Xəbər lenti
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

“Azəriqaz” rəhbərliyi Naxçıvanda vətəndaşları qəbul edəcək

Baxılıb: 913     Tarix: 18-11-2026 11:25   

SOCAR-ın “Azəriqaz” İB-nin baş direktorunun növbəti vətəndaş qəbulu noyabrın 20-də saat 11:00-da Naxçıvan şəhərində (Heydər Əliyev prospekti, 66, Naxçıvan Şəhər İcra Hakimiyyətinin binası) keçiriləcək.

Qanunvehedef.az xəbər verir ki, görüşdə Naxçıvan şəhərinin, Babək, Şərur, Culfa, Kəngərli, Sədərək, Şahbuz və Ordubad rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız “Azəriqaz” İB-nin xidmət sahələrinə aid olmalıdır.

Qəbula dair əlavə məlumat almaq istəyənlər Naxçıvan Regional Qaz İstismarı İdarəsinə (tel.: 036-545-06-91, 050-845-66-06) müraciət edə bilərlər.



Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar