Xəbər lenti
21/09/2026 [15:13]
Qızıl niyə ucuzlaşır?
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Səlim Müslümovun 1 milyonluq evi yarı qiymətə satıldı

Baxılıb: 8115     Tarix: 06-08-2026 16:55   

Şərti məhkum edilmiş sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun müsadirə edilmiş daha bir əmlakı satılıb.

Qanunvehedef.az xəbər verir ki, Müslümovun paytaxtın Yasamal rayonunda yerləşən 370.4 kvadratmetrlik mənzili beş dəfə hərraca çıxarılıb.

İlk dəfə 1 milyon manata təklif olunan mənzili icra məmuru 50 faiz endirimlə 463 min 125 manata sata bilib.

Həmin pul dövlətə dəymiş ziyanın bir hissəsinin qarşılanmasına sərf ediləcək.

Qeyd edək ki, S.Müslümov 27 milyon manat mənimsəmədə təqsirli bilinib. Dövlətə dəymiş ziyanı ödədiyi üçün yekunda ona şərti cəza verilib. Əlavə olaraq onun çoxsaylı əmlakı müsadirə edilib.


Qanunvehedef.az





{sape_links}{sape_article}