Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

“Azərişıq” Bakı və ətraf ərazilərində yeni güc mərkəzləri yaradır - Video

Baxılıb: 8715     Tarix: 06-08-2026 11:56   

Abonentlərin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsi məqsədilə “Azərişıq” ASC regionlarla yanaşı paytaxt və ətraf ərazilərində elektrik təsərrüfatını yeniləyir.

Qanunvehedef.az xəbər verir ki, yaşayış məntəqələrində 0.4, 6 və 10 kV-luq yeni dayaqlar əkilir, 0.4 kV-luq Özündaşıyan İzolyasiyalı Naqillər çəkilir. Həmçinin 6 və 10 kV-luq hava elektrik verilişi xətlərində əsaslı təmir və yenidənqurma işləri aparılır. Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük təlabatının qarşılanması məqsədilə müasir Komplekt Transformator Məntəqələri (KTM) quraşdırılır, sayğaclar yeniləri ilə əvəz olunur.

Yenidənqurma işləri çərçivəsində Maştağa Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) xidməti ərazisində yerləşən Nardaran qəsəbəsi Ləhic bağları, Buzovnada isə Albalılıq yaşayış massivində 400 kVA gücündə yeni KTM-lər quraşdırılıb. Ümumilikdə Maştağa ETSİ ərazisində ilin sonunadək 30 ədəd yeni güc mərkəzi yaradılacaq.

Xəzər rayonunda da elektrik şəbəkəsinin yenidən qurulması işləri davam etdirilir. Binə Atçılıq və Binə Südçülük yaşayış massivlərində 6/0.4 və 10/0.4 kV-luq yeni güc mərkəzləri yaradılıb. Həmçinin köhnə sayğaclar yeniləri ilə əvəz olunub. Rayon ərazisində Binə Sovxoz, Buzovna Albalılıq, Şüvəlan, Mərdəkan, Şağan ərazilərində yeni güc mərkəzlərində işlər davam edir.

Bağlar ETSİ-nə daxil olan Məmmədli, Mehdiabad, Novxanı, Corat və Saray qəsəbələrində də elektrik təsərrüfatı yenidən qurulur. Adı çəkilən yaşayış məntəqələrində ilin sonunadək ümumilikdə 16 ədəd yeni KTM-in quraşdırılıb istismara verilməsi planlaşdırılır.


Qanunvehedef.az






{sape_links}{sape_article}