Xəbər lenti
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Ələkbərov bu biznesə bir maşının pulunu xərcləyib

Baxılıb: 863     Tarix: 02-10-2026 14:22   

Ələkbərovlar ailəsi ilə əlaqəli “Lukavto” elektromobillərin və hibrid avtomobillərin satışının inkişafına 1 milyard rubl vəsait yatırıb.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “Kommersant” məlumat yayıb.

Məlumata görə, “Lukoyl”un təsisçisi Vahid Ələkbərovun oğlu Yusif Ələkbərova məxsus “Bugatti Mistral”ın qiyməti də eyni məbləğdə olub:

“Lukavto” “Zeekr”, “Lixiang”, “Lynk & Co”, “Aito”, “Xiaomi”, “Denza” və “Maextro” markalı avtomobilləri satacaq və onlara texniki xidmət göstərəcək, həmçinin sifarişlə avtomobillər gətirəcək. Şirkətin özü üçün bu, kifayət qədər böyük məbləğdir: diler mərkəzi 2025-ci il ərzində 5,6 milyard rubl gəlir əldə edib və 542,5 milyon rubl xalis mənfəət götürüb. “Lukavto”nun 50%-i “Ekto” şirkətinə məxsusdur. Bu şirkətə 2025-ci ilin aprelinədək birbaşa ata Ələkbərov sahiblik edib. Bundan sonra “Ekto”nun 100%-i YVS adlı şəxsi fondun mülkiyyətinə keçib. “Lukavto”nun digər 50%-i Ələkbərovlar ailəsinin strukturları ilə əlaqəli “Strateji İnkişaf Holdinqi”nə məxsusdur.

Maraqlı təsadüfdür: Rusiyadakı ilk “Bugatti Mistral” avtomobili Yusif Ələkbərova gömrük rəsmiləşdirilməsi ilə birlikdə bir milyard rubldan baha başa gəlib. Belə çıxır ki, Ələkbərovların avtomobil xərcləri “Mistral”la ölçülür: yeni diler mərkəzi bir avtomobil qədərdir. Yaxud “Lukavto”nun təxminən iki illik xalis mənfəəti qədər”.


Qanunvehedef.az





{sape_links}{sape_article}