Xəbər lenti
Arxiv
«    Mart 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Xəzər rayonunda genişmiqyaslı ümumrayon iməcliyi keçirilib

Baxılıb: 908     Tarix: 10-03-2025 11:38   

Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən verilmiş tapşırığa uyğun olaraq Xəzər rayonunun bütün qəsəbələri əhatə olunmaqla genişmiqyaslı iməclik keçirilib.
      Xəzər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən ümumrayon iməciliyində Rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi, rayon üzrə xidmət göstərən idarə-müəssisə və təşkilatlar və sahibkarlıq subyektləri iştirak edib.
      İməcilik zamanı parklar və istirahət güşələrində, prospekt və küçələrdə səki kənarlarının, bordür və işıq dirəklərinin, məhəccərlərin, köşk və dayanacaqların, məişət tullantılarının atıldığı konteyner və meydançaların ətrafının, həmçinin mərkəzi küçə və prospektlərin xüsusi texnika ilə yuyulması, eləcədə digər təmizlik və dezinfeksiya işləri görülüb. Eyni zamanda ərazidə mövcud olan çəmənlik və ağacların suvarılması, ağac və kollarda yaşıl budamanın aparılması işləri görülüb və toplanan məişət tullantıları müvafiq nəqliyyat vasitələri ilə ərazilərdən daşınıb.
    Həmçinin sahibkar və özəl sektorda çalışanlar da iməcliyə fəal qoşularaq, onlara məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman işlərinin görülməsi istiqamətində müvafiq tədbirlər görüblər.
     Qeyd edək ki, növbəti həftələrdə də genişmiqyaslı iməciliklərin keçirilməsi nəzərdə tutulub.

Qəni Hüseynov

 

шаблоны для dle 11.2