UZMAN PULMONOLOQ
Baxılıb: 2 532 Tarix: 10-05-2018 12:03
Pulmonologiya və ya Pnevmologiya tibbin ağciyər və nəfəs yolu xəstəliklərinin müayinə və müalicəsi ilə məşgul olan sahədir. Əhatə etdiyi xəstəliklərə - bronxit, kəskin bronxit (hal-hazırda təhlükəli sayılmır, əsas – vaxtında müayinə və müalicə edilməsidir), xroniki bronxit – öskürək (2 il ərzində ildə 3 aydan çox davam etdiyi zaman xroniki sayılır), vərəm, ağciyər xərçəngi (yaranmasının əsas amili – siqaret çəkmək – 60-69 yaş təbəqəsində 30-39 təbəqəsinə nisbətən 60 dəfə daha çox rast gəlinir), pnevmoniya (əmələgətirən amillər bir neçədir – pnevmokok, stafilokok, legionella, qrip virusu, paraqrip, adenovirus və s.), ağciyər emfizeması (müalicə olunmadıqda inkişaf edir və ağciyər və ürək - damar sisteminin pozulmasına səbəb olur. Bu isə öz nəvbəsində ağciyər və ürək çatışmamazlığına gətirir), bronxial astma (hər yaş təbəqəsində rast gəlinir, amma daha çox uşaqlarda müşahidə olunur və getdikçə ağırlaşır. Hal-hazırda dünyada 300 milyon insan astmadan əziyyət çəkir) aiddir.
Tibb elmləri doktoru, professor Əlizamin Sadıqov Azərbaycanın ən tanınmış pulmonoloqlarından biridir. Alim kimi 200-dən çox elmi məqalənin, 60 jurnal məqaləsinin müəllifidir. 110 məqaləsi xarici ölkələrin müxtəlif tibb jurnallarında və toplumlarında dərc edilib. 11 monoqrafiyanın müəllifidir.
Müxtəlif elmi konfranslarda və konqreslərdə 100-dən çox çıxışlar edib (Stokholm, İsveç 2007, Berlin, Almaniya 2008, Vyana, Avstriya 2009, Amsterdam, Hollandiya 2011, Denver, Kolorado, ABŞ 2011, Barselona, İspaniya 2012, San-Fransisko, ABŞ 2012, Filadelfiya, ABŞ 2013, Vyana, Avstriya 2013, Münxen, Almaniya 2014, San-Diyeqo, ABŞ 2014).
Azərbaycan Tibb Universitetində Pulmonologiya kafedrasında mütəxəssis məsləhətçi kimi fəaliyyət göstərir və eyni zamanda tədris sahəsində çalışır, yerli və xarici tələbələrə mühazirələr oxuyur.
2014-cü ildə Amerika Emfizema Fondunun Kloud Lambert adına, 2015-ci ildə Amerika Torakal Cəmiyyətinin Beynəlxalq Tədris mükafatına layiq görülüb (Denver, Kolorado, ABŞ).
Amerika Torakal Cəmiyyətinin, Amerika Döş Qəfəsi Həkimləri Kollegiyasının, Amerika Həkimlər Kollegiyasının, Avropa Respirator Cəmiyyətlərinin, Avropa Allerqoloqlar və İmmunoloqlar Cəmiyyətinin üzvüdür.
Əlizami Sdıqov 1983-cü ildə Azərbaycan Tibb Universtetinin Müalicə-profilaktika fakültəsində təhsil alıb. 1991-1994-cü illərdə Sankt-Peterburq Tibb Elmləri Akademiyasında Pulmonologiya üzrə aspirantura keçib. 2000-2003-cü illərdə Ak. İ. P. Pavlov ad. Sankt-Peterburq Dövlət Tibb Universitetində Pulmonologiya üzrə doktorantura keçib. 2010-cu il Barselona Universteti, Döş qəfəsi İnstitutu (Barselona, İspaniya), 2011-ci il Sart-Telman Universiteti (Pulmonoloji təbabət, Lyej, Belçika), 2011-ci il Praqa Universiteti (Yuxu təbabəti "Sleep Medicine", Praqa, Çexiya), 2012-ci il Arizona Universiteti (Pulmonar təbabət, Arizona, ABŞ), Robert Weol Sohn Universiteti (Pulmonar təbabət, Nyu Cersi, ABŞ), Vayskof obert Weol Sohn Universiteti (Pulmonar təbabət, Nyu Cersi, ABŞ), Vayskof Universiteti (İnvaziv Pulmonologiya) kimi dünayanın qabaqcıl elmi müəssisələrində nəzəri bilgi və təcrübəsini artırıb.
İş təcrübəsi də zəngindir: 1983-1986-cı illər Naxçıvan Muxtar Respublikasında həkim-terapevt kimi çalışıb. 1987-1991-ci illərdə Salyan rayon Mərkəzi xəstəxanasında, Reanimatologiya və İntensiv terapiya şöbəsində çalışıb.
1995-2000-ci illərdə Salyan rayon Ağciyər Xəstəlikləri Dispanserində işləyib. 2014-cü ildən Bakı şəhərində Grand Hospitalda pulmonoloq vəzifəsində çalışır.
Bilicisi olduğu tibb sahəsinin spesifik xüsusiyyətlərindən həvəslə danışan professor Sadıqovdan bu gün qlobal problem sayılan, Azərbaycanda da ciddi səviyyəyə yetişən astmanın xroniki problem olduğunu, eyni zamanda genetik bir xəstəlik kimi səciyyələndirildiyini öyrəndik: "İrsən meylli olan insanlara xarici mühit faktorlarının təsiri müəyyən zamandan sonra bronx divarlarında iltihab yaradır. Bu proses periodik olaraq davam edəndə həmin iltihab adi iltihablardan fərqlənir və bronxial astma inkişaf edir. Bronxlarda həssaslıq artır, adi bir qıcıq, məsələn, soyuqdəymə, siqaret tüstüsü, kəskin qoxular, iqlim dəyişikliyi xəstələrdə vəziyyətin dəyişməsinə, astma tutmalarına səbəb olur. Azərbaycanda xəstəliyin başlanğıcında astma özünü daha çox öskürəklə büruzə verir. Bakıda daha çox bizə astma ilə bağlı öskürək əlamətləri ilə müraciət olunur. Bu öskürək çox zaman həkimlərimizi çaşdırır. Lazım olmayan antibiotik müalicələrinə başlanır. Təbii ki, bu, riski bir qədər də ağırlaşdırır və xəstəliyin demək olar ki, idarə olunmaz bir həddə çatmasına səbəb olur. İlk növbədə öskürəyin nəyə görə uzun zaman davam etməsi araşdırılmalıdır".
Professorun sözlərinə görə, bu gün dünyada qəbul olan qaydalara görə, öskürək, soyuqdəymə əlamətləri 10 gündən çox davam edirsə, deməli, bu problem soyuqdəymə ilə bağlı deyildir: "Ona görə də əhalimiz də, həkimlərimiz də bu məqamlarda diqqətli olmalıdırlar. Bizim həkimlər çox zaman hər şeyi soyuqdəymə faktoru ilə əlaqələndirirlər və bu zaman sanki antibiotiklər yaxın köməkçiyə çevrilir. Amma hər öskürək antibiotik təyini üçün əsas deyil".
Ə. Sadıqov deyir ki, başlıca məsələ öskürəyin səbəblərini araşdırmaqdır: "Biz düşünürük ki, öskürəklə müraciət edən 10 xəstədən beşində bu, allergik mexanizmlərlə bağlı olur. Uşaqlar, qadınlar, qara dərili insanlar daha çox astmaya meyllidirlər. Astmanın müalicəsi var. Amma əsasən genetik problem olduğu üçün onun tam müalicəsi mümkün deyil. Ömür boyu davam etdiyi üçün müalicə daimi olmalıdır. Xəstəlik nəzarətdən çıxan kimi kəskinləşmə yarana bilər. Hazırda təxminən 10 faiz astma xəstəsinə təyin olunan dərmanların heç bir əhəmiyyəti olmur. Müəyyən yanaşı problemlərin də təsiri nəticəsində ağırlaşmalar qeydə alınır və dərmanın təsiri, yəni müalicənin nəticəsi olmur. Təxminən 5 astma xəstəsindən ikisi gündəlik həyati keyfiyyətlərini itirirlər, onlardan yararlana bilmir, fiziki aktivliyin məhdudlaşması ilə üzləşirlər. Yaşlı xəstələrdə təxminən 30-40 faiz hallarda heç bir izahı olmayan, səbəbi bilinməyən, genetik sayılmayan astmaya rast gəlinir. Belə hallarda həkimlər müalicə ilə bağlı çətinliklə üzləşirlər".
Mütəxəssis qeyd edir ki, qeyri-steroidlər, iltihab əleyhinə olan preparatlar da astmanı kəskinləşdirə bilir: "Astma öskürək tutması daha çox otağa daxil olanda, yatağa uzananda, allergenlərlə təmasda olanda baş verir. Xəstələr deyirlər ki, bayıra çıxanda özümü daha yaxşı hiss edirəm. Amma soyuqdəymə təsiri varsa, insan isti mühitdə özünü daha yaxşı, soyuq mühitdə isə pis hiss edir və öskürək tutmaları yaranır. Bunlar fərqli məqamlardır".
Ə. Sadıqov bildirir ki, 80 faiz hallarda allergik rinitdən sonra astmanın başlanma ehtimalı var: "Və ya əksinə, astma olan pasientlərdə sonradan 40-50 faiz hallarda rinit yarana bilir. Eləcə də atopik dermatit də astma üçün risk faktoru sayılır".
Qadınlar arasında astma xəstəliyinə daha çox rast gəlindiyini açıqlayan həkimin sözlərinə görə, uşaq yaşlarında oğlanlarda problemə daha çox rast gəlincə də, sonradan say fərqi dəyişir: "Bu, o demək deyil ki, oğlanlar böyüdükcə problem tam sağalır. Sadəcə, oğlan uşaqları yetkinlik dövrünə çatandan sonra inkişaf çox sürətlə getdiyi üçün birdən-birə bronxların genişlənməsi baş verir və artıq eyni mühitdə, eyni dozada olan allergen spazma törədə bilmir və bu uşaqlar sanki astmadan xilas olurlar. Əslində sonradan həmin şəxslərə yenidən astma əlamətlərinin üzə çıxması mümkündür. Ona görə də bu kimi hallarda astma ilə bağlı profilaktika olduqca önəmlidir. Virus infeksiyalarından, allergenlərdən qorunmaq nə qədər çətin olsa da, mümkün qədər təmasdan yayınmaq, siqaret çəkməmək, gigiyena qaydalarına əməl etmək mühüm məsələdir. İstər uşaqlar, istər böyüklər maksimum fiziki aktiv olmalıdırlar. Üzgüçülük, gəzinti, qaçış astma xəstəliyinin profilaktikasında mühüm əhəmiyyət kəsb edir".
Astma xəstələrinə, astma riski olanlara ev heyvanlarından, itlərdən, pişiklərdən mümkün qədər uzaq durmağı tövsiyə edən pulmonoloq deyir ki, pişiklərdə olan allergenlər itlərdə olan allergenlərdən iki dəfə çoxdur: "Əgər nəzarətdə saxlansa, astma çox rahatlıqla idarə olunan xəstəlikdir. Hətta astması olan şəxslər heç özlərini xəstə kimi hiss etməyə də bilərlər".
Bu sətirlərin müəllifi professor Əlizamin Sadıqov tərəfindən müalicə olunmuş və indi özünü xeyli yaxşı hiss edir. Ona görə də uzman pulmonoloqa və onun asistenti Günel xanım Sadıqovaya dərin minnətdarlığımı bildirirəm.
Gülmira Məlikova

Ən çox oxunanlar
Son xəbərlər