Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Prezident daha bir sərəncam imzaladı

Baxılıb: 930     Tarix: 23-11-2026 16:15   

Prezident İlham Əliyev “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Qanunvehedef.az sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki:

1.1. aşağıdakı normativ xarakterli aktları altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:

1.1.1. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 74-5.7-ci maddəsinə uyğun olaraq, sekyuritizasiya predmetinə dair digər tələbləri;

1.1.2. həmin Qanunun 74-7.7-ci maddəsinə uyğun olaraq, xidmət agentinin fəaliyyətinə dair əlavə tələbləri;

1.1.3. həmin Qanunun 74-8.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiyanın predmeti olan aktivlərin reyestrinə daxil edilməli məlumatların dairəsini;

1.1.4. həmin Qanunun 74-9.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiyanın predmeti olan aktivlərin sekyuritizasiya şirkətinə satılması prosesinə dair tələbləri;

1.1.5. həmin Qanunun 74-10.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiya planına dair tələbləri və onun təsdiq edilməsinə dair sənəd və məlumatların dairəsini;

1.1.6. həmin Qanunun 74-12.5-ci maddəsinə uyğun olaraq, risklərin idarə edilməsinə dair əlavə tələbləri;

1.1.7. həmin Qanunun 74-13.1-ci maddəsinə uyğun olaraq, sekyuritizasiya şirkəti tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankına və sekyuritizasiya istiqrazının mülkiyyətçilərinə məlumatın təqdim edilməsi qaydası və formasını;

1.2. “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Banklar haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 3 noyabr tarixli 509-VIIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsi


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar