Xəbər lenti
22/11/2024 [13:22]
Sabahın hava - Proqnoz
22/11/2024 [12:57]
TƏŞƏKKÜRNAMƏ
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Deputat prezidentə suallar ünvanladı – AŞPA

Baxılıb: 426     Tarix: 24-01-2019 16:55   

Radikalizm, populizm, islamafobiya və antisemitizm kimi mövqelər artmaqdadır.
Qanunvehedef.az xəbər verir ki, bunu AŞPA-nın qış sessiyasında qurumun Azərbaycanın nümayəndə heyətinin üzvü, Azad Demokrtlar Qrupunun vitse-prezidenti Qənirə Paşayevanın sualına cavabında Finlandiya Prezidenti Sauli Niiniströ deyib.
Millət vəkili Avropanın bu günü və gələcəyi üçün təhlükəli olan islamafobiya və antisemitizmin artmasının ciddi narahatlıq doğurduğunu və bu mənfi tendensiyalarla mübarizənin, mədəniyyətlər və sivilizasiyalararası dialoqun gücləndirilməsinin Finlandiyanın prioritetləri sırasında olub-olmaması ilə maraqlanıb.
Finlandiya prezidenti isə deputata cavabında həqiqətən də belə mövqelərin artdığını bildirib:
“Bu məsələdə müxtəlif ölkələrdə vəziyyət oxşardır. Lakin bu məsələnin həllini tapmaq çox çətin missiyalardandır. Findandiyada son 30 il bundan əvvələ nəzər salanda görürəm ki, bu gün vəziyyət çox yaxşıdır. Lakin əmin deyiləm ki, insanlar bundan razıdırlar. Populizmin yer almasına səbəb insanların yaxşıya tez öyrəşmələri, getdikcə daha artıq tələbkar olmalarıdır. Üzləşdiyimiz yeni elementlərdən biri də sosial mediadır. Lakin mən bu məsələdə optimistəm. Çünki həqiqətin bərpa olacağına, demokratiyaya inanıram. İnsanlar axırda doğrunu anlayırlar. Finlandiyada bu problem 60-cı illərdə və sonuncu dəfə 10 il bundan qabaq özünü göstərib. Yaranan partiyanı biz populistlər adlandırmışdıq. Lakin onların fəaliyyəti bir gün dayandı və bu gün onlar, ümumiyyətlə, mövcud deyillər. Lakin bu insanlara “siz tamamilə səhvsiniz“, “siz danışmayın“ deməyin lehinə deyiləm. Çünki bu, bizə qarşı tənqidləri daha da artıracaq”.
Prezident Q.Paşayevanın Avropa ölkələri və qurumlarının münaqişələr nəticəsində bu məkanda artan qaçqın probleminə dair fəaliyyəti ilə bağlı sualını isə belə cavablandırıb:
“Avropa Birliyinin ümumi qərarları və yanaşması olmalıdır. Bu cür addımlar məsələyə daha çox töhfələr verə bilər. Hər bir ölkə öz qaydaları, istək və düşüncələri ilə bu məsələyə yanaşsa, bu, xaosa səbəb ola bilər. Ümumi yanaşmaların həyata keçirilməsinə ehtiyac var”.шаблоны для dle 11.2



Ən çox oxunanlar
Redaktor seçimi
Çox oxunanlar