Xəbər lenti
11/11/2026 [13:06]
Sabah 16° isti olacaq
Arxiv
«    Ноябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 

PA açıqladı: Bu dövlət qurumları yaxşı işləmir - Siyahı

Baxılıb: 810     Tarix: 08-02-2019 14:40   
Vətəndaş qəbulunu səmərəli təşkil etməyən və bu istiqamətdə nöqsanlara yol verən qurumlar Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, Bakı Metropoliteni QSC, Milli Arxiv İdarəsi, İçərişəhər Tarix-Memarlıq Qoruğu idarəsi, Bakı və Şirvan Apellyasiya Məhkəmələri, Ərazilərin Bərpası və Yenidən Qurulması, Beynəlxalq Bank, Auditorlar Palatasıdır.
Qanunvehedef.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov Azərtac-da yayımlanan “Prezident İlham Əliyevin vətəndaş müraciətlərinə münasibəti bütün məmurlara örnəkdir” başlıqlı məqaləsində yazıb.
S.İsmayılov həmçinin qeyd edib ki, bir çox icra hakimiyyətləri vətəndaş qəbuluna riayət etmirlər:
“Bakı şəhərinin Xətai, Səbail rayonlarının, Ağdam, Astara, Göyçay, Kəlbəcər, Şabran, Ucar, Zəngilan, digər şəhər və rayon icra hakimiyyətlərini göstərə bilərik ki, bu qurumlarda göstərilən tələblərə tam əməl olunmur, vətəndaş qəbulunun təşkilində müəyyən nöqsanlara yol verilir.
Dövlət hakimiyyəti orqanlarının saytlarının monitorinqi göstərir ki, bəzi yerli icra hakimiyyətlərinin saytlarında qəbul cədvəlləri mütəmadi yenilənmir, yaxud məlumatlar dəqiq göstərilmir. Məsələn, Xəzər, Sabunçu, Göyçay, Qobustan, Qubadlı, Saatlı, Salyan, Ucar, digər şəhər və rayon icra hakimiyyətlərini belələrinə misal göstərmək olar”.
Şöbə müdiri vətəndaşlarla mütəmadi görüş keçirib, qəbula xüsusi önəm verən dövlət qurumlarının da adını açıqlayıb:
“Araşdırmalar göstərir ki, bəzi qurumlarda vətəndaşların qəbulu daha səmərəli təşkil olunur, onların qəbul cədvəlləri digərlərinə nisbətən daha yaxşı tərtib edilir. Həmin cədvəllərdə qəbul vaxtı məhdudlaşdırılmayıb, həftənin bütün iş günlərində vətəndaşların qəbulu təşkil edilib, qəbulun yeri və qəbula yazılma qaydaları haqqında KİV vasitəsilə məlumat verilib, məlumatlarda qəbulun təşkilini həyata keçirən səlahiyyətli şəxslərin əlaqə nömrələri əks olunub və qəbul otaqlarında müvafiq şərait yaradılıb.
Bunlardan İqtisadiyyat, Maliyyə, Fövqəladə Hallar, Mədəniyyət, Gənclər və İdman, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, Naftalan, Şirvan, Balakən, Biləsuvar, Cəlilabad, Daşkəsən, Xocavənd, İsmayıllı, Qax, Qazax, Qəbələ, Oğuz, Sabirabad, Samux, Siyəzən, Yardımlı, Zaqatala, digər şəhər və rayon icra hakimiyyətlərini və başqa qurumları göstərmək olar”.



Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar