Xəbər lenti
22/10/2026 [11:22]
FHN təlim keçirdi
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Türkan qəsəbəsində sakinlərlə səyyar qəbul keçirib

Baxılıb: 1016     Tarix: 22-10-2026 11:51   

Azərbaycan Respublikası Prezidentinin tapşırıq və tövsiyələrinə uyğun olaraq, əhalini narahat edən problemlərin yerində araşdırılması və həlli məqsədilə qəsəbələrdə sakinlərlə görüşlər davam etdirilir.


21 oktyabr 2026-cı il tarixində Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov Türkan qəsəbəsində yerləşən Mədəniyyət sarayında sakinlərlə növbəti səyyar qəbul keçirib.


Səyyar qəbulda RİH başçısının müavinləri və Aparatın əməkdaşları, Türkan qəsəbəsi üzrə inzibati ərazi dairəsi nümayəndəsi, bələdiyyə sədri, eləcə də rayonun idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri iştirak ediblər.


Görüş zamanı sakinlərin müraciətləri dinlənilib, onları narahat edən məsələlər müzakirə olunub. Qaldırılan problemlərin qanunvericiliyin tələblərinə uyğun araşdırılması və operativ həlli məqsədilə aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.


Qəni Hüseynov








Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar