Kosmetologiya estetik problemlərin həlli ilə məşğul olan elmdir. Həkim – kosmetoloqla müsahibə
Baxılıb: 2 173 Tarix: 18-05-2018 13:46
Qanunvehedef.az saytının növbəti qonağı kosmetoloq Dr. Arzu Akbulut olub
Kosmetologiya insanın xarici görünüşünün dəyişilməsi istiqamətində fəaliyyət göstərən bir elmdır. Kosmetologiya elmi insanın dərisinin, dırnaqlarının, saçlarının, dodaqlarının, qulaqlarının, burnunun, dişlərinin, xarici cinsiyyət orqanlarının gözəlləşdirilməsi istiqamətində müxtəlif əməliiayyatların həyata keçirilməsini və bərpasını təmin edir.
Kosmetoloji müalicə hansı üsullarla aparılır?
1 Terapevtik kosmetoloji müalicə 2 Cərrahi kosmetoloji müalicə
Terapevtik kosmetologiya aşağıdakı üsullarla müalicə aparılır: -dərinin xüsusi maddələrlə təmizlənməsi,qidalandırılması -dərinin massajı -iynəbatırma üsulu ilə müalicə(mezoteratiya,botulinoterapiya,kontur plastikası) -fizoterapevtik üsullar(lazer terapiyası ı,fototerapiya,maqnit terapiyası, ultrasəs və s)
Cərrahi kosmetologiyda isə pasiyentə cərrahi müdaxilə olunur. Dəri mürəkkəb orqa olub insanın daxili ilə xarici mühit arasında qoruyucu bir rol oynayır.Lakin bəzən dəridə etiologiyası məlum olmayan səbəblərdən müxtəlif cür xəstəliklər əmələ gəlir ki bu cür xəstəlikləri kosmetoloji üsullarla ardan qaldırmaq lazım gəlir. Dəridə xoşagəlməyən görünüşlərdən biri də qırışlardır .İnsalar yaşlaşdıqca təbii olaraq dəri də özunun əvvəlki təravətini itirir.
əməliiayyatların həyata keçirilməsini və bərpasını təmin edir.
Kosmetik əməliyyatlara hansı proseduralar aiddir? * lazer epilyasiyası * dərinin yenilənməsi * radiofrekans * antiaging prosedurlar * bədənin korreksiyası * burunun korreksiyası * dodaqların ölçüsünün dəyişilməsi * lipoliz * botoks * vakkum terapiyası * kök hüceyrəmüalicəsi * tük əkdirmə
* mezoterapiya * ozonoterapiya * müxtəlif rənglərin tatuajı və s.
Mezoterapiya nədir və onun nə kimi faydaları var?
Mezoterapiya turşu, ferment, vitamin, mineral, homeopatik dərmanlar və digər terapevtik elementlərin mikro iynə üsulu ilə dərinin orta təbəqəsinə yeridilməsi prosesidir. Mezoterapiya iynələrlə hüceyrələrə xəbərdarlıq göndərilməsi və o bölgədəki toxumaların yenidən normal funksiyalarına qovuşmasına imkan yaradan bir müdaxilədir. Azərbaycana isə bir neçə ildir gəlib çatıb: “Mezoterapiyada istifadə olunan bütün dərmanlar orqanikdir, təbiidir. Sintetik məhlullardan istifadə olunmur. Ona görə də onların heç bir təhlükəsi yoxdur. Bu prosedurdan sonra dəri çox gözəl, təravətli olur. Çox adi bir müqayisə göstərim. Məsələn, xanımların istifadə etdiyi hansısa kremlər, maskalar dəri altına cəmi milyonda bir mikron gedir. Amma eyni tərkibi biz dəri altına kiçik iynələrlə birbaşa yeridirik. Təbii ki, bu da olduqca effektlidir”. Mezoterapiya cəmi 15-20 dəqiqə davam edir. Ağrı cüzi şəkildə hiss edilir. Qızartı isə həssas dərilərdə 2 saat ərzində olur. Yəni, bu prosedurdan sonra xanım günlük həyatına davam edə bilər
Kimlərə tətbiq olunur?
Mezoterapiya üsulu hamilələr, iflic keçirmişlər, xərçəng xəstələri, şəkər xəstələri, qan laxtalanması problemi olanlar və çoxlu dərman müalicəsi tələb edən ürək xəstələri xaricində, sağlam olan hər kəsə tətbiq oluna bilər. Mezoterapiyanın əsas üstünlüyü odur ki, yüz faiz müalicəvidir və istənilən yaşda, istənilən şəxsə (həm qadına, həm də kişiyə) tətbiq oluna bilər.
Mezoterapiya müalicəsi sellülit, saç tökülməsi, yağlanma və üz cavanlaşması məqsədilə istifadə olunur. Mezo iynələr vurulduğu bölgədə yüngül qançırlara səbəb ola bilər. Lakin belə şikayətlər qısa müddətdən sonra yox olur. Bədənin mezoterapiyaya cavab verməsi bədənin strukturundan asılı olsa da, orta hesabla 2-3 seansdan sonra effekt görünür. Mezoterapiya sellülit müalicəsində geniş istifadə edilir. Xüsusilə, qadınlarda rast gəlinən sellülit problemi ilə əlaqədar tətbiq edilən mezoterapiya müalicəsi 2 ay sonra uğurlu nəticə verir. Müalicədən sonra sellüliti olan xəstə düzgün qidalanma proqramı və məşqlə sellülit mezoterapiyasından uzunmüddətli nəticələr ala bilir.
Mezoterapiyanın dərini cavanlaşdırmaq xüsusiyyəti nədən ibarətdir? Mezoterapiya ilə bədənin istənilən yerini cavanlaşdırmaq, qüsurları bərpa etmək mümkündür. Məsələn, mezo iynələr bədənin tez qocalmağa meylli olan üz, əllər, boyun və sinə dekoltesi kimi həssas yerlərinə "anti-aging" (yaşlılıq əleyhinə) təsir göstərir, kollagen istehsalını stimullaşdırır, dərini cavanlaşdırır, ona parlaqlıq verir və təravətləndirir. Günəş şüaları və dərinin zamanla kollagen itirməsi dərinin qocalma prosesini sürətləndirir. Mezoliftlər sayəsində antioksidantlar, vitaminlər və digər faydalı maddələr dəriyə nüfuz edir və ona gənc görünüşü qazandırı
Əgər dəridə iltihablanma varsa, mezoterpiya etmək olarmı?
Unutmayın ki, əgər dəridə iltihablanma varsa, mezoterpiya etmək olmaz. Prosedurların sayı dərinin problemindən asılıdır. Cavanlaşdırıcı və ağardıcı prosedur üçün ildə 5-10 fasilə ilə 6-10 seans tələb olunur. Mezoterpiyanın effektini yaş əleyhinə kremlər və tədbirlərlə dəstəkləmək lazımdır. Onu da deyək ki, mezoterapiyanı tədbirdən bilavasitə əvvəl etmək olmaz, çünki ondan sonra bir qədər göyərmə və qızartılar meydana çıxa bilər. Onları aradan qaldırmaq üçün adi kremin əvəzinə pantenol çəkin.
Mezoterapiya ilə arıqlama mümkündürmü?
Yağlı yeməklər, artıq çəki dərinin həm görünüşünü korlayır, həm də sağlamlığa pis təsir edir. Arıqlamağın min bir üsulu olsa da, onların çoxu zəhmət və vaxt tələb edir. Çoxları iradəli olmadığı üçün pəhrizi yarımçıq qoyur, çəkisi ilə barışır. Bu da insanın növbəti dəfə stress keçirməsinə səbəb olur. Müasir dövrdə arıqlamağın ən yaxşı yollarından biri də mezoterapiyadır. Qidalanma rejimi və məşqlər ilə planlaşdırdığınız çəkiyə düşə bilmirsinizsə, yaxud çətinlik çəkirsinizsə, bu zaman mezo iylərin gücündən yararlana bilərsiniz. Mezoterapiya ilə bədənin istənilən nahiyəsində toplanmış yağları tez bir zamanda əridə bilərsiniz. Bu üsulla problemli bölgələrə piy parçalama funksiyası olan dərmanlar, iynələr yeridilir. Nəticədə həmin bölgədəki yağ hüceyrələrinin əridilməsi və ümumi qan dövranına daxil olaraq bədəndən atılması təmin edilir.

Ən çox oxunanlar
Son xəbərlər