Xəbər lenti
25/11/2024 [13:07]
“TOYUNU GÖRƏK!”
25/11/2024 [12:51]
TƏBRİK EDİRİK!
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Qazaxda məktəb direktoru gün işığını repetitorlara qurban verir

Baxılıb: 685     Tarix: 08-12-2022 13:05   
 
Sirr deyil ki, bu gün hətta bir çox valideynlər 1-ci sinif şagirdi olan övladını repetitorun yanına göndərir. Bu gün müəllimlər məktəblərdə dərs keçmək marağında deyillər. Müəllimlər dərsdən kənar repetitorluqla daha çox gəlir əldə edirlər. Xüsusilə savadlı hesab edilən və repetitorluğu yaxşı bacaranlar bir şagirddən qrup şəklində hazırlığa görə ən azı 100 manat alırlar. Qrupdakıların sayı 8-dən 10-a qədər ola bilər. Repetitor müəllimlər yorularaq məktəbdə dərs demək iqtidarında olmurlar. Bəziləri isə qəsdən artıq qazanc əldə etmək məqsədi ilə dərsi zəif başa salırlar ki, şagirdlər məcbur olub repetitorlara üz tutsunlar. Çox vaxt məktəbdə müəllim özünü yormaq istəmir. Çünki repetitorluq zamanı daha çox güc sərf etməli olur. Bəzi müəllimlər isə onların yanına hazırlığa gəlməyənlərin qiymətini aşağı salırlar. Şagirdlər də qorxudan onların yanına hazırlığa getməyə məcbur olur. Ən qorxulusu isə bəzi hallarda müəllimlərin repetitorluğa şantaj yolu ilə nail olmasıdır. Misal üçün, əgər şagird məktəbdə ona dərs tədris edən müəllimin yanına deyil, başqasının yanına hazırlığa gedirsə, müəllim bundan narazı olduğunu bildirir. Bu halda da şagirdin qiymətini kəsir. Müəllim yanına hazırlığa gedənlər isə adətən yüksək qiymət alırlar. Düzdür, bu halları hamıya şamil etmək olmaz. Amma "repetitorluq biznesi"nə görə belə hadisələrin olması danılmazdır.

Orta və daha yuxarı yaşlı nəslin nümayəndələri xatırlayarlar ki, yarım əsr əvvəl məktəbdə dərs yaxşı keçirilirdi, repetitora ciddi ehtiyac yox idi. İndi valideyn də savadsızlaşıb, uşağına hətta ibtidai sinif dərslərini, ev tapşırıqlarını hazırlamağa kömək edə bilmir. Əvvəllər məktəblərdə xüsusi qruplar və qrup müəllimi olurdu. Dövlət hesabına olan qruplarda işləyən və ya üzrlü səbəblərə görə uşaqların təhsilinə vaxt ayıra bilməyən valideynlərin uşaqları ev tapşırıqlarını hazırlayır, nahar edir, müxtəlif maraqlı şeylər öyrənirdilər. Pulsuz fəaliyyət göstərən bu qruplarda uşaqlar dərsdən sonra qalırdılar. Təəssüf olsun ki, bu qruplar ləğv olundu. Məhz bundan sonra repetitorlara meyl artdı.
İndi heç repoetitorlar da şagirdlərə elmi biliklərin əsasını vicdanla öyrətmirlər. Bütün diqqət test cavablarını əzbərlətməyə, ali məktəbə qəbul imtahanında yüksək bal toplamağa yönəlib.
 
Şagirdlər dərsdə müəllimə qulaq asmaq istəmirlər. Hamı fikirləşir ki, onsuz da 10-11-ci sinifdə hazırlığa gedib bizə lazım olan fənləri öyrənəcəyik. Ona görə də illər ərzində özlərini əziyyətə vermək istəmirlər. Lakin nəzərə almırlar ki, vaxtilə öyrənmədiyin və ya üstündən səthi keçdiyin proqramı bir-iki ilə qavramaq çətindir.
Reallıq budur ki, repetitorluq bir sıra qanunsuzluqlarla müşayiət olunur. Məktəblərdə yuxarı siniflərdə davamiyyət kəskin şəkildə aşağı düşüb. Direktorlar öz şəxsi maddi maraqlarının ödənilməsi qarşılığında repetitor yanına gedən şagirdlərin dərsə gəlməməsinə göz yumurlar. Hətta faktiki olaraq paytaxtda yaşayan, amma adı yüz kilometrlərlə uzaq rayonun ucqar bir kəndinin məktəbində jurnalda gedənlər də az deyil. Bu, sözün həqiqi mənasında biabırçılıqdır, təhsilin tənəzzülü, orta məktəbin yalnız attestat verən (satan) formal bir quruma çevrilməsi deməkdir, Belə davam edərsə, bu mənfi tendensiyaya son qoyulmazsa, orta təhsilin tam süqut edəcəyi də uzaqda deyildir.

Qazax rayonunun Çaylı kənd 2 saylı tam orta məktəbin direktor əvəzi Sevil Göyüşova birinci növbənin şagirdlərini reqlament üzrə səhər saat 9;00-da deyil, bir saat tez – 8:00-da gəlməyə məcbur edir. Səbəbini də gizlətmir – səhər növbəsində oxuyan yuxarı sinif şagirdləri dərsdən sonra nahar edib repetitor yanına özlərini tez yetirsinlər. Sözsüz ki, o, yuxarı sinif şagirdləırinin özlərinin və onlara repetisiya keçən məktəbin öz müəllimlərinin marağını təmin etmək üçündür. Əlbəttə ki, təmənna qarşılığında. Məsələ burasındadır ki, belə reqlament səhər növbəsində oxuyan ən aşağı – ibtidai sinif şagirdlərinin və onların valideynlərinin işini çətinə salır. Axı “ibtidailər” ayaşlıdırlar, onları sübh tezdən yuxudan oyanmağa, alaqaranlıqda məktəbə gəlməyə məcbur etmək qanunsuz olmaqla bərabər həm də insafsızlıqdır.
Maraqlıdır, görəsən, məktəb direktoru vəzifəsini icra edən Sevil Göyüşovanın qardaşı,  Azərbaycanda insan haqları, demokratikləşmə və yaxşı idarəetmənin təşviqi proqramı üzrə dəyirmi masalarda fəal iştirak edən İnkişaf Resursları Mərkəzinin rəhbəri Məhərrəm Göyüşov bacısınınm bu insafsız idarəetmə siyasətinıə necə baxır?

Mircəfər Hüseynzadəшаблоны для dle 11.2



Ən çox oxunanlar