Südabə Hacıyeva- Yumurtalıqlar – uşaqlığın hər iki tərəfində yerləşən, badamvari orqanlardır.
Baxılıb: 1 194 Tarix: 31-01-2019 11:15
Müsahim Ucar rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri Südabə Hacıyevadır. Həkimlə Yumurtalığın kistası, kistaların növləri haqqında danışacayıq.
Yumurtalığın kistası nədir?
Yumurtalığın kistası – maye möhtəviyyatla dolu boşluqdan ibarət, şişəbənzər proseslərə aid olan yumurtalığın xoşxassəli törəməsidir. Yumurtalıqlar – uşaqlığın hər iki tərəfində yerləşən, badamvari orqanlardır. Bir çox qadınlar yumurtalıq kistaları ilə rastlaşa bilərlər. Əksər hallarda yumurtalıq kistalarının çoxu xəstəyə heç bir narahatlıq vermir. Və bəzi kistalar bir neçə ay ərzində müalicə olunmadan keçib gedir.
Südabə həkim, zəhmət olmasa Yumurtalıq kistalarının növləri haqqında oxucularımızı məlumatlandırardız?
-follikulyar
Sarı cisim kistası
-paraovarial
-endometrioz
-Seroz
-musinoz
Dermoid və s
Follikulyar kista Yumurtalıqlarda hər ay follikullar yetişir və LH səviyyəsinin artmasının fonunda partlayır. Bəzən normal bir follikul partlamır və böyüməyə davam edərək kistaya çevrilir. Bu vəziyyətdə yaranan kistalara follikulyar kista deyilir. Yəni bu kista mensturasiya dövrünün normal funksiyası zamanı meydana gəlmişdir.
Sarı cisim kistası diaqnozu 17-55 yaşda qadınlarda çox nadir hallarda rast gəlinir.O, qalın divarlı,sarı rəngli möhtəviyyatla dolu (hərdən qan qarışa bilər) şişdir.Belə törəmə yalnız bir tərəfli olur.Xəstəliyin yaranma səbəbi ovulyasiyadan sonra follikulanın sarı cism hüceyrələrilə dolmaması, bunun əvəzinə follikulun dartınaraq maye ilə dolmasıdır.
Paraovarial kista yumurtalıqların üstündə yerləşən artımdan formalaşır.Şəffaf maye ilə dolu oval və ya girdə formada törəmədir.Belə kistanın divarları kiçik qan damarları olan şəffaf və nazik qatdan ibarətdir.Bu diaqnoz 20-40 yaşda qadınlarda daha tez-tez rast gəlinir.Törəmənin ölçüləri çox müxtəlif – lap kiçikdən çox böyüyədək ola bilər.Bu zaman yumurtalıq patoloji prosesə cəlb olunmur.
Endometrioma (şokolad kisti)Bu kistalar endometriozun bir nəticəsi olaraq inkişaf edir. Endometrioz - uşaqlığın iç təbəqəsində olan və hər ay aybaşı qanaması şəklində çölə tökülən endometriumun bədəndə uşaqlıq xaricində bir yerə yerləşməsidir. Bu toxuma yumurtalığa yapışaraq orada kista şəklində inkişaf edə bilər.
Dermoid kista Bu kistaların içlərində saç, dəri, diş kimi toxumalar olur. Nadir hallarda xərçəngə keçir, lakin böyüyərək yumurtalığı tam məhv edə bilərlər.
Yumurtalıq kistası özünü hansı simptomlarla büruzə verir?
- aybaşı pozgunluğu (gecikmələr, vaxtından tez başlanması)
- çanaqda ağrılar (kəskin və ya davamlı)
- aybaşıdan əvvəl başlayan və ya bitməsinə yaxın ağrılar
-cinsi əlaqə zamanı ağrılar
- aybaşı arası qanaxma, uşaqlıq qanaxmaları
- bəzi hallarda mədə bulanması, süd vəzilerin həssaslığı, hərarət
- böyük bir yumurtalıq kistası qarında narahatlıq hissi verə bilər. Əgər böyük bir kista sidik kisəsinə təzyiq edirsə, daha tez sidik etmə ehtiyacı hiss edə bilərsiniz.
Həkim, bizə vaxt ayırdığınız üçün sizə təşəkkür edirik.
Buyurun, həmişə sağlam olun.
Ən çox oxunanlar
Son xəbərlər