Xəbər lenti
26/10/2026 [12:58]
Sabah 21° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Həsrət Cəfərov və Nihat Məmmədli DÇ-nin yarımfinalında

Baxılıb: 915     Tarix: 26-10-2026 14:57   

Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatında Azərbaycanın yunan-Roma güləşçiləri növbəti görüşlərini keçiriblər.

Qanunvehedef.az verir ki, 63 kq çəki dərəcəsində çıxış edən Nihat Məmmədli 1/8 finalda norveçli Morten Toreseni tam üstünlüklə (11:0) məğlub edərək 1/4 finala yüksəlib. Nihat bu mərhələdə Qətər təmsilçisi Aref Mohammadidən üstün olub. Onun yarımfinaldakı rəqibi Sergey Yemelin (Rusiya) olacaq.

67 kq çəki dərəcəsində mübarizə aparan Həsrət Cəfərov 1/8 finalda Aleksandr Xryuşini (Ukrayna) 7:1 hesabı ilə məğlub edib. Cəfərov 1/4 finalda Han Jae Chungdan (Cənubi Koreya) üstün olub. O, yarımfinalda Səid Esmaeili (İran) ilə qarşılaşacaq.

87 kq-da mübarizə aparan İslam Abbasov isə 1/8 finalda bolqarıstanlı Olimpiya çempionu Semyon Novikova 5:6 hesabı ilə uduzaraq dünya çempionatında çıxışını başa vurub.

Qeyd edək ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar