Kremldən Zelenski-Tramp mübahisəsinə - Reaksiya
Baxılıb: 632 Tarix: 03-03-2025 14:30

“Ağ Evdə Ukrayna və ABŞ prezidentlərinin mübahisəsi Moskva ilə Kiyev arasında münaqişənin dinc nizamlanmasına doğru yol tapmağın nə dərəcədə çətin olacağını nümayiş etdirdi”.
Qanunvehedef.az “RBK” portalına istinadən xəbər verir ki, bunu Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib.
“Kiyev rejimi və Zelenski sülh deyil, müharibənin davam etməsini istəyirlər. Buna görə də, bu vəziyyətdə yalnız Vaşinqtonun səyləri və Moskvanın münaqişənin nizamlanmasına hazırlığı kifayət etməyəcək. Hazırda kollektiv Qərbin öz kollektivliyini necə qismən itirməyə başladığını görmək mümkündür”, - deyə Peskov qeyd edib.
O, Rusiya Prezidenti Vladimir Putinin Ukrayna və ABŞ liderləri arasındakı gərginliyə reaksiyası barədə suala cavab verərkən dövlət başçısının baş verənlərin mahiyyətindən xəbərdar olduğunu bildirib: “O, bütün nüansları bilir. Kifayət qədər görünməmiş hadisədir. Zelenski bir çox cəhətdən diplomatik bacarıqlarının tamamilə olmadığını nümayiş etdirdi”.
Peskov, həmçinin hazırda ABŞ ilə iki ölkə arasında münasibətlərin normallaşdırılmasına və diplomatik missiyaların normal fəaliyyəti üçün şəraitin yaradılmasına yönələn dialoqun davam etdirildiyini vurğulayıb.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib.
Qanunvehedef.az
Ən çox oxunanlar
Son xəbərlər