Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

Xəzər rayonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

Baxılıb: 1217     Tarix: 25-09-2026 14:29   

Xəzər rayonunda 27 Sentyabr – Anım Gününə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq təşkil olunub.


Qala qəsəbəsində, Qala-Pirallahı avtomobil yolunun sağ hissəsində keçirilən aksiyada Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, YAP Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Milli Məclisin deputatı Soltan Məmmədov, RİH başçısının müavinləri və Aparatın əməkdaşları, şəhid ailələri, qazilər, müharibə iştirakçıları, idarə və müəssisə rəhbərləri, qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.


Aksiya zamanı Vətən müharibəsi şəhidlərinin xatirəsinə müxtəlif növ ağaclar əkilib, əraziyə aqrotexniki qulluq göstərilib. Keçirilən bu cür tədbirlər şəhidlərimizin əziz xatirəsinin daim yaşadılmasına, eyni zamanda ətraf mühitin qorunmasına və rayonun yaşıllıq sahələrinin genişləndirilməsinə xidmət edir.


Qəni Hüseynov








{sape_links}{sape_article}