Xəbər lenti
21/10/2026 [12:58]
Sabah hava necə olacaq?
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Şimali Makedoniya prezidenti İlham Əliyevə zəng etdi

Baxılıb: 984     Tarix: 21-10-2026 14:25   

Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova oktyabrın 21-də Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Qanunvehedef.az xəbər verir ki, telefon danışığı zamanı dövlət başçıları dünyada enerji sahəsində yaranmış vəziyyət, mövcud çağırışlar və onların həlli yolları barədə fikir mübadiləsi aparıblar.

Söhbət əsnasında Şimali Makedoniya Prezidentinin Azərbaycana rəsmi səfəri məmnunluqla xatırlanıb, səfərin iki ölkə arasında dostluq və qarşılıqlı anlaşma münasibətlərinin möhkəmlənməsinə töhfə verdiyi qeyd olunub.

Dövlət başçıları Azərbaycan ilə Şimali Makedoniya arasında enerji sahəsində əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi barədə razılığa gəliblər.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar