Xəbər lenti
Arxiv
«    Август 2026    »
ПнВтСрЧтПтСбВс
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Akopyan Ermənistanı birinci xanım qismində təmsil edəcək

Baxılıb: 8610     Tarix: 16-06-2026 10:33   

Birinci Xanımların Qlobal Akademiyasının (Global First Ladies Academy) ABŞ-də keçiriləcək ənənəvi illik tədbirində Ermənistanı Baş nazir Nikol Paşinyanın keçmiş həyat yoldaşı Anna Akopyan təmsil edəcək.

Qanunvehedef.az xəbər verir ki, bu barədə “News.am” nəşri məlumat yayıb.

Məlumata görə, Nyu-Yorkda baş tutacaq tədbirdə hökumət başçısının həyat yoldaşı qismində iştirak edəcək Akopyanın ezamiyyət sərəncamı Paşinyan tərəfindən 11 iyunda imzalanıb.

26 iyun - 4 iyul tarixlərində davam edəcək səfər xərclərinin müəyyən olunmuş qaydada ödənilməsi barədə hökumət aparatına tapşırıq verilib. Səfər üçün ayrılan vəsaitin miqdarı açıqlanmır.

Xatırladaq ki, Nikol Paşinyan və Anna Akopyanın vətəndaş nikahı bu ilin fevral ayında başa çatıb. Keçmiş cütlüyün 4 övladı var.


Qanunvehedef.az





{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar