Canavar ovuna kim icazə verir? – Nazirlik aydınlıq gətirdi
Baxılıb: 602 Tarix: 20-02-2019 14:20
Goranboy rayonunun Boluslu və Eyvazlılar kəndlərində canavarların heyvanlara zərər vurması ilə bağlı nazirliyin “Azərovçu” əməkdaşlarından ibarət İşçi Qrup yaratması və vəhşi heyvanların sayının tənzimlənməsi xəbəri birmənalı qarşılanmadı.
Meşə heyvanlarının, xüsusilə canavarın ovlanmasını qadağan edən və bununla mübarizə aparan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu addımı hər kəsdə təəccüb doğurdu. Əgər heyvanların ovlanması qadağandırsa, nazirlik niyə ovçulardan canavarın ovlanmasını istəyir?
Mövzu ilə bağlı Qanunvehedef.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə bildirib ki, bu məsələdə heç bir anlaşılmazlıq yoxdur və yenə də meşə heyvanlarının ovlanması qadağandır.
Ancaq heyvan kəndə hücum edibsə, onun vurulmasına görə məsuliyyət nəzərdə tutulmur:
“Belə hallar baş verəndə əlaqədar nazirlik olaraq tədbir görməyə borcluyuq. Bundan öncə də bu cür hallar baş verəndə biz yerli ekologiya idarələrində aidiyyəti mütəxəssisləri də cəlb etməklə işçi qrupları yaradırıq və həmin o qruplar birbaşa həmin yerlərə ezam olunur. İşçi qrupunun işi birinci növbədə faktları araşdırmaq, duruma nəzarət etməkdir.
Əksər hallarda vətəndaş müraciət edir ki, malıma hücum olub. İşçi qrupu hadisə yerinə gedəndə məlum olur ki, kəndli heyvanı meşənin lap sıx yerinə buraxıb, özü də nəzarət etmir. Axı heyvan da sərhəd tanımır, hara gəldi gedir. Meşədə təbii olaraq yaşayan istənilən vəhşi heyvan da qoyun, keçi görən kimi hücum edir. Belə olduğu halda nə işçi qrupu, nə də hansısa komissiyanın ixtiyarı var ki, o canavarı və ya sürüyə hücum edən hansısa vəhşi heyvanı vursun, öldürsün. Ümumiyyətlə, canavarın vurulması, ovlanması qəti qadağandır. Meşə o heyvanlarındır, meşədə canavar, tülkü olar. Meşənin ortasında sürüyə hücum edən canavarı necə vurmaq olar axı? Burada günah sürünü meşəyə nəzarətsiz buraxan çobandadır. Dəfələrlə bildirmişik ki, meşəyə mal-qara, qoyun keçi buraxılmasın, heyvanlar nəzarətsiz qoyulmasın. Çoban sürüyə nəzarət etsə mal, qoyun da meşənin dərinliyinə, canavar olan yerlərə qədər getməz”.
H.Əlizadə bildirib ki, canavarı ancaq kəndin içinə, vətəndaşa hücum etdiyi halda vurmaq olar:
“Bir müddət öncə Astarada bir canavar kəndə hücum etmişdi. Vətəndaşa da, onun təsərrüfatına da ziyan vurmuşdu. Belə olduğu halda işçi qrupu həmin heyvanı zərərsizləşdirdi. İşçi qrupu bir neçə gün ərazidə qalır, nəzarət edir, müşahidə aparır. Canavar o vaxt vurula bilər ki, o kəndə, camaata hücum çəkib.
Əgər canavar kəndin içində və ya kəndə yaxın yerdə otlayan heyvana hücum edibsə, onun vurulması, sayının tənzimlənməsi mümkündür. Bunu kəndli etsə belə heç bir cərimə və ya cəza gözləmir onu. Çünki kəndli məcburdur belə hücum zamanı özünü, təsərrüfatını qorusun. Ancaq meşənin içində, belə deyək, canavar və digər vəhşi heyvanlara məxsus yerdə sürüyə hücum olubsa, bu zaman canavarın öldürülməsi qadağandır. Yaxşı olar ki, kəndlilər, çobanlar mal-qaranı, qoyunları meşəyə salmasın, sürünü özbaşına buraxmasın”.
H.Əlizadə bildirib ki, kəndə girən heyvan vurularkən yaralanıbsa, onun müayinə edilib yenidən meşəyə qaytarılması da həyata keçirilir:
“Belə hücum zamanı ola bilər ki, heyvan vurulub, ancaq ölməyib, yaralanıb. Bu halda onun müayinə edildikdən sonra yenidən meşəyə buraxılması mümkündür. Bu, çox nadir hallarda baş verir. Ancaq bəzən olur ki, heyvan tələyə düşüb və ya vurulub, qolu sınıb, ayağı qırılıb və o vəziyyətdə yaralı halda yaşayır və kəndlilər, nümayəndələrimiz elə heyvanları aşkar edərək bizə müraciət edirlər. Bizim Altıağac Milli Parkında reabilitasiya mərkəzimiz var. Belə yaralı olan heyvanlar orada müalicə olunaraq yenidən meşəyə buraxılır”.

Ən çox oxunanlar
Son xəbərlər