Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Həkim- nevropatoloqla müsahibə

Baxılıb: 1 313     Tarix: 04-01-2019 15:02   

Qanunvehedef.az-saytı Diaqnoz Tibb Mərkəzinin həkim- Nevropatoloqu Dr. Nafiz Mütəllimovun müsahibəsini təqdim edir. Həkimlə son illərin əsas xəstəliklərindən biri olan Arterial hipertenziya və onun mübarizə yollarından söhbət açmışıq.

-Həkim, zəhmət olmasa Arterial hipertenziya haqqında məlumat verərdiniz?


-Arterial təzyiqin yüksəlməsi - yəni hipertoniya ən çox yayılan xəstəliklərdən biridir. Hipertoniya xəstəliyi qan təzyiqinin yüksəlməsi ilə təzahür edən ürək-damar sistemi pozğunluğudur. Dünya əhalisinin təxminən 750 milyonu hipertoniyadan əziyyət çəkir. Bunlardan 50 milyonu ABŞ-ın payına düşür. Ümumiyyətlə, hipertoniya yaşı 18-dən yuxarı olan hər kəs üçün təhlükə mənbəyidir. Duzdan istifadənin həddən artıq olduğu ölkələrdə isə hipertoniya daha geniş yayılıb.
Arterial hipertenziyanın iki böyük qrupu mövcuddur: 
– Essensial arterial hipertenziya (əvvəlki adı “hipertoniya xəstəliyi”) 
– bunun əsasında digər orqanların (böyrəklər, daxili sekresiya vəzləri, ürək) xəstəliklərindən yaranmayan yüksək arterial təzyiq dayanır;
– İkincili (simptomik) arterial hipertenziya – bu zaman arterial təzyiq müxtəlif orqan və ya sistemlərin müəyyən xəstəliklərinin fonunda yüksəlir;
Arterial təzyiqin periodik olaraq yüksəlməsi yuxu zamanı tənəffüsün pozulmasından da yarana bilər. Buna yuxunun abstruktiv apnoe sindromunu misal göstərmək olar. Həmçinin, nevrozlar da təzyiqin qalxması və ya enməsi ilə müşayiət edilə bilər. Bəzi dərman preparatlarının yanlış tətbiq olunması, kofennin normadan artıq qəbul edilməsi və digər stumulyatorlar da təzyiq yaradan səbəblər sırasına daxildir.

-Xəstələr özləri üçün necə müəyyənləşdirməlidirlər ki, onlar hansı mərhələyə aiddirlər?

- Xəstəlik tədricən inkişaf edir. Yəni əvvəl gizli gedir, sonra birinci mərhələ başlayır. Bu, müalicə olunmadıqda xəstəlik ikinci mərhələyə, daha sonra üçüncü mərhələyə keçir. Get-gedə artıq orqanlar - böyrəklər, beyin, ürək bu prosesə cəlb olunur. sanki bu xəstəlik ateroskleroz xəstəliyini sürətləndirir. İlkin mərhələdə qan təzyiqi o qədər yüksək olmur. Təzyiq 140-160 və aşağısı 90 olur. Ənsə nahiyəsində ağrılar yaranır. Ürəkdə hələ dərin dəyişikliklər baş vermir. İlkin mərhələdə insanlar lazımi həyat tərzini düzgün qursalar - pəhrizə əməl etsələr, yağlı qidalardan qaçsalar, xörək düzünü az qəbul etsələr, yuxunu
normallaşdırsalar və heç nəyə əsəbiləşməsələr, bu, ikinci mərhələyə keçməz. Adi siqnal səsi, səs-küy təzyiqi qaldırır. Əfsus ki, insanlar xəstəliyə uzun müddət əhəmiyyət vermir, həkimə müraciət etmirlər. Həkimə o zaman gedirlər ki, ortaya fəsadlar çıxır, ya da təzyiq 200-ə qalxandan sonra şiddətli başağrıları, ürəkbulanma və s. simptomlardan sonra həkimə gedirlər.

Hipertoniyanın əlamətləri hansılardır?

- baş ağrıları (bu halda baş ağrısı əsasən boyun ardı, gicgah və əmgək hissələrində olur). Ağrı zehni və fiziki yüklənmədə güclənir.
- ürəkdə ağrılar ( hipertoniya zamanı ürəkdə sıxılma, arası kəsilmədən sızıldama və həmçinin qısamüddətli sancılar olur).
- güclü ürəkdöyüntüsü
- qulaqlarda gurultu
- gözdə qaralmalar
- başgicəllənmə

-Arterial hipertenziyanın diaqnostikası necə həyata keçirilir?

-Hipertoniyanın mövcudluğu və dərəcəsini arterial təzyiqin bir neçə gün ərzində sutkanın müxtəlif vaxtlarında ölçməklə müəyyənləşdirirlər. Ən dəqiq diaqnostika bir qayda olaraq, EKQ-nin qeydiyyatı olmaqla təzyiqin sutkalıq monitorinqi vasitəsilə həyata keçirilir.
Hipertoniyanın diaqnostikası üçün, habelə, damarların müayinəsinə yönəlmiş metodlardan da istifadə edirlər. Arterial təzyiqin yaranmasına səbəb böyrək xəstəlikləri də ola bilər, ona görə də böyrək damarlarının angioqrafiyası və böyrəklərin ultrasəs müayinəsi aparılır. Bundan başqa, damarların erkən zədələnməsini ultrasəs doppleroqrafiya metodu ilə müəyyənləşdirirlər. Elektrokardioqramma və exokardioqrafiya üsullarından istifadə etrməklə ürəyin müayinə edilməsi də diaqnostikanın ayrılmaz hissəsidir.
Bundan başqa, gözlərin müayinəsi məqsədilə kardiologiyada ixtisaslaşmış oftalmoloqun konsultasiyası da vacibdir.

-Bu xəstəliyin əmələ gəlməsində risk faktorları hansılardır? 

- Yaş. Yaş artdıqca xəstəliyin əmələ gəlmə riski artır. Orta yaşlarda yüksək arterial təzyiq kişilərdə çox rast gəlinir. Qadınlarda isə adətən menopauzadan sonra bu hal müşahidə olunur.
- Artıq çəki. Çəkiniz artıq olduqca orqanizminizə də o qədər çox qan lazım olur. Və qanın artması da təzyiqin artmasına səbəb olur.
- Fiziki aktiv olmamaq. Sizin fiziki aktiv olmamağınız ürəyinizin işini artırır və ürək vurğularının tezliyi artmış olur.
 - Tütün istifadə edilməsi. Bu tip tüstülər sizin arteriyanızın divarını zədələyir. Bu da arteriyaların divarının daralmasına və təzyiqin yüksəlməsinə səbəb olur.
- Qidalarda duzun çox istifadəsi. Duzun çox istifadəsi mayenin orqanizmdə toplanmasına, bu da təzyiqin qalxmasına səbəb olur.
- Qidanızda kaliumun az olması. Kalium sizin hüceyrələrdə duz balansını saxlamağa kömək edir. Kifayət qədər kalium istifadə etmirsinizsə qidanızsa bu duzun orqanizmdə yığılmasına və təzyiqin qalxmasına səbəb olur.
- Alkoholun istifadəsi. Zaman keçdikcə alkohol içmə sizin ürəyinizi zədələyir.
- Stress. Yüksək stress təzyiqin qalxmasına səbəb olur.
- Xronik vəziyyətlər. Xronik vəziyyətlər təzyiqin yüksək olmasına gətirib çıxarır. Məsələn, şəkərli diabet, böyrək xəstəlikləri, yüksək xolesterol, yuxu apnoyesi. Bəzən hamiləlik də yüksək arterial təzyiqə səbəb olur. Hipertenziya bəzən uşaqları da zədələyə bilir. Böyrək və ürək xəstəlikləri uşaqlarda təzyiqin qalxmasına səbəb olur.

-Hipertoniya zamanı zədələnən əsas orqanlar hansılardır?


-Ürək - Arterial hipertoniya zamanı ürək əzələsinin yükü artdığına görə sol mədəciyin kompensator hipertrofiyası əmələ gəlir. Hipertrofiyaya uğramış ürək əzələsinin qanla təchizatı da artmalıdır. Lakin qanla təchizat artmadığından ürək əzələsində işemiya inkişaf edir. Buna görə də sol mədəciyi hipertrofiyaya uğramış xəstələrdə miokard infarkti, ürəyin ritm pozğunluqları, ürək çatmamazlığı kimi ağırlaşmalar meydana çıxır.
BEYİN - Hipertoniyanın hələ ilkin stadiyalarında baş beyinin qanla təchizatı pozulur. Baş ağrıları, başgicəllənmə, qulaqlarda küy, əmək qabiliyyətinin azalması əmələ gəlir. Bu uzun müddət davam etdikdə beyində xırda infarkt ocaqları əmələ gəlir, getdikcə xəstədə yaddaş və intellekt zəifliyinə gətirib çıxarır. Arterial təzyiq qəflətən nəzərəçarpacaq dərəcədə yüksələrsə beyini qidalandıran damarlardan hər hansı biri zədələnə bilər, bu vəziyyət hemorragik insult adlanır.
BÖYRƏKLƏR - Arterial hipertoniya zamanı böyrəklərin qanla təchizatı pozulur və getdikcə böyrək toxumasında skleroz əmələ gəlir, bu isə onların funksiyasını pozmaqla xroniki böyrək çatışmazlığının inkişafına şərait yaradır. Böyrək çatışmazlığı özü də arterial təzyiqin daha da yüksəlməsinə səbəb olur.
Xəstəliyin inkişafı bir çox faktorlardan, o cümlədən aparılan müalicədən, insanın həyat şəraitindən və rejimindən, ətraf mühitdən, irsiyyətdən və s. asılıdır. Təəssüf ki, ölkəmizdə olduğu kimi, bir sıra xarici ölkələrdə də pasiyentlər bu xəstəliyin ciddiliyini tam olaraq dərk etmir və çox hallarda müalicədən yayınırlar. Xəstələrin bir çoxu özlərini praktiki olaraq sağlam hesab etdiklərindən hətta requlyar dərman qəbulundan belə imtina edirlər. Bu cür halların ən başlıca səbəbi pasiyentlərin öz xəstəlikləri barəsində çox az informasiyaya malik olmalarıdır.

Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
Buyurun, həmişə sağlamlığınızın qeydinə qalın.
шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar