Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qripin dəhşətləri: bu virusa yoluxanda nə etməli?

Baxılıb: 516     Tarix: 07-01-2019 11:13   
Havaların soyuması ilə respirator virusların yayılması, qrip, soyuqdəymə hallarının artması da çoxalır. Əslində qripə yoluxma halları tez-tez baş verdiyindən çoxu bu virusu o qədər də ciddiyə almır, demək olar ki, qrip xəstəliyini ayaqüstü keçirir. Lakin mütəxəssislər hesab edir ki, qrip dünyada ən çox ölümə səbəb olan və ən təhlükəli viruslardandır.
Qanunvehedef.az-a ətraflı açıqlama verən həkim Adil Qeybulla bu virusun təhlükəsi barədə danışıb.
A.Qeybulla bildirib ki, qrip virusuna insanlar və heyvanlar (o cümlədən quşlar) yoluxur. Həkimin sözlərinə görə, qrip mövsümi epidemiya sayılır və Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təbii çiçək, taun, vəba və sarı qızdırma infeksiyaları ilə birgə karantin infeksiyaları qrupuna daxil edilib:
“Qrip xəstəliyi haqda ilk yazılı mənbələr 2400 il əvvəl Hippokratın qeydlərinə aiddir. Xəstəlik Xristofor Kolumbun Amerikaya gəlişindən sonra 1493-cü ildə Avropadan Amerikaya yayılıb. Bu zaman Antil adalarının demək olar ki, bütün əhalisi qrip infeksiyasından tələf olmuşdu.
Təxmini hesablamalara görə, hər il dünyada 500.000 nəfərə qədər insan qrip və onun fəsadlarından dünyasını dəyişir. Əslində səhiyyə sistemi mükəmməl olmayan ölkələrdə qeydə alınmayan qrip epidemiyasından ölənləri də nəzərə alsaq, bu rəqəmin daha böyük olduğu qənaətinə gələrik.
Tarixdə qripin ən böyük pandemiyası 1918-ci ilə təsadüf edilir. Həmin ildə İspan qripi (H1N1 virusu) adı ilə yayılan virus il ərzində 100 milyona qədər insanın həyatına son qoyub. Bu kütləvi ölüm 1347-53 illərdə Avropa ölkələrində baş vermiş taun (qara ölüm) pandemiyasında ölənlərdən sonra (24 milyon nəfər – həmin dövr Avropa əhalisinin ¼-i qədər) ikinci böyük insan tələfatı sayılır”.
A.Qeybulla bildirib ki, bu gün elmə qrip virusunun 3 tipi (növü) və 2000-dən artıq subtitri (genetik müxtəlifliyi, ştammları) məlumdur. Ən təhlükəlisi isə qripin A tipidir.
“Qrip viruslarının tipləri bunlardır: A, B və C virusları. A tip qrip virusu ən təhlükəli və epidemiyalara səbəb olan virus sayılır. Su hövzələrində yaşayan vəhşi quşlarda təsadüf edilir. 1918-ci ilin İspan qripi və 2009-cu ilin Donuz qripi A tip qrip virusu olan H1N1 virusunun subtitrləridir, ştammlarıdır. 2005-ci ildə yayılan Quş qripi isə A virusunun H5N1 ştammıdır.
B tip qrip virusu A tip virusa nisbətən daha az rast gəlinir. Bu virusa əsasən insanlar yoluxur. Heyvanlardan yalnız suitilərdə rast gəlinir. Mutasiya qabiliyyəti A tip virusa nisbətən 2-3 dəfə azdır, ştammları azdır və epidemiyaya meyilli deyildir. Adətən erkən yaşlardan orqanizmdə B tip virusa qarşı immunitet formalaşır.
C tip qrip virusu bir qayda olaraq insanlarda, donuzlarda və itlərdə rast gəlinir. Daha az yayılıb, yalnız lokal səviyyədə ocaqlı yoluxmalarla özünü göstərir.
İnkişaf etmiş ölkələrdə qrip virusuna qarşı peyvənd mütəmadi olaraq insanlara və təsərrüfat quşlarına vurulur. Lakin A virusu hər il yeni bir ştammla ortaya çıxdığından əvvəlki illərin vaksinləri həmişə effektli sayılmır. Yəni yeni ştamma qarşı vaksin hazırlayana qədər daha yenisi peyda olur”.
Maraqlıdır, bəs görəsən qripə yoluxma halları zamanı ölüm necə və nədən baş verir?
Həkim bildirib ki, qrip xəstəliyi zamanı ölüm və ağırlaşmaların səbəbi bir sıra hallarda xəstəliyə ikincili infeksyanın qoşulması olur:
“2009-cu ildə yayılan Donuz qripindən ölənlərin tədqiqi zamanı məlum olub ki, onların əksəriyyəti qrip virusunun yaratdığı kəskin infeksion proses fonunda fəallaşan “Streptococcus pneumonia” bakteriyasının yaratdığı ağır pnevmoniyadan, yəni ikincili infeksiyadan ölüblər. Bu səbəbdən qrip olan şəxs xəstəliyinin ağırlaşmamasına və ikinci infeksiyaya yoluxmamasına fikir verməlidir”.
A.Qeybulla qripə yoluxma zamanı onun müalicə üsullarından da danışıb:
“Qripə yoluxma zamanı xəstə yataq rejiminə keçməlidir. İntoksikasiya zamanı maye itkisi çox olduğundan (xüsusilə qızdırma zamanı) çoxlu maye qəbulu tələb olunur. Vitaminli qidalar qəbul etməli, yataq otağı mütəmadi ventilyasiya edilməlidir. Özbaşına dərman (xüsusilə antibiotik) qəbuluna yol verilməməlidir.
Avropada qəbul edilən müalicə sxemləri aşağıdakı dərmanlar və qrip əleyhinə peyvənddən ibarətdir.
1. Parasetamol 500 mg gündə 2 dəfə 3-5 gün qəbul edilir.
2. Çəkiyə uyğun olaraq Tamiflu (Oseltamivir) 30, 45 və ya 75 mg dozalı suspenziya və ya kapsul gündə 2 dəfə 5-10 gün müddətində verilir (Çəki və doza preparatın üzərindəki cədvəldə vardır).
3. Relenza (Zanamivir) – 7 yaş və yuxarı uşaqlar üçün gündəlik 20 mg dozada, gündə 2 dəfə (səhər, axşam) 2 inhalyasiya təyin edilir (5 gün müddətində)”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar