Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Ellada Sarıyeva- UŞAQLIQ BOYNUNUN EROZİYASI XƏSTƏLİYİ NƏLƏRƏ GƏTİRİB ÇIXARA BİLƏR.

Baxılıb: 1 432     Tarix: 20-12-2018 15:20   

Uşaqlıq boyu xəstəlikləri, eroziya bu gün əksər qadınları narahat edən bir mövzudur. Uşaqlıq boynunun eroziyasının inkişaf etmə səbəblərini, əlamətlərini və müalicəsini Azərbaycan Tibb Universitetinin Cərrahiyyə Klinikasının Mama-ginekoloqu, Tibb üzrə fəlsəfə doktoru Ellada Sarıyevanın müsahibəsindən öyrənəcəyik:

Uşaqlıq boynunun eroziyası nədir?

Uşaqlıq boynunun eroziyası uşaqlıq boynundan örtük epitel hüceyrələrinin qopmasına gətirib çıxaran selikli qişanın dairəvi, diametri 2 sm-dək olan sahələrdən ibarət xoşxassəli patoloji prosesdir. Həqiqi eroziya çox nadir hallarda rast gəlinir, ona görə həm də, psevdoeroziya və ya ektopiya adlandırılan uşaqlıq boynunun eroziyası dedikdə selikli qişanın defekti nəzərdə tutulur. Bu xəstəlik zamanı uşaqlıq boynunun yastı çoxqatlı epitelinin servikal kanaldan silindrik hüceyrələrlə əvəz olunması baş verir.Uşaqlıq boynunun xaricinə çıxan epiteli uşaqlıq yolunun spesifik mühitinin təsirilə sürətlə artaraq zədələnmiş ocağın böyüməsinə səbəb olur.

Həqiqi eroziyada uşaqlıq boynu solğun çəhrayı,zədələnmiş sahə isə parlaq-qırmızı olur. Epitelial hüceyrələr qopduğundan selikli qişanın səthi çılpaqlaşır və bu da onun qanamasına gətirib çıxarır.Qadınlarda selikli
qişanın belə zədələnmələri ağ ifrazat şəklində özünü göstərən iltihabi proseslərdə tez-tez rast gəlinir. Selikli qişanın defekti müxtəlif ola bilər.O, uşaqlıq boynunu tam örtə bilər,lakin uşaqlıq boynu xarici dəliyi ətrafında yerləşməsi daha tez-tez rast gəlinir.Xəstəlik uzun müddət davam etdikdə uşaqlıq boynu hüceyrələrinin xüsusiyyətlərinin xoşxassəli,bədxassəli xarakterə malik törəmələrin formalaşmasına gətirib çıxaran dəyişməsi baş verir.

-Uşaqlıq boynunun eroziyasının inkişaf etməsinə səbəb nə ola bilər?

Uşaqlıq boynunun eroziyasının inkişaf etməsinə müxtəlif infeksiyalar səbəb olur. Bu infeksiyaların bəziləri qadın cinsi yollarında daimi olaraq yaşayır (stafilo-koklar, streptokoklar və s.), bəziləri buraya bağırsaqdan keçir (bağırsaq çöpləri), digərləri isə qadın cinsi əlaqə zamanı (ureaplazma, mikoplazma, xlamidiyalar və s.) yoluxa bilir. Bütün bu infeksiyalar və mikroblar üçün müvafiq münbit şərait yarandıqda (qadının immunitetinin zəifləməsi, hormonal patologiyalar nəticəsində uşaqlıq boynu seliyinin tərkibinin pozulması, uşaqlıq yolunun disbakteriozu, qadın cinsi orqanlarının iltihabi xəstəlikləri və s.), onlar sürətli şəkildə artaraq sözün əsl mənasında uşaqlıq boynunun selikli qişasını “yeyirlər”. Digər halda, abortdan (süni uşaqsalma), doğuşdan, kobud cinsi əlaqələrdən sonra uşaqlıq boynu zədələnir, onun selikli qişasında çatlar, zədələnmə sahələri əmələ gəlir ki, bu da sonradan həmin yerdə eroziyanın yaranmasına səbəb olur.

Uşaqlıq boynunun eroziyasının diaqnostikası haqqında nə deyə bilərsiniz?

Həkim adi ginekoloji baxış zamanı uşaqlıq boynunun eroziyasını aşkar
edə bilər. Eroziya uşaqlıq boynunun uşaqlıq yolu hissəsinin nisbətən açıq rəngi fonunda tünd-qırmızı rəngli sahə kimi görünür. Məhz uşaqlıq boynunda bu cür qırmızı sahə aşkar edildikdən sonra diaqnozu dəqiqləşdirmək üçün daha ətraflı müayinə edilməlidir.

Uşaqlıq boynunun eroziyasına şübhə yarandıqda, aşağıdakı analizlər təyin olunur:
Kolposkopiya. Kolposkopiya bir qayda olaraq sitologiyaya görə yaxma şübhəli dəyişikliklər aşkar edərsə, təyin olunur.
Bu müayinə uşaqlıq boynunda xərçəngdən qabaq və xərçəng dəyişikliklərini aşkar etməyə imkan verir.
Sitologiyaya görə yaxma (PАP-test).

Sitologiyaya görə yaxmanın köməyi ilə həkim uşaqlıq boynunun iltihabı, xərçəngönü və xərçəng dəyişiklikləri riskinin olub-olmadığını müəyyən edir. Sitologiyaya görə yaxma ilə birgə floraya görə yaxma da götürülür ki, uşaqlıq boynunun eroziyasına səbəb ola bilən uşaqlıq yolu iltihabının olub-olmadığını müəyyən etmək mümkün olsun. Uşaqlıq yolunun biopsiyası. Kolposkopiya uşaqlıq boynunda arzuolunmaz dəyişiklikləri aşkar etdikdə, biopsiya təyin olunur.

Uşaqlıq boynunun biopsiyasının köməyi ilə həkim diaqnozu dəqiqləşdirə və gələcəkdə müalicə taktikasını tərtib edə bilər.

Cinsi yolla keçən infeksiyaya (qonoreya, trixomoniaz, xlamidioz, mikoplazmoz, ureaplazmoz, genital herpes) görə PZR aparılır. Uşaqlıq boynunun həqiqi eroziyasına şübhə yaranarsa, xəstəliyin hansı infeksiyadan yarana bildiyini dəqiqləşdirmək lazımdır. PZR – yüksək dəqiqliyə malik analizdir. Onun köməyi ilə ən çox yayılmış cinsi infeksiyaları aşkar etmək mümkün olur.

İnsan papilloması virusuna (İPV) görə analiz İnsan papilloması virusu displaziyanın və uşaqlıq boynu xərçənginin ən yayılmış səbəbidir. Bununla əlaqədar uşaqlıq boynunun eroziyası zamanı uşaqlıq boynunun hüceyrələrində İPV-nun olub-olmadığını və bu İPV-nin nə dərəcədə təhlükəli olduğunu dəqiqləşdirmək lazımdır.

Uşaqlıq boynunun eroziyasının kliniki əlamətləri hansılardır?

2-6% hallarda uşaqlıq boynu eroziyası özünü heç nə ilə göstərmir və profilaktik ginekoloji baxış və ya serviks patologiyası ilə əlaqədar olmayan müayinələr zamanı təsadüfən aşkar olunur. Qadınlar tez-tez aşağıdakılardan şikayət edirlər:
1 Sarımtıl və ya ağ rəngli ifrazat
2 Kontakt qanaxma (6-10%). Yəni eroziya olduqda cinsi əlaqə zamanı və ya qarın əzələlərinin fiziki gərginliyi nəticəsində qanlı ifrazat gəlir.
3 Dispareuniya — cinsi əlaqənin psixoloji pozuntular səbəbindən çətinliyi və ya bu zaman ağrının olması.
4 Menstrual siklin pozulması.
5 Qarnın aşağısında zəif və ya daimi olmayan ağrı və ya ağırlıq hissi.


Çox vaxt xəstələrin heç bir şikayəti olmur və xəstəlik yalnız kontrol müayinələrdə təsadüfən aşkar edilir. Bəzən, xüsusilə, cinsi əlaqə zamanı meydana çıxan az miqdarda qanaxma və ağrı ola bilər. Erroziya diaqnozu qoymaq üçün ginekoloji müayinə və baxış kifayət edir. Amma xəstəliyi xərçəngdən ayırd etmək üçün sitoloji və ya histoloji analiz lazım ola bilər. Bu analizlərdən xəçəngönü xəstəliklərdən danışarkən bir daha bəhs edərik.

Uşaqlıq boynunun erroziyası necə müalicə olunur?

Xəstənin yaşından, eroziyanın ölçüsü və formasından, eroziyanın yaranma səbəblərindən, yanaşı gedən xəstəliklərdən və s. asılı olaraq müəyyən edilir. Cavan doğmamış qadınlarda eroziyanı xüsusi dərman preparatları ilə müalicə edirlər. Bu ən sadə, ən ağrısız və ən qoruyucu müalicə üsulu olub, ancaq kiçik ölçülü eroziyaların müalicəsində effektiv olur. Bu üsuldan savayı, eroziya sahəsinin xüsusi aparatlar vasitəsi ilə maye azotla dondurulması, lazerlə və s.üsullarla yandırılır. Eroziyanın elektrokoaqulyasiya üsulu ilə müalicə olunması üsulunun, gələcəkdə uşaq olmasını arzulayan qadınlarda tətbiq edilməsi məsləhət görülmür. Çünki bu üsulla müalicədən sonra uşaqlıq boynunun selikli qişası daha dərin şəkildə zədələnir və uşaqlıq boynunun özü isə deformasiyaya uğrayır. Bu isə gələcəkdə hamiləliyin daşınması zamanı müxtəlif problemlərə səbəb ola bilər. Gecikmiş hallarda, eroziya fonunda xərçəng xəstəliyinin ilkin əlamətləri meydana çıxarsa, cərrahi müalicə üsulundan istifadə edilir.

Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.

Həkimlə Əlaqə: Tel.: 050 319 65 56, 070 816 35 56
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar