Xəbər lenti
26/10/2026 [12:58]
Sabah 21° isti olacaq
Arxiv
«    Октябрь 2026    »
ПнВтСрЧтПтСбВс
 1234
567891011
12131415161718
19202122232425
262728293031 

Rusiya-NATO toqquşması qarşılıqlı nüvə zərbələrinə çevrilə bilər

Baxılıb: 9117     Tarix: 19-06-2026 11:37   

Rusiyanın NATO ilə birbaşa toqquşması qısa müddətdə qarşılıqlı nüvə zərbələrinə çevrilə bilər.

Qanunvehedef.az xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Ukrayna, Avropa və qlobal təhlükəsizlik” sərlövhəli məqaləsində yazıb.

S.Lavrov bu vəziyyətin qlobal təhlükəsizlik üçün fəlakətli fəsadlara səbəb ola biləcəyini vurğulayıb.

“Avropada nüvə sahəsi də daxil olmaqla, güc potensialının ciddi möhkəmlənməsi baş verir”, - XİN rəhbəri bildirib.

O, Fransanın bir neçə Avropa İttifaqı və NATO ölkəsinə “nüvə çətiri” təqdim etmək planlarına diqqət çəkib: “Bu, nə Fransanın özünün, nə də ondan “yardım” alanların təhlükəsizliyinin gücləndirilməsinə gətirib çıxaracaq”.

XİN rəhbərinin sözlərinə görə, Avropa ölkələri 2030-cu ilə qədər Rusiya ilə münaqişəyə hazırlaşmaq niyyətindədirlər.

“Vahid Avropa genişlənmə xülyaları görməyə davam edir, Ukraynanı və Moldovanı mənimsəmək niyyətindədir, Ermənistanı öz orbitinə çəkir. NATO Finlandiyanı və İsveçi udaraq Şərqə doğru genişlənib”, - nazir qeyd edib.


Qanunvehedef.az





Ən çox oxunanlar
Son xəbərlər
{sape_links}{sape_article}
Redaktor seçimi
Çox oxunanlar