Xəbər lenti
Arxiv
«    Сентябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
282930 

İnflyasiya proqnozu açıqlandı

Baxılıb: 571     Tarix: 10-09-2025 12:21   

2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib.
Qanunvehedef.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) yaydığı məlumatda bildirilib.
Qeyd olunub ki, hazırda illik inflyasiya proqnozlaşdırılan trayektoriyaya yaxın hərəkət edir:
“2025-ci ilin iyulunda 12 aylıq inflyasiya 5% təşkil edib. İllik qiymət artımı qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6.2%, ödənişli xidmətlər üzrə 5.6%, qeyri-qida məhsulları üzrə isə 2.1% təşkil edib. İllik baza inflyasiya isə 4.6% olub.
Beynəlxalq mühitdə qeyri-müəyyənliklər hələ də qalmaqdadır. Lakin onların daxili inflyasiyaya artırıcı təsiri son aylarda əhəmiyyətli olmayıb. Beynəlxalq Valyuta Fondunun (BVF) məlumatına görə 2025-ci ilin iyulunda əmtəə qiymətləri indeksi illik 0.7%, o cümlədən ərzaq qiymətləri indeksi 3.3% azalıb. BVF iyulda 2025-ci il üzrə qlobal inflyasiya proqnozunu azalma istiqamətində dəyişib,
2026-cı ilə dair proqnozu isə dəyişməz saxlayıb”.

Qanunvehedef.az



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar