Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi: Unla bağlı yenilik olacaq

Baxılıb: 1 313     Tarix: 18-04-2024 11:30   

“Dəmir defisitli anemiyanın qarşısının alınması məqsədilə buğda ununun zənginləşdirilməsi istiqamətində işçi qrup yaradılıb”.
Qanunvehedef.az xəbər verir ki, bunu Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli parlamentdə Aqrar siyasət komitəsinin “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasında rolu” mövzusunda keçirdiyi ictimai dinləmədə çıxışı zamanı deyib.
AQTA sədri bildirib ki, yaxın günlərdə həmin zənginləşdirmə proseduru həyata keçiriləcək: “Anlaşdığımız çörək istehsalı, un emalı müəssisələrində unun dəmirlə zənginləşdirilməsi prosesi həyata keçiriləcək. Beləliklə ticarət şəbəkələrində satılan adi unla yanaşı, eyni zamanda dəmirlə zənginləşdirilmiş una da rast gələ biləcəyik”.

Əbdülqəni Hüseynov
шаблоны для dle 11.2



Ən çox oxunanlar