Tusk İrəvana “bomba” qoydu: Ermənistan niyə “partlayır”?
Baxılıb: 484 Tarix: 12-07-2019 14:02
Avropa Şurasının rəhbəri Donald Tuskun bir müddət öncə Cənubi Qafqaz səfəri baş tutdu. Tusk səfərinə Bakıdan başladı, daha sonra İrəvan və Tiflisi ziyarət etdi. Tuskun regiona vəzifə səlahiyyətlərinin son günlərində gəlməyinə rəğmən bu səfər kifayət qədər önəm daşıyırdı.
Səfərin ən önəmli məqamlarından biri Tuskun Qarabağla bağlı səsləndirdiyi fikirlər oldu ki, bu da regionun iki dövləti - Azərbaycan və Ermənistan üçün mühüm önəm daşıyırdı. Belə ki, polşalı siyasətçi Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdən sonra (bu, tərəflər arasında son iki ay ərzində ikinci görüşdür. Tərəflər son dəfə mayda Brüsseldə bir araya gəlmişdilər – red.) dediyi “Azərbaycanın ərazi bütövlüyünü Avropa Şurası dəstəkləyir” sözləri Qafqazın şərq cinahında yerləşən ölkə üçün optimizm, onun qərbində yerləşən işğalçı ölkə üçün pessimizm yaratdı. Doğrudur, Tusk vəzifəsiylə vidalaşır və artıq onun yerinə keçəcək şəxsin adı da müəyyənləşib, amma bununla belə, avropalı prezidentin ifadə etdikləri özünün yox, Avropa Şurasının mövqeyi idi ki, bu da Bakı üçün mühüm əhəmiyyət daşıyırdı.
Digər tərəfdən, Tusk Polşanın hazırda ana müxalifət partiyası sayılan Vətəndaş Platformasının təsisçilərindən biridir. Bu partiyanın əsas ideologiyası sosial liberalizm sayılır. Maraqlı olan isə Tuskun xələfi - Belçikanın baş nazirinin səlahiyyətlərinin müvəqqəti icraçısı Şarl Mişellə təxminən eyni ideologiyanın daşıyıcıları olmalarıdır. Bu, Bakıya Tuskun xələfinin dönəmində də AŞ-dan oxşar bəyanatlar eşidəcəyinə ümid etməyə imkan verir.
Bakı həmçinin Tuskdan sonrakı dönəmdə Avropa Şurasının alyans daxilində yaranacaq separatizm dalğasına qarşı sərt mövqe tutacağına ümid bəsləyir. Belə ki, Kataloniya böhranından sonrakı dönəmdə Brüssel baş verənlərin alyans üçün hansı təhdidlər yaratdığını müəyyən qədər anlamağa başlayır. Bununla belə, Kataloniya separatçılarının liderinə Belçikada sığınacağın, eləcə də müəyyən qədər dəstəyin məhz Şarl Mişelin baş nazirliyi dönəmində verilməsi Tuskun xələfinin hansı mövqe tutacağına şübhələr də yaradır. Hər bir halda Bakının AŞ-ın separatizm və ərazi bütövlüyü ilə bağlı siyasətindən narazı olmağa heç bir səbəbi yoxdur. Bu isə Bakıya Qarabağla bağlı daha aktiv mövqedə dayanmağa imkan verir.
Ermənistan isə yaranan situasiyadan narahatdır. Tuskun həm Bakı, həm İrəvanda verdiyi bəyanatlar artıq düşmən ölkədə ciddi narahatlıqlar yaratmağa başlayıb. Təbii ki, İrəvanı ən çox narahat edən Tuskun Azərbaycanın ərazi bütövlüyünü tanımasını Bakıda bəyan edərək, İrəvanda xalqların öz müqəddəratını həll etməsinə toxunmamasıdır ki, bu da artıq bir neçə gündür erməni mediasının və ekspertlərinin baş mövzusuna çevrilib.
Ermənistan hakimiyyəti hələlik Paşinyanın simasında Tuskla görüşə dair pozitiv siqnallar verməklə yetinir. Ancaq “təskinliklərə” baxmayaraq, Tuskun regiona səfərinin Bakının növbəti diplomatik uğuru olması etiraf edilir və Paşinyan hakimiyyəti ciddi tənqid olunur. Bu tənqidin başında isə Sərkisyan və Köçəryanın nəzarətində olan, eləcə də onlara yaxınlığı ilə seçilən şəbəkə dayanır.
Hazırda Ermənistanda və separatçı rejimdəki siyasi qüvvələrin bir-birinə qarşı Qarabağ kartından geniş istifadəsi bu fərziyyənin inandırıcılığını bir qədər də artırır. Belə ki, hökumət onsuz da Qarabağla bağlı I Qarabağ savaşının “ulduzları” vasitəsilə verilən bəyanatlarla küncə sıxışdırılmağa cəhd edilir. Tuskla görüş isə Avropa Birliyi ilə tərəfdaşlıq müqaviləsi imzalayan Serj Sərkisyana imkan verəcək ki, Paşinyanı İrəvanın 2016-ci ildən bu yana Avropada olan nüfuzunu məhv etməkdə ittiham etsin və onun xarici siyasətinin yarıtmaz olduğunu desin.
İrəvanı narahat edən daha bir məqam AŞ rəhbərinin İrəvanda iqtisadi əməkdaşlıq məsələlərinə çox toxunmaması oldu. Tusk AŞ-ın İrəvanın yanında olduğuna, amma bunun üçün onun da Moskva təsirini azaldaraq, AŞ-yə doğru addım atması gərəkdiyinə dair mesaj verdi. Bu isə Avropanın İrəvana 2018-ci ilin ortalarından bu yana olan ümidlərinin yavaş-yavaş ölməsi anlamına gəlir. Çünki Avropa Paşinyanın hakimiyyətə gəldikdən sonra əsas fəaliyyətinin ölkə daxilində öz hakimiyyətini sığortalamaq üçün mümkün qədər mövcud status-kvonu qorumağa çalışdığını, Rusiya təsirindən ayrılmaq yerinə bəzən hətta “Moskvanın maşası” rolunu icra etdiyini müşahidə edir.
Ölkəsinin regionla bağlı beynəlxalq layihələrdən uzaq qaldığını anlayan Paşinyan artıq bu problemin öhdəsindən Avropa vasitəsilə gələ bilməyəcəyini başa düşür. Paşinyan bunun onsuz da azalmağa başlayan nüfuzu üçün zərbə olacağını da bilir. Buna görə də Ermənistan rəhbəri mümkün olduğu qədər Tuskun xələfiylə daha aktiv çalışmağa və imkan olduqca Avropa dövlətlərinə pozitiv mesajlar verməyə çalışacaq. Bununla belə, İrəvan hələ də avropalılara nə vəd edəcəyini və bunu rusları əsəbləşdirmədən necə edəcəyini bilmir. Bu isə Paşinyanın hakimiyyətinin növbəti dönəmində onun üçün əsas problemlərdən biri olaraq qalacaq. Çünki erməni baş nazir hazırda onun reytinqi və hakimiyyətinin taleyinin Qarabağdan çox, ölkənin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması və rifahının qaldırılmasından keçdiyini bilir.
Tusk Avropa Şurası prezidenti kimi regiona son dəfə səfərə gəldi. Bu səfər regionla bağlı bir sıra pozitiv məqamların olduğunu göstərsə də, ümumilikdə regionda müəyyən bir gərginliyin olduğunu nümayiş etdirdi. Doğrudur, bu səfər həlledici əhəmiyyət daşımırdı, amma onun yaratdığı müəyyən effektlər gələcəkdə başlaya biləcək yeni proseslər üçün dayaq rolunu oynaya bilər. Yeni başlayacaq proseslər isə böyük güclər arasında yerləşən Cənubi Qafqazın taleyi baxımından mühüm əhəmiyyət daşıyacaq. Bu proseslər ərəfəsində Azərbaycan mövqeyi yaxşı olanlar sırasında yer alır...

Ən çox oxunanlar
Son xəbərlər