Xəbər lenti
Arxiv
«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 

"Dövlət-media dialoqunun yaradılması cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb" - Əhməd İsmayılov

Baxılıb: 485     Tarix: 03-05-2024 14:04   

"Praktik əhəmiyyət daşıyan dövlət-media dialoqunun yaradılması eyni zamanda cəmiyyətin sosial sifarişi kimi meydana çıxıb".
"Report" xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin (MEDİA) icraçı direktoru Əhməd İsmayılov "İctimai proseslər media müstəvisində" mövzusunda forumda çıxışı zamanı deyib.
O qeyd edib ki, bu gün keçirilən forumla Azərbaycan mediasının müasir tələblərindən və inkişaf tempindən irəli gələn tendensiyalar, habelə cəmiyyətin mediadan gözləntiləri baxımdan yeni bir təcrübənin əsası qoyulur. Forum həm dövlət-media dialoqunun səmərəli təşkilinə, həm də medianın cəmiyyəti ictimai əhəmiyyətli informasiya ilə təminetmə funksiyasının daha effektiv səviyyəyə yüksəldilməsinə hesablanıb.
"Belə platformanı yaratmaqda MEDİA-nın məqsədi informasiyanın peşəkar formada hazırlanıb ötürülməsinə məsuliyyət daşıyan media subyektləri ilə informasiyanın mötəbər mənbəyi funksiyasını yerinə yetirən dövlət orqanları arasında sağlam münasibətlərin qurulmasına dəstək göstərilməsi, ictimai məzmunlu jurnalistika kontentinin hazırlanmasında peşəkarlıq səviyyəsinin artırılmasıdır.
Forum iştirakçıları panel sessiyalarda gündəlik fəaliyyətlərində ortaya çıxan məsələlərlə bağlı fikir mübadiləsi aparmaq imkanı qazanacaqlar. İctimai rəydə dezinformasiya vakumunun yaranmaması, ölkəmizin informasiya mühitinin çirkləndirilməsinin qarşısının alınması baxımından dövlət-media dialoqunun peşəkar prinsiplər əsasında və davamlı olaraq təmin edilməsi müstəsna xarakter daşıyır.
Media islahatlarının hüquqi bünövrəsini möhkəmləndirən "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbulu, eyni zamanda, bu istiqamətdə atılmış sistemli addımlar ölkəmizin media mühitinin sağlamlaşdırılması, media subyektlərinin fəaliyyətinin dəstəklənməsi, jurnalist peşəkarlığının artırılması baxımından yeni inkişaf mərhələsinin əsasını qoymuşdur.
Azərbaycan mediası öz işini müasir trendlərə cavab vermək səviyyəsində qurmaqda, jurnalistikaya olan ictimai etimadın daha da möhkəmləndirilməsində maraqlıdır və MEDİA da öz növbəsində mediadan gələn bütün təşəbbüslərə həssas yanaşaraq, onları dəyərləndirərək həyata keçməsini dəstəkləyir. Bu baxımdan "İctimai proseslər media müstəvisində" mövzusuna həsr etdiyimiz forumun ölkəmizin media gündəminin formalaşdırılmasına töhfə verəcəyinə inanırıq", - deyə agentlik rəhbəri bildirib.

Qanunvehedef.azшаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar