Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Həkim–cərrahla müsahibə

Baxılıb: 1 147     Tarix: 25-12-2018 11:14   
 
Haqqında mətbuatda çox yazılıb və yəqin ki, ölkəmizdə onu tanımayan az adam olar. Buna görə də, uzun-uzadı təqdimata ehtiyac görmürük. Bir azərbaycanlının heç bir tərəddüdsüz sağlamlığını etibar edə biləcəyi azərbaycanlı həkim desək, kifayət olar yəqin ki. Bəli, söhbət Qax rayon Mərkəzi xəstəxanasının Cərrahiyyə şöbəsinin müdiri Vahid Məsimov həkimdən gedir. Həkim Öd kisəsi daşı xəstəliyindən əziyyət çəkən xəstələrin ciddi fəsadlarla üzləşməməsi üçün vaxtında əməliyyat olunmasını  tövsiyə edir. Həmin müsahibəni oxucularımızın diqqətinə çatdırırıq.

-Öd kisəsi daşı nədir?

-Öd daşı xəstəliyi – öd kisəsinin ən çox yayılmış xəstəliklərindən biridir. Xəstəlik öd kisəsində, qara ciyərdəki öd yollarında, ümumi öd axarında daşların əmələ gəlməsi ilə xarakterizə olunur.
Öd daşları – bərkimiş törəmə olub ölçüsü - diametri üzrə 1 neçə santimetr, sayı bir ədəddən bir neçə min ədədə qədər, çəkisi isə 30 qramadək ola bilir. Öd daşları kimyəvi tərkibinə görə, əsasən xolesterindən, az hallarda öd piqmentlərindən və kalsium duzlarından ibarət olur. Öd daşlarının əksəriyyəti öd kisəsində, az qismi isə öd axacaqlarında əmələ gəlir.
 Öd kisəsindəki daşların əksəriyyəti xolesterin daşlardır ki, bunların da əksəriyyəti kisənin mənfəzində əmələ gəlir, bir qismi isə kisə divarındakı xolesterin poliplərinin qopub mənfəzə düşməsi nəticəsində əmələ gəlir. Öd axarlarında daimi axın olduğu üçün burada birincili olaraq daş əmələ gəlmə ehtimalı sıfıra yaxınlaşır. Lakin axacaqlarda durğunluq yaranarsa bilrubin daşları əməmlə gələ bilər. Axacaqlardakı daşların əksəriyyəti öd kisəsindən düşən xolesterin daşlardır, az qismi isə daralma nəticəsində əmələ gələn bilrubin daşlarıdır.

-Öd daşının əmələ gəlməsinə gətirib çıxara bilən səbəblər hansılardır?

-Bir sıra amillər öd turşuları və xolesterin arasındakı balansın pozulmasına səbəb olur:
-irsi və ya qazanılmış xəstəliklər nəticəsində
-qaraciyərdən ifraz olunan öddə xolesterinin çox, öd turşusu və lesitinin isə az olması
-öd yollarında durğunluq, məsələn gec-gec qidalanma,
tənbəl öd kisəsi, diabet və s.
-Öd yollarında iltihab
-Bağırsaq xəstəlikləri və ishallarla əlaqədar öd turşularının çöx itirilməsi

-Öd daşları özünü hansı əlamətlərlə büruzə verir?

-Öd daşı 80% hallarda heç bir əlamət vermir və daş təsadüfi ultrasəs müayinəsində tapıır. Belə daşlara səssiz və ya lal daşlar deyilir. Daş öd axacaqlarını tıxadıqda və iltihab törətdikdə sancılar və iltihab əlamətləri ilə özünü göstərir.

-Öd kisəsi daşı əməliyyatının hansı üsulları vardır?

- İlk vaxtlar olan əməliyyatlarda öd kisəsini açaraq daşı içindən götürürdülər. Amma günümüzdə bu əməliyyatlar artıq öz aktuallığını itirmişdir. Bu gün iki formada öd kisəsi əməliyyatları icra olunur. Birinci forma klassik, hər kəsin tanıdığı açıq kəsik ilə icra olunan əməliyyatlardır. İkinci forma isə dünya standartı və ya qızıl standart adlandırılan Laparoskopik Xolesistektomiya əməliyyatıdır. Günümüzdə öd kisəsinə icra etdiyimiz əməliyyatların demək olar ki, 90 faizini laporoskopik yolla təxminən 15-20 dəqiqəyə tamamlamış oluruq.

-Laparoskopik əməliyyatın üstünlükləri nədən ibarətdir?

-Öd kisəsinin açıq əməliyyatlarında təxminən 10 sm-ə qədər kəsik açılır. Bu kəsiklərin ağrısı, yaranın sağalması, xəstələrin daha erkən rehabilitasiya olunması baxımından əlverişsiz sayılır. Həmçinin laparoskopik əməliyyata nəzərə əmələ gəlmiş çapıq toxuması kosmetik cəhətdən defektlər yaradır. Bundan başqa həmçinin açıq əməliyyat vaxtı laparotom kəsiyin yerində əməliyyatdan sonra yırtıqların əmələ gəlmə ehtimalı daha yüksəkdir. Laparoskopik cərrahiyyə günümüzdə qızıl standart olaraq tətbiq edilməkdədir.
Qarın boşluğuna təsirsiz qaz olan CO2 vurulmaqla, qarın divarında 2 ədəd 1-sm-lik, 2 ədəd isə 0,5 sm-lik dəliklər açılır. Bu dəliklərdən bir ədəd kamera, 3 ədəd kiçik alətlər yeridilir. Kamera ilə qarın boşluğu geniş təftiş edildikdən sonra öd kisəsinin çıxarılmasına başlanır. Əməliyyatdan bir gün sonra xəstələr evə
yazılır, xəstələrin sağalması daha erkən baş verir və kəsik yerlərində demək olar ki, çapıq qalmır və bu da kosmetik effektin daha yüksək olmasına gətirib çıxarır.

Laparoskopik xolesistektomia (qapalı öd kisəsi) əməliyyatı nədir və necə həyata keçirilir?

Laparoskopik xolesistektomia əməliyyatı bu günlərdə öd kisəsi əməliyyatının qızıl standartı hesab edilir. Laparoskopik əməliyyat dedikdə endoskopik alətlər vasitəsilə öd kisəsi əməliyyatının icra olunması başa düşülür. Laparoskopik əməliyyatın bü günki günümüzdə bu qədər vüsət alması və daha geniş imkanlara sahib olması onunla əlaqədardır ki, laparoskopik cərrahiyyənin orqanizmə daha az aqressiya verməsi, əməliyyatdan sonra xəstələrin daha tez sağalması, əməliyyatdan sonra yarana biləcək çapıq toxumaların olmaması, və ya daha az olması və kosmetik effektin yüksək olması ilə əlaqədardır.

Şəkər xəstəliyindən əziyyət çəkən insanlarda laparoskopik əməliyyata göstətiş varmı? 

Laparoskopik cərrahiyyə əməliyyatı mahiyyət etibarı ilə xəstələr üçün daha tez sağaldığı üçün, bəzi xəstələrdə yəni şəkərli xəstələrdə bu daha əhəmiyyətlidir. Bu nə ilə əlaqədardır? Bildiyimiz kimi şəkərli xəstələr dərman vasitəsilə müalicə alır. Böyük kəsiklərlə kəsilmiş əməliyyatlar vaxtı həmin xəstələrdə şəkərin salınması zəruridir çünki, yaraların sağalması üçün şəkər az olmaldır. Bu baxımdan insulinə keçid məcburiyyəti yaranır. İnsulinə keçdikdən sonra isə xəstələr həmin dərmanlara dönərək effektlər ala bilmirlər və insulindən aslı hala düşürlər. Bu baxımdan da laparoskopik cərrahiyyə daha çox önəm daşıyır ki, şəkərli xəstələrdə icra olunan əməliyyatlar əgər xəstənin durumu imkan verirsə laparoskopik əməliyyatın seçilməsini tövsiyyə olunur.

Öd daşı xəstəliyini müalicə etdirməsək hansı fəsadlara yol aça bilər?

Daş öd kanalına düşərsə bu zaman öd kisəsinin divarında iltihablaşma baş verir ki,bu da kəskin ağrıların və kəskin xolesistitin əmələ gəlməsi demekdir.Kəskin xolesistit isə sonunda öd kisəsinin deşilməsi ilə nəticələnir bu isə ən ciddi ağırlaşma olan öd peritoniti adlanır.Öd daşları öd yollarına düşərsə sarılıq,kəskin pankreatit kimi fəsadlar yarada bilər. Bəzən öd daşı öd kisəsi və nazik bağırsaq arasında yaranmış fistuldan nazik bağırsağa düşərək bağırsaq keçməməzliyi yaradır.Bəzi son araşdırmalar göstərir ki,uzun müddət öd daşı xəstəliyindən əziyyət çəkən insanlarda öd kisəsi xərçənginin əmələ gəlmə ehtimalı artırır.

Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
Buyurun həmişə sağlamlığınızın qeydinə qalın
 
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar