Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Kalaşnikov: Əliyevlə yarım saat görüş olacaqdı, ancaq...

Baxılıb: 711     Tarix: 03-05-2024 16:20   

Bu, çox yaxşı görüş oldu. Yəni həmişə olduğu kimi. Danışıqlara təxminən yarım saat vaxt ayrılacağı düşünülürdü, amma nəticədə bir saat danışıq apardıq.
Qanunvehedef.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədri Leonid Kalaşnikov Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən deyib.
“İlham Əliyevlə görüşlər heç vaxt formal xarakter daşımır. Görüşlər həmişə çox səmimi və güvənli keçir. Cənab Prezidentlə Əliyevin (Heydər Əliyev - red.) keçdiyi yolu xatırlayaraq, bu gün münasibətlərimizin qarşısında duran vəzifələrdən, o cümlədən Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar şəraitində nəqliyyat-logistika layihələrinin, xüsusilə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin həyata keçirilməsi ilə bağlı danışıqlar apardıq. Eyni zamanda, liderlərimizin bu yaxınlarda Moskvada BAM üzvləri ilə necə görüşdüyü barədə danışıq. Çox insani, isti görüş keçdi. Baykal-Amur Magistralının tikintisi layihəsinin iştirakçılarının sözləri İlham Əliyevin ürəyincə olub. Rusiya rəhbərliyinin Azərbaycan Prezidentinə qarşı çox səmimi və isti münasibəti var. Və Əliyev bunu çox gözəl bilir. İlham Əliyevlə mən Azərbaycanın Avrasiya inteqrasiyasının – Aİİ-də statusun alınması imkanlarından da danışdıq. Bakı bu təklif üzərində düşünür. Bu statusun gətirə biləcəyi üstünlüklərdən danışdıq. Təbii ki, Aİİ-də status alıb-almamaq barədə qərar vermək Azərbaycanın müstəsna hüququdur. Deyə bilərəm ki, bəzi dövlətlərin vaxtaşırı Rusiyaya qarşı qeyri-dost münasibət sərgilədiyi bir vaxtda Azərbaycan bu gün əsl qonşu və dostdur. Mənim üçün İlham Əliyevin ötən həftə Moskvaya səfərinin necə keçdiyi, iki lider arasında necə səmimi ünsiyyətin olması hər hansı sözdən daha yaxşı idi. Beş saat ərzində danışdılar. Təhlükəsizlik, nəqliyyat, logistika layihələri və digər sahələrdən danışdılar. Əliyevin forumda açılış nitqində danışdığı bir çox sahələrdə Rusiya və Azərbaycan yanaşmaları oxşardır. Bizim vəzifəmiz həm Rusiya, həm də Azərbaycanda müharibə deyil, sülhün olmasıdır. Amma Azərbaycan rəhbərinin qeyd etdiyi kimi, bəzən dövlətin təhlükəsizliyini təmin etmək üçün hərbi müstəviyə keçmək lazımdır”, - o bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar