Xəbər lenti
Arxiv
«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

İran rəhbəri Əli Xameneinin Məkkə çağırışı qalmaqal yaratdı

Baxılıb: 625     Tarix: 08-05-2024 11:19   

Mayın 6-da İran rəhbəri Əli Xameneinin builki Həcc ziyarəti ilə bağlı çıxışı və iranlı zəvvarları Məkkədə siyasi fəallığa çağırması geniş etirazlara yol açıb.
Qanunvehedef.az xəbər verir ki, bununla bağlı sosial media kanallarında çoxsaylı paylaşımlar edilir.
Aralarında tanınmış din xadimlərinin də olduğu minlərlə iranlı Səudiyyə Ərəbistanı krallığına müraciət ünvanlayıblar. Onlar Əli Xameneinin çağırışını “təxribata dəvət” adlandıraraq, İran hökumətinin dini mərasimdən siyasi məqsədlər üçün istifadə etməyə çalışdığını yazıblar.
Müraciət müəllifləri Ər-Riyaddan müsəlmanların müqəddəs məkan və alimlərindən bu məqsədlə istifadə cəhdlərinə icazə verməməyi istəyiblər. Onlar İran hökumətinin əməllərinin islama və müsəlmanlara utanc gətirdiyini deyib, iranlıların Səudiyyə Ərəbistanına səfərlərinə qadağa qoyulmasını tələb ediblər.
Qeyd edək ki, Əli Xamenei mayın 6-da etdiyi çıxışında iranlı zəvvarları Həcc mərasimi zamanı siyası fəallığa çağırıb.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar