətin olur ki, hər hansı bir mətni təkrar-təkrar oxuduqları halda yadlarında heç nə qalmır. 5. Enerji azlığı, yorğun hiss etmə, hər şeyə qarşı laqeyd olmaq.


 Əsasən səhər yorğun halda yuxudan qalxılır və bu yorğunluq halı gün boyu davam edir. Əvvəllər zövqlə etdikləri işi artıq davam etdirmək istəmirlər. Yalnız qalmaq istəyirlər. 6. Ölmək istəyi. İntihar etmək və ya intiharı etməyə təşəbbüs ola bilər. Bir çox xəstələr intiharın dində günah olduğu üçün bu yola əl atmırlar, ancaq bəziləri isə buna nail olurlar.

Depresiya nevrozlara gətirib çıxara bilərmi?


Adətən depressiya nevrozlara gətirib çıxarır. Nevrozlar arasında nevrasteniya, isterik nevroz, nevrotik depressiya və sayrışan hallar nevrozu ayırd edilir.


Nevrasteniya – oyanıqlıq, əsəbilik, tez qıcıqlanma, sinir sisteminin yorulması və üzülməsi ilə özünü göstərir. Belə xəstələr ürəkdöyünmə, tərləmə, yuxu və iştahanın pozulması, əl və ayaqların soyuq olmasından şikayətlənir. Nevrozdan əziyyət çəkən insanlar temperatur dəyişikliklərinə, gur işıq və yüksək səslərə davamsızdır. Tez-tez baş ağrıları baş verir. Küsəyənlik, ağlağanlıq, özündən narazılıq xəstələrin əsas xüsusiyyətləridir. Tez ruhdan düşür, lakin tez də özlərinə gəlirlər.


İsterik nevroz yüksək özünətəlqinlə xarakterizə olunur. Çox vaxt xəstənin bədəni titrəyir, ətrafları keyiyir, yanır, əl və ayaqları zəifləyir, xəstə
yeriyərkən səndələyir, bəzən kekələyir, dili tutulur. Əhvalı çox tez-tez dəyişir. Xəstələr diqqət mərkəzində olmaq, ətrafdakıların fikrini özlərinə yönəltmək üçün özlərini teatral və qeyri-təbii aparır.


Nevrotik depressiya sözübütöv, kompromisi xoşlamayan, hisslərini gizlədən insanlarda rast gəlinir. Depressiya özünü kədərlənmə, sevinc hissinin və aktivliyin azalması, yuxu pozğunluğu ilə göstərir. Xəstələr yuxuya çətinliklə getdiklərinə və gecə ərzində bir neçə dəfə oyandıqlarına görə səhər yorğun və əzgin olurlar. Lakin buna baxmayaraq, çox ağır xəstə olsalar da bu insanlar sabaha ümidlərini itirmir. Ailə problemlərindən qaçmaq üçün işə qapılırlar.


Sayrışan hallar nevrozu zamanı həyəcan, qorxu, əhvalın pisləşməsi ilə müşayiət olunan sayrışan fikirlər, ürəkdöyünmə, titrətmə, tərləmə kimi əlamətlər müşahidə olunur. Belə vəziyyətlər yorğunluğa da gətirib çıxarır. İfrat yorğunluğun ən çox təzahür edən simptomları - daim özünü pis hiss etmək, süstlük, zahiri görkəmin «pis» olması, hər bir yüngül fiziki, ya zehni əməkdən sonra tez yorulmaq, iştahanın olmaması, yuxunun pozulması və s. kimi əlamətlərdir.


İfrat yorğunluq xroniki xəstəlikləri şiddətləndirir və həmçinin orqanizmin xəstəlik törədicilərə qarşı müqavimətini azaldır. Xüsusən orqanizmdə fizioloji proseslərin pozulması daha təhlükəlidir. Belə olduqda bəzən istirahət də lazımi səmərəni vermir və bu, əsəbi-psixi yorğunluğa səbəb olur. Yalnız uzunmüddətli, lazımi səviyyədə təşkil edilmiş istirahət orqanizmin yenidən əsəbi-psixi tarazlığa qayıtmasına şərait yaradır.


Depresiyaya düşməmək üçün nə etmək lazımdır? Zövq aldığınız işləri görmək üçün hər gün ən azı 1 saatınızı özünüzə ayırın. Müsbət düşüncəli, sizinlə mübahisə etməyən yoldaşlarınızla vaxt keçirin. Əmin olun ki, yaxşı dost əldə etmək sizin də depressiyaya düşməyinizə mane olacaq. Bir kağıza nələrdən xoşlanmadığınızı yazın və bu kağızı yandırın. Beləliklə, ruhunuzla ağlınız uyğunlaşmağa başlayacaq. Otağınıza gözəl ətir verən çiçəklər qoyun. Xoş qoxu depressiyadan qurtulmaqda əhəmiyyətli təsirə malikdir. Çünki beyində müsbət enerjinin meydana gəlməsinə kömək edir. Günəşli günlərdə heç olmasa həftənin bir gününü təbiətdə gəzintiyə ayırın. Yemək-içmək vərdişlərinizi dəyişin. Ət yeməkləri əvəzinə meyvə-tərəvəzlərdən ibarət menyu seçin. Yalan söyləməyin. Sözün düzünü demək və düşüncələri gizlətməyə ehtiyacı duymamaq ruhunuzda və beyninizdə əmələ gələn təzyiqi ortadan qaldıracaq. Problemlərinizi dostlarınızla paylaşın. İbadət edin, Allahla daha çox təmasda olun. Bu, sizə depressiyadan azad olmağa kömək edəcək.


Rəqs edin və ritmik musiqilər dinləyin. Düşüncə tərzinizi kökündən dəyişməyə çalışın. Özünüzü bu dünyada heç vaxt tək hiss etməyin. Əzizlərinizlə birlikdə keçirdiyiniz günləri xatırlayın. Hadisələrə müsbət tərəfdən baxın. Mənfi dünyagörüşü inkişaf etdirməkdən uzaq olun. İdmanla məşğul olun. İdman bədənin funksiyalarını yerinə yetirməsi üçün lazım olan oksigenin bədənə daha çox gəlməsinə kömək edir. Beyin bol oksigenlə təmin olunur, bu isə depressiyadan
xilas olmaq deməkdir. Gecə yuxusundan imtina etməyin. Ən geci gecə 1-də yatağa girin və səhər 8-də qalxın. Uşağınızla daha çox vaxt keçirin. Uşaqlar şən varlıqlar olduqları və müsbət enerji daşıdıqları üçün bu enerjinin bizlərə də sirayət etməsi üçün uşaqlarla daha çox vaxt keçirmək faydalı olacaq. Siqaretdən və spirtli içkilərdən imtina edin.


- Sadaladığınız psixi pozuntulardan qorunmaq üçün oxucularımıza məsləhətləriniz nə olar?


- Emosional gərginliyi olan şəxslərə gün rejimi müəyyən etməyi, aktiv həyat tərzi sürməyi, idmanla məşğul olmağı, stressdən uzaq durmağı tövsiyə edir.


Xanim Nifteliyeva tel 051-970-88-99.
шаблоны для dle 11.2



Ən çox oxunanlar