Xəbər lenti
27/06/2026 [13:46]
Sabah da yağış yağacaq
27/06/2026 [10:18]
Pakistanda zəlzələ oldu
Arxiv
«    Июнь 2026    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Bolqarıstan prezidentinin rəsmi qarşılanma mərasimi.

Baxılıb: 805     Tarix: 08-05-2024 11:33   

Azərbaycana dövlət səfərinə gələn Bolqarıstan Prezidenti Rumen Radevin mayın 8-də rəsmi qarşılanma mərasimi olub.
Qanunvehedef.az xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda Bolqarıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstan Prezidenti Rumen Radevi qarşılayıb.
Fəxri qarovul dəstəsinin rəisi Bolqarıstan Prezidentinə raport verib.
Prezident Rumen Radev Azərbaycan əsgərlərini salamlayıb.
Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər.
Bolqarıstan Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndirilib.
Azərbaycan nümayəndə heyəti Bolqarıstan Prezidentinə, Bolqarıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub.
Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Bolqarıstan Prezidenti Rumen Radevin qarşısından keçib.
Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Qanunvehedef.az 



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar