Xəbər lenti
Arxiv
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Rusiya və Türkiyə nə üçün “qızıl böcəklərə” çevriliblər?

Baxılıb: 579     Tarix: 02-07-2018 16:01   

2017-ci ilin dekabrından Rusiya özünün Amerikan qiymətli kağızlarında yerləşdirdiyi aktivlərinin həcmini iki dəfə azaldıb. Onu da deyək ki, Rusiya qızıl ehtiyatını artırmaqda davam edir. Bu təkcə ABŞ-ın sanksiya siyasəti ilə qarşılaşan ölkənin qanunauyğun davranışı deyil, həmçinin də ümumi meylin təzahürüdür. Hökumətlər və beynəlxalq təşkilatlar ardıcıl şəkildə öz əllərindəki Amerikan qiymətli kağızlarının həcmini azaldır, paralel olaraq bəzi ölkələr isə son illər aqressiv şəkildə qızıl ehtiyatlarını artırırlar.
2017-сi ilin dekabrından 2018-ci ilin aprelinə kimi Rusiya əlindəki Amerikan qiymətli kağızlarının həcmini 102,2 milyard dollardan 48,7 milyard dollaradək kəskin azaldıb. Lakin bu ABŞ üçün ciddi zərbə olmayıb. Rusiya Amerikan dövlət istiqrazlarında yerləşdirilmiş vəsaitlərinin həcminə görə artıq çoxdandır ki, Çin, Yaponiya, Braziliya və bəzi Avropa ölkələrindən geri qalır. Dövlət borcu 21,2 trilyon dollara çatan ABŞ anti-böhran tədbirləri görən və dollar asılılığından yaxa qurtarmağa çalışan Rusiya kimi avtoritar dövlətin fəaliyyəti nəticəsində bir neçə on milyard dolların təsirindən yarana biləcək titrəşimlərə əhəmiyyət verməyə bilər.
ABŞ bundan sonra da xarici ölkələrin Amerikan dövlət istiqrazlarına yatırdıqları vəsaitlərin həcminin artmasına görə özünə təsəlli verə bilər. Həm də ki, dünya ölkələrinin rəsmi qızıl-valyuta ehtiyatında dolların payı çox ləng azalır. Beynəlxalq Valyuta Fondunun (BVF) 2017-ci ilin dördüncü rübündə verdiyi məlumata görə, Amerikan valyutasının xarici ölkələrdə qızıl valyuta ehtiyatındakı payı 62,7 faiz təşkil edib. Bu göstərici 2014–cü ildə 64,59 faiz olub. Dünyanın ikinci valyutası olan avro da həmçinin 2014-cü ildən 2017-ci ilin ikinci rübünə kimi 21,57 %-dən 20,15%-dək azalıb. Bunları çətin ki, tektonik hərəkətlənmələr adlandırmaq olar.
Əgər nə vaxt ki, söhbət Amrikanın digər ölkələrin rəsmi qızıl-vayuta ehtiyatları üzərindəki hökmranlığından gedirsə, onda burada həyəcanlanmaq üçün ABŞ-ın bir neçə səbəbi ola bilər. Belə ki, dünya ölkələrinin mərkəzi bankları bundan sonra da Amerikan dövlət borcunu şişirtməkdə maraqlı olmadıqlarını nümayiş etdirirlər.
Bəllidir ki, Amerikanın dövlət borcu qlobal qızıl-valyuta ehtiyatlarının həcmindən daha sürətlə artır. Bu, müəyyən mənada Amerikan dövlət borcunun likvidliyinin dəstəklənməsində xarici ölkələrin rolunun zəifləməsi ilə də izah edilir.
Digər tərəfdən ABŞ-ın satmağa hazır olduğu çoxlu sayda dövlət istiqrazları var, lakin dünya ölkələri öz ehtiyatlarında onların payını artırmağa tələsmirlər. ABŞ-ın qiymətli kağızlarının dünya ölkələrinin valyuta ehtiyatındakı payı 2008-ci ildən bu günə kimi 28,1 faizdən 25,4 faizədək azalıb. Amma qızılın payı həmin müddət ərzində dəyişməyərək, 11 faiz səviyyəsində qalmaqdadır. Bu, həm də bəzi “qızıl böcəklər” adlsndırılan eksentrik avtoritar ölkələrin səyləri nəticəsində baş verib.
Belə ölkələr sırasında Rusiya ilə yanaşı Belarus, Qazaxıstan və Türkiyə də yer alır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan hesab edir ki, suverenliklərini möhkəmləndirmək istiqamətində apardıqları siyasətlərinə görə Qərb onları cəzalandırmağa çalışır. Son beş ildə mərkəzi banklar tərəfindən alınan qızılın həcminin 50 faizi Rusiya, Qazaxıstan və Türkiyənin payına düşür. Lakin öz ehtiyatlarını uzun müddət ərzində qızılda saxlayan böyük iqtisadyyata malik Avropa ölkələri əsasən öz paylarını əvvəlki kimi dəyişilməz saxlayıblar.
Son dövrlər qızıla olan ümumi tələb bir qədər azalıb. 2018-ci ilin birinci rübündə bu tələbat 2017-ci ilin analoji dövrü ilə müqayisədə 7% aşağı düşüb. Səbəb kimi özəl investisiya tələbatının düşməsi göstərilir. Lakin 2018-ci ilin ilk üç ayında “qızıl böcəklər” adlananların mərkəzi bankları 116,5 ton qızıl alıblar. Bu, 2014-cı ilin birinci rübündən indiyədək ən böyük həcmdə qızıl alışıdır. O ki qaldı Türkiyəyə, onların öz ehtiyatlarındakı Qərb valyutalarının payını azaltmaq qərarları strateji xarakter daşıyır. Rusiya kimi Türkiyə də bu yaxınlarda Amerikan dövlət istiqrazlarına yatırdıqları vəsaitin payını kəskin azaldıb: 2017-ci ilin oktyabrından indiyədək bu göstərici 38 faiz azalıb və indi 38,4 milyard dollar təşkil edir.
Donald Trampın iqtisadi siyasətindən, onun ticarət müharibələrindən və dolların nisbətən zəifləməsindən başqa ölkələrin narahat olmalarına baxmayaraq, onların Rusiya və Türkiyə kimi hərəkət etməmələrinin əsas səbəbi qızılın Amerikan valyutasından da zəif göstəricilər nümayiş etdirməsinə bağlıdır. Qızıl özünün mövqeyini möhkəmləndirməyənə qədər ideoloji və ya geosiyasi motiv üçün qızıla keçid əksər ölkələr tərəfindən qəbul olunmayacaq.
Trampın ABŞ-dakı seçkilərdə qalib gəlməsindən sonra, dollar istisna olmaqla, bütün ehtiyat valyutaların qızıl-valyuta ehtiyatındakı payları artıb. Bu, olduqca xoşagəlməz meyl olsa da, Amerikan siyasətçiləri çaşqınlıq keçirməməlidirlər. ABŞ-ın beynəlxalq qızıl-valyuta ehtiyatındakı hökmranlığı demək olar ki, bütöv yüz il ərzində sürüb, lakin tarixi planda bu qısa məsafədir.
Amerikan siyasətindən və onun dəyişən iqtisadi və siyasi qüdrətinin qəbul edilən təsəvvüründən asılı olmayaraq, dünyanın ABŞ istiqrazlarını almaqda davam edəcəyinə ümid bəsləmək olmaz. Rusiya və Türkiyənin qızıla keçid etmələri faktı daha iri miqyaslı qlobal hərəkətlənmələrin müjdəçisi ola bilər.шаблоны для dle 11.2