Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Trampın Ukrayna ilə bağlı qərarından sonra bu addımı atdı - Fotolar

Baxılıb: 1 034     Tarix: 10-03-2025 11:14   

Ukraynanın paytaxtı Kiyevdə ABŞ Prezidenti Donald Trampın şərəfinə adlandırılan iki kafenin adı dəyişdiriləcək.
Qanunvehedef.az xəbər verir ki, bu barədə məlumatı Britaniyanın “The Sun” qəzeti yayıb.
Həmin kafelərin adı “Trump Coffee Bar” və “Trump Pizza Station” olub.
Bildirilib ki, buna səbəb ABŞ-nin Ukraynaya hərbi yardım və kəşfiyyat məlumatlarının verilməsini dayandırmaq barədə qərarı olub.
Qərarın ardınca, müəssisələrin sahibi Trampın adı olan lövhələrin götürülməsi barədə göstəriş verib.
Xatırladaq ki, fevralın 28-də Vaşinqtonda Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski ilə Donald Tramp arasında görüş keçirilib. Görüş çərçivəsində tərəflər mətbuata açıqlamalar verərkən Zelenski, Tramp və ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens arasında mübahisə yaranıb. Bu zaman Tramp Zelenskini ABŞ-yə qarşı hörmətsiz davranışda, Vens isə Kiyevə göstərilən dəstəyə görə Vaşinqtona təşəkkür etməməkdə ittiham edib. Nəticədə mətbuat konfransı ləğv edilib. Martın 4-də isə Donald Trampın Ukraynaya hərbi yardımı dayandırdığı məlum olub.



Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar