Xəbər lenti
19/04/2025 [14:59]
Sabah 21° isti olacaq
18/04/2025 [13:39]
19-da 22° isti olacaq
Arxiv
«    Aprel 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Hansı dövlət qulluqçularına 1200 manat veriləcək? (VİDEO)

Baxılıb: 772     Tarix: 04-03-2025 12:19   

Dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsi gücləndirilir. Belə ki, bu qəbildən olan işçilərə dəfəlik 1200, aylıq isə 250 manat ödəniləcək.
Nazirlər Kabineti "Rotasiya qaydasında yaşadığı inzibati ərazi vahidindən kənarda vəzifəyə təyin olunan dövlət qulluqçularına kompensasiya və birdəfəlik ödəniş verilməsi" qaydasını təsdiq edib.
Millət vəkili Vüqar Bayramov deyir ki, işğaldan azad olunmuş ərazilərimizdə çalışan dövlət qulluqçuları üçün 1.5 əmsalından istifadə edilməsi nəzərdə tutulur. Yəni, həmin şəxslərə 50 faiz daha çox vəsait ödəniləcək.
Kompensasiyaların verilməsində də əsas məqsəd dövlət qulluqçularının və onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi, rotasiya prosesinə marağın artırılması və dövlət qulluqçularının yaşadığı inzibati ərazi vahidindən kənarda qulluq keçməyə həvəsləndirilməsidir, - deyə millət vəkili qeyd edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:



Qanunvehedef.azшаблоны для dle 11.2



Redaktor seçimi
Çox oxunanlar