“Putin SSRİ-ni bərpa etmək istəyir” - Almaniyanın XİN rəhbəri

“Rusiya Prezidenti Vladimir Putin SSRİ-ni bərpa etmək istəyir”.
Qanunvehedef.az xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri İohan Vadeful yerli NTV telekanalına müsahibəsində deyib.
Onun sözlərinə görə, Moskvanın planları Ukrayna ilə məhdudlaşmır: “Açıq şəkildə keçmiş Sovet İttifaqını bərpa etmək ambisiyası var. Bura Ukrayna, Gürcüstan, Moldova, həmçinin Estoniya, Litva və Latviya daxildir”.
Vadeful öz fikrini Putinin Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük fəlakəti” adlandırması ilə əsaslandırıb.
“Əgər bu ən böyük fəlakət idisə, o, yəqin ki, bunu düzəltmək istəyir... Hazırda onlar (Baltik ölkələri - red.) Avropa İttifaqı (Aİ) və NATO üzvləridir, buna görə biz də müttəfiqlər olaraq zərər çəkəcəyik”, - almaniyalı nazir qeyd edib.
Qanunvehedef.az



















