Xəbər lenti
28/08/2026 [09:32]
İran ABŞ-ni hədələdi
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Kremli Makrona cavab verdi

Baxılıb: 900     Tarix: 03-05-2024 15:07   

“Fransa Prezidenti Emmanuel Makronun Ukraynaya hansı hallarda qoşun göndərilə biləcəyi ilə bağlı açıqlaması çox təhlükəli tendensiyanın davamıdır”.
Qanunvehedef.az “İnterfaks”a istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Bu açıqlama çox vacib və təhlükəlidir. Fransa ölkənin dövlət başçısı simasında daim Ukrayna ətrafındakı münaqişədə “yerdə” birbaşa iştirakının mümkünlüyündən bəhs etməyə davam edir. Bu, çox təhlükəli tendensiyadır. Biz bunu diqqətlə izləyirik və xüsusi hərbi əməliyyatı qarşıya qoyulan məqsədlərə nail olunana qədər davam etdirəcəyik”, - deyə Peskov qeyd edib.
Xatırladaq ki, E.Makron “The Economist”ə müsahibəsində hansı hallarda Kiyevə qoşun göndərilə biləcəyindən danışıb. Onun sözlərinə görə, bunun baş verməsi üçün əvvəlcə cəbhə dağılmalı və qoşunların göndərilməsi ilə bağlı müraciət məhz Kiyevin özündən gəlməlidir.

Qanunvehedef.az



{sape_links}{sape_article}