Xəbər lenti
22/10/2026 [11:22]
FHN təlim keçirdi
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Əhməd Yılmazdan Azərbaycan çağırışı: Buna öyrəşin!

Baxılıb: 954     Tarix: 22-10-2026 12:31   

Türkiyə ilə Azərbaycan arasında gərginlik yaradanlar türk düşmənləridir. Bunlar molla rejiminin həm İrandakı, həm də Türkiyədəki tərəfdarlarıdır. Bu, İran əməliyyatıdır. Təəssüf ki, həm Türkiyədə, həm də Azərbaycanda bu molla rejiminin tərəfdarları var. Onlar Türkiyə ilə Azərbaycanın bir arada olmasını, güclənməsini istəmirlər. Bu gərginliyi yaradanlar molla təfəkkürünə sahib olanlardır. Türkiyə ilə Azərbaycanı düşmən etmək üçün həm Türkiyədə, həm də Azərbaycanda fitnə yayır, casusluq edir, düşmənçilik törədirlər. Bunlara etibar etməmək lazımdır. Həm Azərbaycanda, həm də Türkiyədə türk övladları ayıq-sayıq olmalı, ağıllarını başlarına toplamalıdır.

Bu sözləri Axar.az-a açıqlamasında Türkiyənin Milliyyətçi Türk Partiyasının (MTP) sədri Əhməd Yılmaz deyib.

“Azərbaycan dövlətinin öz təhlükəsizliyi və müstəqil siyasəti naminə atdığı addımları, gördüyü işləri doğru hesab edirəm. Bu səbəbdən Azərbaycana qarşı Türkiyədə düşmənçilik edənlərə lazımi cavabları vermişəm və verməyə davam edəcəyəm.

Bunların dərdi baş örtüyü və din deyil. Bunlar türklərə düşmənçilik etmək üçün hər şeyi edərlər. Tarix boyu da belə ediblər.

Azərbaycan İran deyil, Əfqanıstan deyil, Səudiyyə Ərəbistanı deyil. Heç kim bizi bunlara bənzəməyə məcbur edə bilməz. Azərbaycanın necə bir dövlət olacağına Azərbaycan xalqı qərar verir. Başqalarına bu məsələdə söz düşmür. Azərbaycan azad və müstəqil dövlətdir. Buna alışmalı olacaqlar”, - o bildirib.

Partiya sədri qeyd edib ki, Türkiyə, Azərbaycan, Türküstan və bütün türk yurdları Turandır:

“Türk dünyası Yaxın Şərq deyil. Azərbaycana ağıl vermək türk düşmənlərinin nə işidir, nə də həddidir. Onların buna nə ağılları, nə də cəsarətləri çatar. Azərbaycana düşmənçilik etmək şərəfsizlikdir”.

Əhməd Yılmaz vurğulayıb ki, Oqtay Saralın (Türkiyə Prezidentinin müşaviri – red.) ardınca trollar, İran təfəkkürlü sosial media istifadəçiləri Azərbaycana qarşı düşmənçilik yaydılar:

“Türkiyə ilə Azərbaycan qardaşdır. Bu qardaşlığı heç kim poza bilməz. Dünya durduqca bu qardaşlıq davam edəcək. Ona görə də azərbaycanlı qardaşlarımız bir neçə tərbiyəsizin, ədəbsizin söylədiklərini ciddi qəbul etməsinlər.

Fateh Ərbakan (Yenidən Rifah Partiyasının sədri, “Ermənistanda belə hicab qadağan edilməyib, Azərbaycanda edilib” sözlərinin müəllifi – red.) türk dünyasını tanımır. Bu günə qədər türk dünyası ilə bağlı heç bir fəaliyyəti olmayıb. Buna görə də Fateh Ərbakanın dediklərinin türk millətinə aidiyyəti yoxdur. Onun düşüncəsi bəzi AKP-çilərin və İrandakı molla rejiminin düşüncəsindən fərqlənmir. Onlar Fələstin üçün ağlayırlar, amma Fələstinin Azərbaycana qarşı etdiklərini görmürlər. Bu gün Ermənistanda müsəlman və türk yoxdur, hicab necə qadağan olunsun? Fateh bəy ya röyadadır, ya da Ermənistanı tanımır.

Bu gün Türkiyə və Azərbaycan olaraq etməli olduğumuz şey Güney Azərbaycanı mollaların əsarətindən xilas etmək üçün əl-ələ verməkdir”.


Qanunvehedef.az





Ən çox oxunanlar
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar