Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Dövlət çağırış etdi - xaricdə təhsil almış məzunlar ölkəyə qayıdacaqmı...

Baxılıb: 618     Tarix: 05-06-2018 11:55   
Kamran Əsədov: "Reytinq cədvəlində ilk 100-lükdə olan universitetlərin məzunlarına bu imtiyazı vermək lazımdır"
"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28.1-ci maddəsinə əsasən, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq olunmuş dövlət proqramı çərçivəsində xaricdə təhsil almış şəxslər müsabiqə və ya müsahibədən kənar dövlət qulluğuna qəbul edilə bilərlər.
Dövlət İmtahan Mərkəzindən "Trend"ə verilən məlumata görə, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil alanlar vakant inzibati dövlət qulluğu vəzifələrinin tutulması üçün müvafiq dövlət orqanlarına müraciət edə bilərlər.
Qeyd edilənlərə əsasən, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış şəxslərin vakant dövlət qulluğu vəzifəsi üzrə dövlət qulluğuna qəbulda hər hansı çətinliklə qarşılaşarsa, Dövlət İmtahan Mərkəzinə müraciət etmələri tövsiyə edilir.
Bu isə Azərbaycanda hər zaman müzakirə olunan bir mövzunu daha da aktual edir. Çünki xarici ölkələrdə təhsil alanlar bir qayda olaraq, Azərbaycana geri qayıtmaq istəmirlər. Onlar bunu ölkədə iş perspektivinin zəifliyi, habelə öz potensiallarını nümayiş etdirmək üçün imkanların olmaması ilə izah edirlər. Amma ölkənin belə kadrlara ehtiyacı böyükdür.
Bəs bu çağırışın reallaşma ehtimalı nə qədərdir? Xaricdə oxuyan tələbələrin ölkəmizə qayıtması üçün vəddən başqa nələr edilməlidir?
Təhsil eksperti Kamran Əsədov "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra rəqabətə davamlı inkişaf və tərəqqi üçün dünya standartlarına cavab verən, müasir bilik və bacarıqlara sahib olan kadrlar lazım idi və ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələrinin hazırladığı kadr potensialı bu tələbatı ödəyə bilmirdi: "Ona görə də hökumət özünə lazım olan bilik və bacarıqlara malik şəxsləri hazırlamaq üçün xarici ölkələrə tələbə göndərilməsini təmin etdi. Bunun üçün 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində 3500-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışır. Sevindirici hal ondan ibarətdir ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunub".
K.Əsədov daha sonra digər statistik məlumatları da bölüşdü. Ekspert bildirdi ki, 1 aprel 2017-ci il tarixinə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət proqramı" çərçivəsində 3302 nəfərin təhsili ilə bağlı xərclər Azərbaycan Respublikası Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilib: "Bu tələbələrin sayı ümumilikdə 134 nəfər olmaqla, 128 nəfəri 2-ci dərəcəli, 6 nəfəri isə 3-cü dərəcəli təhsil alıb. Dövlət Proqramında iştirak edən gənclərin əksər hissəsi Böyük Britaniya (29,1 faiz), Türkiyə (22,1 faiz), Almaniya (12,4 faiz), Kanada (7,2 faiz), Niderland (5,2 faiz) və Rusiya (3,8 faiz) universitetlərində təhsil alırlar. Dövlət proqramının maliyyələşdirilməsi məqsədilə isə 2008-2017-cı illər ərzində Dövlət Neft Fondu tərəfindən ümumilikdə 190 451,3 min manat, o cümlədən 2017-cı ilin yanvar-mart ayları üzrə 2 015,3 min manat məbləğində vəsait sərf olunub. Bu vəsait Dövlət proqramı çərçivəsində xarici ölkələrdə təhsil alanların yaşayış (773,5 min manat), təhsil haqqı (1 108,0 min manat), yol (73,5 min manat), sığorta (59,3 min manat), digər (0,2 min manat), viza və qeydiyyat (0,8 min manat) xərclərinin ödənilməsinə yönəldilib".
Müsahibimizin bildirdiyinə görə, statistik göstəricilər bu sahəyə kifayət qədər böyük vəsait ayrıldığını göstərir. K.Əsədov dedi ki, məhz bu səbəbdən sözügedən şəxslərin təhsillərini başa vurduqdan sonra birbaşa ölkəyə qayıdıb işlə təmin olunması normal haldır: "Çünki o şəxslər bir neçə il əvvəl bir neçə imtahan nəticələri ilə seçilib. Onların malik olacağı kompetensiyalar əvvəlcədən müəyyən olunub. Bundan əlavə, xarici ölkələrdə dövlət büdcəsinin vəsaiti hesabına təhsil alan tələbələr dünyanın ən nüfuzlu ali təhsil müəssisələrinin məzunlarıdır ki, onların da aldıqları təhsil çox yüksəkdir. Hesab edirəm ki, bu, DİM-in öz vəsaiti hesabına xaricdə təhsil alan azərbaycanlı tələbələrə aid deyil, yalnız dövlət proqramı çərçivəsində təhsil alan tələbələrə şamil edilir. Amma mən düşünürəm ki, yalnız dünya universitetlərinin cədvəlində yüksək reytinqdə olan, ilk 100- lükdə olan universitetlərin məzunlarına bu imtiyazı vermək lazımdır".шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar