Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Çikaqoda iğtişaşlar: Milli Qvardiya şəhərə yeridildi

Baxılıb: 673     Tarix: 01-06-2020 07:10   

Qarşıdurmaların davam etdiyi ABŞ-ın Çikaqo şəhərinə Milli Qvardiya qüvvələri yeridiləcək.
Qanunvehedef.az xəbər verir ki, bu sözləri Çikaqo meri Lori Laytfut deyib.
O bildirib ki, komendant saatı növbəti xəbərdarlığa kimi uzadılacaq:
“Mənim xahişimlə polisə dəstək üçün Milli Qvardiyadan çox da böyük olmayan kontingent şəhərdə olacaq və ötən gecə baş verənlərin təkrarlanmasının qarşısını alacaq”.
Qeyd edək ki, afroamerikalı Corc Floydun öldürülməsindən sonra ABŞ-ın bir sıra iri şəhərlərində etirazlar baş qaldırıb, ardınca isə iğtişaşa çevrilib.
***
Etirazlar zamanı 240 nəfər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Bu barədə yerli polisin rəhbəri Devid Braun deyib.
O bildirib ki, etirazçılar binaları yandıraraq və talan edərək vandalizm aktını icra ediblər.
D.Braunun sözlərinə görə, polis bu hərəkətlərə dözmək niyyətində deyil və ən sərt şəkildə bu addımların qarşısı alınacaq:
"6 nəfər yaralanmışdı. Onlardan biri artıq həyatını itirdi".
O, həmçinin olaylarda 20 polisin xəsarət aldığını əlavə edib.шаблоны для dle 11.2



Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar