Qanunvehedef.az “Həkimlə biz” layihəsi çərçivəsində Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının Cərrah mama-ginekoloqu Dr. Elvira Əhədova ilə söhbətləşib.
Baxılıb: 1 253 Tarix: 19-12-2018 10:46

Bu müsahibədə poliplərin əlamətləri, yaranma səbəbləri və müalicəsi haqqında sizi maraqlandıran bir çox suallra cavab tapacaqsınız. Həmin müsahibəni siz oxucuların diqqətinə çatdırırıq.
Polip nədir?
Poliplər endometriumdan (uşaqlığın daxili səthi) inkişaf edib uşaqlıq boşluğuna doğru uzanan patoloji törəmədir.Onlar endometriumun hər hansı bir nahiyəsinin qalınlaşması və normadan artıq böyüməsi sayəsində meydana çıxırlar.

Polipin əlamətləri hansılardır?
Polip bu kimi əlamətlərlə özünü büruzə verir:
-menstrual dövrün pozulmaları
-menstruasiya zamanı güclü qanaxmalar
-menstruasiyalar arası uşaqlıqdan ağ selikli ifrazatların olması
-cinsi əlaqədən sonra qanlı ifrazatlar
-menstruasiyalar arası qanaxmalar
-qarının əşağı hissəsində ağrılar (böyük ölçülü poliplərdə)
-sonsuzluq.
Polipin yaranma səbəbləri hansılardır?
Poliplərin meydana çıxma səbəbi dəqiq bilinmir. Ancaq onların yaranmasında hormonların rolunun olması dəqiqdir. Burda əsasən, estrogen hormonunun aktivliyi mühüm rol oynayır.
- hormonal pozuntular (estrogenlərin artması və progesteronun çatışmazlığı);
- uşaqlıq boşluğunun travmaları (abortlar,diaqnostik qaşimalar,spiralın uzunmüddətli saxlanması);
- düşüklər,ciftin aradan tam qaldırılmaması(uşaqlıq boşluğunda qalmış qan laxtaları birləşdirici toxumaya çevrilərək polip yaradır);
-endokrinoloji pozuntular və ekstragenital xəstəliklər(şəkərli diabet, piylənmə, hipertoniya,qalxanabənzər vəzin xəstəlikləri);
- psixoloji faktorlar (stresslər, depressiyalar);
- kiçik çanaq orqanlarının xroniki iltihabi xəstəliklər;
- müqavimətin zəifləməsi.
Süd vəzi xərçənginin müalicəsində istifadə olunan tamoksifen preparatı da uşaqlıqdaxili polipə səbəb ola bilər.
Polip diaqnozunu təyin etmək üçün hansı müayinə üsullarından istifadə olunur?
Polip diaqnozunu təyin etmək üçün bir sıra müayinə üsullarından istifadə olunur.Bunlardan ən sadəsi və ən çox istifadə olunanı transvaginal ultrasəs müayinəsidir.Ancaq bəzi hallarda USM yanıla bilər.Bu zaman diaqnozu dəqiqləşdirmək üçün sulu ulrasəs müayinəsi(histerosonoqrafiya) metodundan istifadə olunur.Polipin dəqiqləşdirilməsinin ən dəqiq müayinə üsulu isə,histeroskopiya üsuludur.Histeroskopiya həm diaqnostika, həm də cərrahiyyə məqsədilə istifadə olunur
Polipin xaric olunması əksər hallarda histeroskopik üsulu ilə həyata keçirilir. Histeroskopiya zamanı qadının uşaqlıq boşluğuna uşaqlıqdan daxil olmaqla xüsusi optik sistemlə təchiz olunmuş nazik borucuq - histeroskop yeridilir. Kompüter monitorunda uşaqlıq boşluğu aydın görünür. Həkim poliplərin yerləşməsini və sayını təyin edir və onları xaric edir. Əməliyyat zamanı yerli və ya yüngül ümumi narkoz istifadə olunur. Adətən əməliyyat menstruasiya qurtardıqdan 2-3 gün sonra təyin olunur. Bu zaman uşaqlığın selikli qişası nazik olur və nəticədə poliplər daha aydın görünür.
Əməliyyatdan sonra polipin kiçik hissəsi laboratoriyaya histoloji analiz üçün göndərilir.
Həkim, zəhmət olmasa Histeroskopiya əməliyyatı nədir?

Hansı xəstəliklər zamanı Histereskopiya əməliyyatları olunur?
-Daxili endometrioza şübhə olduqda
-uşaqlıq boşluğunun (endometriyanın) polipi
-endometriyanın hiperplaziyası
-uşaqlıq daxili sinexiyaların (bitişmələrin) olması
-uşaqlığın subkukoz (daxili təbəqədə yerləşmiş) mioması
-adenokarsinoma
-sonsuzluq
-yarımçıq uşaqsalma
-uşaqlıq qanaxmaları
-abort zamanı uşaqlıq divarının deşilmə şübhəsi;
-reproduktiv yaş həddində olan qadınlarda aybaşı pozulmaları;
-uşaqlığın anadangəlmə anomaliyaları;
-postmenopauzada qanaxmalar;
-uşaqlıqda olan əməliyyatlardan sonra uşaqlıq boşluğunun müayinəsi
Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
-Buyurun həmişə sağlam olun.
Həkimlə əlaqə: (+994) 50 233-66-91
Ən çox oxunanlar
Son xəbərlər