Xəbər lenti
Arxiv
«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Elza Seyidcahan seçki günü döyüldü – DİN hərəkətə keçdi

Baxılıb: 470     Tarix: 11-02-2020 13:44   
Fevralın 9-u parlament seçkilərində namizədliyini 54 saylı Şabran-Siyəzən seçki dairəsindən irəli sürən əməkdar artist Elza Seyidcahan seçki günü bacısı və özünün döyülməsi ilə bağlı iddiasına DİN-dən reaksiya verilib.
Qanunvehedef.az-ın sorğusuna cavab olaraq DİN mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar araşdırmaya başlanılıb.
“Bu haqda Şabran Rayon Polis Şöbəsinə müraciət olunub. Hazırda bu məsələ ilə bağlı araşdırmalar aparılır”, - deyə cavabda qeyd edilib.
Azad Azərbaycan televiziyasının jurnalisti Vüqar Kamiloğlu İnstaqram hesabından Elza Seyidcahanın hazırda Azərbaycan Tibb Universitetinin xəstəxanasında müalicə alması ilə bağlı fotolar paylaşıb və bildirib ki, müğənni təcili yardım vasitəsilə ağır vəziyyətdə Şabrandan Bakıya gətirilib.
“Elza xanımın vəziyyəti elə də yaxşı deyil. Qolları qalxmır, təzyiqi çox yuxarıdır”, - deyə Kamiloğlu bildirib.
Xatırladaq ki, Elza Seyidcahan seçki günü özünün və bacısının təzyiqə məruz qalması ilə bağlı video paylaşmışdı. Video-görüntüdə onun xəsarət aldığı bildirilirdi.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Son xəbərlər
Redaktor seçimi
Çox oxunanlar