Xəbər lenti
23/11/2026 [12:45]
Bu rayonlara qar yağdı
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

Paşinyan yeni Konstitusiya layihəsini paylaşdı

Baxılıb: 984     Tarix: 23-11-2026 09:30   

Ermənistanın Baş naziri Nikol Paşinyan sosial şəbəkə hesablarında ölkəsinin yeni Konstitusiyasının layihəsini paylaşıb.

Qanunvehedef.az xəbər verir ki, Paşinyan paylaşımında sözügedən layihə üçün xüsusi yaradılmış saytın linkini yerləşdirib.

“Əziz xalqım! Ermənistanın yeni Konstitusiyasının layihəsini bunun üçün xüsusi yaradılmış saytda təqdim etməkdən məmnunam. Sayt hər bir vətəndaşın yeni Konstitusiya layihəsini oxumasını və təkliflər irəli sürməsini mümkün qədər rahat etmək üçün yaradılıb”, - o bildirib.

Ermənistan hökumət başçısı həmçinin yaxın dəqiqələrdə xalqa müraciət edəcəyini deyib.

“Saat 10:00-da canlı yayımda müraciətlə çıxış edəcəyəm. Bu sənin Konstitusiyandır”, - deyə Paşinyan yazıb.

“Sputnik Ermənistan”ın məlumatına görə, layihədə 1990-cı ildə qəbul edilən və Azərbaycana qarşı ərazi iddialarının yer aldığı Müstəqillik Bəyannaməsinə istinad olunmayıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar